Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Paulin Eizema dedi:

-Zati-aliləri cənab Prezident. Bu gün burada olmaq və əlahəzrət Niderland Kralı Villem-Aleksandrın etimadnaməsini Sizə təqdim etmək mənim üçün həqiqətən şərəfdir. O, məndən ölkənizə və xalqınıza ən xoş salamlarını çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev dedi:

-Təşəkkür edirəm. Xoş gəlmisiniz. Belə gətirdi ki, Sizin Azərbaycana gəlişiniz, demək olar, müharibə dövrünə təsadüf etdi. Odur ki, obyektiv səbəblərə görə bizim görüşümüz təxirə salındı. Mənə məlumat verilmişdir ki, siz, demək olar, iki ay bundan əvvəl gəlmisiniz. Əminəm ki, görüşümüzün nə üçün daha əvvəl baş tutmamasını başa düşürsünüz. Lakin əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha da balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək. Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistan bizə hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanmışdır. Buna görə mənə çox qəribə gəldi ki, bundan sonra - Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin siz də bilirsiniz ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər. Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər. Qonşularımızdan ikisi - Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək. Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı. Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhlərini də eşitmisiniz. Buna görə də mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu, başadüşüləndir. Parlamentin qəbul etdiyi qərardan ola bilsin, fərqli olan ölkənizin hökumətinin də öz mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq. Buna görə də parlamenti belə qərar qəbul edən ilk ölkənin nə üçün Niderland olduğunu insanlar sizdən soruşduqda bu vəziyyətlə üzləşməli olacaqsınız. Praktiki baxımdan, bunun yerdəki vəziyyətə birmənalı şəkildə heç bir təsiri olmayacaq. Vəziyyət indi sabitləşir. Belə bir günü demək olar ki, otuz ildir gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər. Onlar özlərinin qayıdışı üçün vaxt cədvəlini görməyi səbirsizliklə gözləyirlər. Amma bu, vaxt aparacaq, çünki təcavüzkar demək olar ki, hər şeyi dağıdıb. Bu videolar bizim televiziyada nümayiş olunur. Bu dağıntı bəlkə də bizim xalqımıza, mədəni, dini irsimizə, bəşəriyyətə qarşı qəddarlığın, vandalizmin və barbarlığın nadir formasıdır. Ermənistanın müharibə zamanı davranışı həm də onların rəhbərliyinin qeyri-insani münasibətini göstərir. Çünki münaqişə zonasından uzaqda yerləşən dinc şəhərlərə Ermənistan ərazisindən ballistik raketlərlə hücum etmək müharibə cinayətidir. Kasetli və fosforlu bombalardan istifadə etmək müharibə cinayətidir. Bütün beynəlxalq media və QHT-lər bunu təsdiq etdi. Mən təəssüf edirəm ki, söhbətimizə bununla başlamalı oldum. Bu, ancaq onunla əlaqədardır ki, bizim görüşümüz iki gün əvvələ təyin olunmuşdu və sizin parlamentin qərarı ondan sonra qəbul edilib. Bundan başqa mən nə deyə bilərəm? Bir daha deyirəm, bunu izah etmək asan olmayacaq. Bu, həmçinin sizin hökumətinizin, xarici işlər nazirinizin mövqeyindən asılı olacaq. Biz bununla bağlı onların şərhlərini gözləyirik. Çünki mənim köməkçim mənə deyib ki, müzakirə zamanı şərhlər olub, lakin biz şərhləri indi, bu qərar qəbul olunandan sonra gözləyirik. Sözsüz ki, biz Avropa Komissiyasından şərhlər gözləyəcəyik. Bildiyiniz kimi, Avropa Komissiyası və Azərbaycanın çox geniş əməkdaşlıq gündəliyi var. İki il əvvəl biz Brüsseldə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam dəstəkləyən “Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq. Azərbaycan öz ərazisində döyüşürdü, öz ərazi bütövlüyünü bərpa edirdi və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İttifaqı ilə Azərbaycan tərəfindən paraflanmış sənədə uyğundur.

Sizə yaxşı vaxt keçirməyi arzulayıram. Ümidvaram ki, tariximizdəki çox da xoşagəlməyən bu səhifə münasibətlərimizə ciddi ziyan vurmayacaq. Lakin əlbəttə ki, bu, sizin hökumətinizin və müvafiq olaraq davranacaq bizim hökumətimizin sonrakı addımlarından asılı olacaq. Bir daha xoş gəlmisiniz.

Səfir Paulin Eizema dedi:

-Çox sağ olun, cənab Prezident. Qeyd etdiyiniz kimi, mən buraya sentyabrın 20-də, münaqişə yenidən başlayandan bir həftə əvvəl gəlmişəm. Bu, çox narahat dövr, lakin həm də mənə münaqişənin mənbələrinin nədən ibarət olduğunu çox yaxşı başa düşməyə imkan verən zaman idi. Eyni zamanda, mən bununla bağlı paytaxtımla çox sıx şəkildə əlaqə saxladım. Qeyd etdiyiniz kimi, mənim hökumətimin mövqeyi çox balanslaşdırılmışdır. Mən bunu yüksək qiymətləndirirəm. Bu, təhlilin, müzakirələrin və yaxşı dialoqun nəticəsində olub. Mən bir daha vurğulamaq istərdim ki, mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur və çox balanslaşdırılmışdır. Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib. Şadam ki, bunu burada yenidən təkrarlaya bilirəm.

Prezident İlham Əliyev Niderland Kralı Villem-Aleksandrın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Niderland Kralına çatdırmağı xahiş etdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Gürcüstan dövləti dini icmalara maliyyə yardımı ayırıb

Ekspert: Türkiyə və Azərbaycan ilə mehriban və yaxşı münasibətlər Gürcüstan üçün xüsusilə vacibdir

Premyer Liqa: "Mançester Siti" "Çelsi"ni məğlub edib

Almaniyanın müxtəlif şəhərlərində on minlərlə əhali sağ ekstremizmə qarşı etiraz mitinqlərinə qatılıb

Belarusda prezident seçkilərində erkən səsvermə başa çatıb, seçicilərin 41,81 faizi səs verib

Superliqa: "Qalatasaray"dan vacib qələbə

Bundesliqa: “Bayer Leverkuzen”in 8 oyunluq qələbə seriyasına son qoyulub

İspaniya La Liqası: "Atletiko Madrid" çempionluq yolunda itki ilə üzləşib

Premyer Liqa: "Liverpul" və "Arsenal" turu qələbə ilə bitirib

Misli Premyer Liqasında XX turun daha iki oyunu keçirilib

Azərbaycanın güllə atıcısı Almaniyada bürünc medal qazanıb

Bakıda Çin Yeni ilinin qeyri-maddi mədəni irsi ictimaiyyətə təqdim olunub

İtaliya A Seriyası: "Atalanta" səfərdə üç xal qazanıb

Qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun keçirilib

"Neftçi" "Araz-Naxçıvan"la oyuna itkilərlə çıxacaq

Cəlilabadda otlaq sahəsində silah-sursat aşkarlanıb

Cənubi Koreya məhkəməsi Prezident Yun Sok Yolun həbs müddətini uzatmayıb

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib

Azərbaycanda ağacəkmə aksiyaları davam edir

Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib

Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

Hakim Rüstəm Cəfərov: Azərbaycanda qar voleybolunun gələcəyi ilə bağlı nikbinəm

Əməkdar məşqçi: Azərbaycanda ağırlıqqaldırma idman növü yüksək səviyyədə inkişaf edir

Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb

Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub VİDEO

Münxendə 23 polis avtomobili yandırılıb

Azər Əmiraslanov: Belarusda seçkilərə hazırlıq yüksək qiymətə layiqdir

Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir - Ekspert şərhi

Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib

Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Bakıda yeni quraşdırılmış işıqfor qəza nəticəsində yararsız vəziyyətə düşüb

Davos Forumu Azərbaycanın imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır RƏY

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan qlobal elitaların toplaşdığı Davos Forumunun əsas iştirakçılarından biridir ŞƏRH

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

İsveç partlayışların sayına görə rekord vurur: 24 gün ərzində 24 hadisə

Azərbaycanın dağlıq ərazilərinə qar yağacaq XƏBƏRDARLIQ

AMEA-nın Gəncə Bölməsinin elmi və təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

Yerli cəmiyyətin əxlaqi dəyərləri və sosial media təzyiqi: qlobal mesajların gələcək nəsillərin əxlaq anlayışına təsiri - RƏY

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri təşkil edilib

Azərbaycan Ordusunun hərbçilərinin təlim-metodiki toplanışı keçirilib

Türkiyədə çökən binanın dağıntıları altından bir nəfərin cəsədi tapılıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib

Qazaxıstanda neft bazasında partlayış olub

Türkiyə eksperti: Ermənilər Fransanın dəstəyi ilə “Qərbi Ermənistan” mifini təbliğ edirlər

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir VİDEO

Bakıda və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Akademik: Qarabağa, Şuşaya, Qərbi Azərbaycana və Qafqaz Albaniyasına həsr olunmuş 35-dən çox elmi iş araşdırılıb

FHN internat tipli ümumtəhsil məktəbində təlim təşkil edib

Qusar Dövlət Ləzgi Dram Teatrı "Sədəf" tamaşasını teatrsevərlərə təqdim edib

İtaliyada dəmir yolu işçiləri tətil edirlər

Rumıniyalı məşqçi yenidən "Neftçi"də işləyəcək

Avroliqa: “Fənərbağça” qalib gəlib, “Barselona” məğlub olub

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Quba, Xaçmaz və Qusar sakinləri ilə görüşünün vaxtı dəyişdirilib

"Azercell" və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsinə start verir

Roma Papası İtaliyada ən güvənilən ictimai xadimdir - SORĞU

Davos Forumu çərçivəsində Azərbaycanın qlobal əməkdaşlıq imkanları diqqət mərkəzində olub RƏY

Oğuz rayonunda ilk “Avtoklaster” layihəsinə başlanılır VİDEO

“Hərbçilər qardaşımın barmağını kəsib nişan üzüyünü götürmüşdülər” - Neftçalanın Qara Yanvarı VİDEO

Avrasiyanın “quru körpüsü” Horqos Çin-Avropa yük daşımalarının vacib nöqtəsidir VİDEO

Qanunsuz saxlanılan 4 avtomat, 10 tüfəng və 453 ədəd müxtəlif çaplı patron aşkarlanıb

“AzerGold” ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib

“Ordubad” əmtəə nişanlı bal məhsulu utilizasiya edilib

Ötən gün ölkə ərazisində qeydə alınan 44 cinayətin üstü açılıb

Ağsuda silahlı narkokuryerlər saxlanılıb

Faktiki hava açıqlanıb

Azərbaycanda ilk dəfə keçirilən qar voleybolu üzrə ölkə çempionatı start götürüb VİDEO

Şəmkirdə beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb - YENİLƏNİB

Misli Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Ötən il ərzində 35 mindən çox hüquqpozma faktı aşkar edilib

Parisdə azərbaycanlı gənc rejissorun filmi nümayiş olunub

Alimlər Altsheymer xəstəliyinə səbəb ola biləcək nadir genetik mutasiya aşkarlayıblar - ARAŞDIRMA

Pit Heqset Pentaqonun yeni rəhbəri vəzifəsinə təsdiqlənib

Britaniyalı nazir ABŞ-ın Britaniyaya tarif təzyiqlərinə etiraz edib

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

Çin və ABŞ-ın baş diplomatları arasında telefon danışığı olub

Dövlət Departamenti ABŞ-ın bütün xarici yardımlarını dayandırıb

Ciddə limanında bir milyondan çox psixotrop həb müsadirə edilib

Türkiyədə çökən binada aparılan axtarışlara 200 nəfər cəlb edilib - YENİLƏNİB

“Fənərbağça”nın sabiq baş məşqçisinin yeni klubu bəlli olub

Romada azərbaycanlı gənc rəssamların sərgisi açılıb VİDEO

Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Küveytdə terrorizmi maliyyələşdirən 38 nəfərin vətəndaşlığı ləğv edilib

Zaqatala sakini xəstəxanaya daxil olandan sonra anidən ölüb

Azərbaycan və Pakistan arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

“Kəpəz” yeni futbolçu transfer edib

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Almaniyada bir neçə məsciddə bomba xəbərdarlığı edilib

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

Bakıda Hindistanın Respublika Günü qeyd edilib