SİYASƏT


Prezident İlham Əliyev: Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür

Prezident İlham Əliyev: Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür

Bakı, 13 oktyabr, AZƏRTAC

Zirvə Toplantısının yaxşı nəticələri Qazaxıstanın beynəlxalq arenada oynadığı rolun və yüksək nüfuzunun daha bir nümayişidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə bildirib.

Heydər Əliyevin xatirəsinə dərin ehtirama və qəbul edilmiş qərarlara görə qazaxıstanlı həmkarına təşəkkür edən dövlətimizin başçısı, həmçinin Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq deyib: “Zənnimcə, Sizin səfərinizdən sonra artıq yaxşı nailiyyətlər, nəticələr var, - biz indi bu barədə danışacağıq, - həm nəqliyyat sahəsində, həm də digər sahələrdə”.

Orta Dəhlizin inkişafı ilə bağlı məsələləri zamanın hökmü kimi dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.