Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bu ilin sonunadək 6000, gələn il isə 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlərin nəzərdə tutulduğunu qeyd edən Prezident İlham Əliyev dedi:

- Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlər nəzərdə tutulur. Bu işlərin bir hissəsi artıq görülüb. Bu yaxınlarda “Qobu Park-2” yaşayış kompleksinin açılışını qeyd etdik. Bu kompleksdə 1300 qaçqın ailəsi yerləşəcək. Kompleksin açılışında gördüm ki, ən yüksək standartlar tətbiq olunur. Çox gözəl, rahat evlər, gözəl ictimai zonalar, məktəb, uşaq bağçası, supermarket, tibb məntəqəsi, yəni, yaşayış üçün bütün şərait yaradılıbdır. Sevindirici hal ondan ibarətdir ki, “Qobu-1” və “Qobu-2” komplekslərinin tikintisi sırf özəl sektor tərəfindən təmin edildi. Hazırda tikilməkdə olan “Qobu-3” də özəl sektorun vəsaiti hesabına inşa edilir. Beləliklə, təqribən 4 minə yaxın köçkün ailəsi Qobu qəsəbəsində ən müasir standartlara cavab verən mənzillərlə təmin ediləcəkdir.

Mən açılış zamanı sahibkarlara da çağırış etdim, onlara bu işlərə qoşulmağı tövsiyə etdim. Mənim çağırışıma sahibkarlar cavab veriblər. Hesab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır. Düzdür, əsas yükü dövlət öz üzərinə götürübdür. Bu günə qədər yüzdən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilmişdir. Ümumiyyətlə, köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu il məcburi köçkünlərin müavinətləri 50 faiz artırıldı. Bu, bir daha onu göstərir ki, dövlət bu kateqoriyadan olan insanlara daim öz yardımını edir.

İlin sonuna qədər yeni şəhərciklərin açılışı nəzərdə tutulur. İlin əvvəlində nəzərdə tutduğumuz bütün işlər ilin sonuna qədər öz həllini tapmalıdır. Siz artıq indidən gələn ilin proqramı üzərində işləməlisiniz. Gələn il harada, nə qədər köçkün ailəsini biz yeni evlərlə, mənzillərlə təmin edə bilərik.

İndi isə görülən işlər haqqında məruzə edin və gələn il hansı işlərin görülməsi nəzərdə tutulmuşdur?

Rövşən Rzayev: Çox sağ olun, möhtərəm cənab Prezident. İlk növbədə, “Qobu Park-2”nin açılışında iştirak etdiyinizə görə təşəkkür edirəm. Bu park oktyabrın 8-də açıldı. Artıq məruzə edə bilərəm ki, Nəsimi rayonunda yerləşən yataqxanaların birində yaşayan 120 ailə yeni mənzillərdə məskunlaşıb. Proses davam etdirilir. Dünən ikinci püşkatma oldu. Nərimanov rayonunda və Sizə əvvəlcədən təqdim olunmuş ərazilərdəki yataqxanalarda məcburi köçkünlər siyahıya uyğun köçürüləcəklər. Bunun üçün Sizin tərəfinizdən bütün şərait yaradılıbdır. Komitənin bütün əməkdaşları bu istiqamətdə məşğuldurlar və işi davam etdirirlər.

Təbii ki, bu ilin sonuna qədər Sizin tapşırıqlarınıza əsasən bir neçə rayonda qəsəbələrin tikintisi başa çatdırılacaq. İcazə verin, bir-bir sadalayım - Şirvan rayonunda 685 mənzilli qəsəbəmiz artıq hazırdır, tamamlama işləri yekunlaşır. Beləliklə, Şirvan şəhərində məskunlaşan bütün məcburi köçkünlər mənzillərlə təmin olunacaqlar. Hətta ətraf rayonlardan bir neçə ailəni də həmin qəsəbəyə yerləşdirə biləcəyik. Göyçay rayonunda 80 mənzildən ibarət binada artıq tamamlama işləri bitir. Orada da qəzalı vəziyyətdə olan bir binada yaşayan 80 məcburi köçkün ailəsinin hamısı yeni mənzillərə köçürüləcək. Sizin tapşırığınıza əsasən Kürdəmirdə salınan, 565 mənzildən ibarət böyük bir qəsəbəmizdə də tamamlama işləri aparılır. Yəqin ki, oktyabr ayının axırları, yaxud noyabrın ortalarında onu da təhvil verə biləcəyik. Beləliklə, Kürdəmir rayonunda məskunlaşan bütün məcburi köçkünlərin hamısı bu qəsəbədə mənzillə təmin olunacaq. Oraya hətta ətraf rayonlardan bir neçə ailəni də gətirə biləcəyik.

Göygöl rayonunda ümumilikdə 130 mənzildən ibarət üç binanın inşası davam edir. Ağcabədi rayonunda əsasən laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində 645 fərdi ev tikilir. Biz 645 ailəni ilin sonuna qədər o evlərə köçürəcəyik. Ucar rayonunda 250 ailəlik bir qəsəbəmiz də ilin sonuna qədər tamamlanacaq. Beləliklə, Sizin tapşırıqlarınız əsasında Komitə tərəfindən inşa edilən mənzillərin sayı 3700-ə çatacaq.

Özəl sektorun töhfələri çox önəmlidir. Siz qeyd etdiyiniz kimi, özəl sektor tərəfindən tikilən 1300 ailəlik “Qobu Park-2” artıq açılıbdır. Özəl sektorun vəsaiti hesabına tikilən 540 mənzillik daha bir qəsəbəmiz var. İlin sonunadək biz o mənzilləri də məcburi köçkünlərə təqdim edəcəyik. Beləliklə, Siz dediyiniz rəqəmlər ilin sonuna qədər tamamilə həllini tapacaq.

Möhtərəm cənab Prezident, icazə verin, mən Sizin tapşırığınızla gələn il hansı rayonlarda hansı qəsəbələri tikəcəyimizlə bağlı Komitə tərəfindən hazırlanan sənədləri diqqətinizə təqdim edim.

Prezident İlham Əliyev: Ondan əvvəl mən soruşmaq istəyirəm. Sumqayıt şəhərində də mənim tapşırığımla yeni evlərin tikilməsi nəzərdə tutulur. Mənim göstərişimlə artıq Sumqayıtda şəhərcik salınıbdır. Bu istiqamətdə hansı işlər görülür?

Rövşən Rzayev: Möhtərəm cənab Prezident, ötən il Sumqayıt şəhərində Sizin iştirakınızla iki qəsəbənin açılışını etmişik. Sumqayıtdakı 1001 ailəlik qəsəbədə məskunlaşma tamamilə başa çatıb. Sumqayıtın 12-ci mikrorayonunun ərazisində 1005 ailəlik şəhərcik Sizin iştirakınızla istifadəyə verilib və orada da köçkünlər yaşayırlar. Sizin tapşırıqlarınıza uyğun olaraq, Abşeron rayonunun “Stansiya Sumqayıt” deyilən ərazisində 1250 ailəlik qəsəbənin tikintisi başlayıb, işlər davam etdirilir. Bu, Sizin investisiya xərclərindən ayırdığınız vəsait hesabına inşa edilir. Düşünürəm ki, biz o qəsəbəni də 10 ay ərzində təhvil verə biləcəyik.

Eyni zamanda, Sumqayıt şəhərində Dövlət Komitəsinə 20 hektara yaxın yeni ərazi də ayrılıbdır. O istiqamətdə də fəaliyyət göstərilir. Gələn illərdə orada da tikintiyə başlamaq nəzərdə tutulub.

Prezident İlham Əliyev: İndi Bakı şəhərində yataqxanalar boşaldılır. Bu yataqxanaların bir çoxu qəzalı vəziyyətdədir. Onların taleyi necə olacaq, söküləcəkmi, təmir olunacaqmı? Siz bu məsələ ilə məşğul olmusunuz, yoxsa yox?

Rövşən Rzayev: Bəli. Biz çalışırıq ki, bütün yataqxanalardan məcburi köçkünləri tamamilə köçürək. Biz yataqxanaları rayon icra hakimiyyətlərinə və Əmlak Komitəsinə təhvil veririk.

Prezident İlham Əliyev: Onların vəziyyətinə də baxmaq lazımdır. Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir və onların yerində yeni binalar tikilə bilər.

Rövşən Rzayev: Möhtərəm cənab Prezident, deyə bilərəm ki, bütün yataqxanalar həqiqətən də qəzalı vəziyyətdədir, bu, onları bərpa etməyə imkan verməyəcək. Yəqin ki, sökülüb yerində yeni binalar tikiləcək.

Prezident İlham Əliyev: Gələn ilin proqramı haqqında məruzə edin.

Rövşən Rzayev: Gələn ilin proqramını biz üç variantda işləmişik. İcazənizlə, mən Sizə bu variantları bir-bir məruzə edim. Deməli, biz gələn il Abşeron rayonunda əlavə olaraq 1890 ailəlik, Goranboy rayonunda isə 552 ailəlik qəsəbələr sala bilərik. Bunlar üç variantdır, Sizin diqqətinizə çatdırırıq, tapşırıqlarınızı gözləyəcəyik. Gəncə şəhərində 1512 ailəlik qəsəbə sala bilərik. Bunların hamısının vəsaiti Sizin tərəfinizdən ayrılıbdır. Qaradağ rayonunun “Ümid” qəsəbəsində də 500 ailəlik şəhərcik sala bilərik. Şəmkir rayonunun ərazisində 375 məcburi köçkün ailəsi üçün yeni qəsəbə tikə bilərik. Bu, bizim təqdim edə biləcəyimiz ikinci variantdır. Üçüncü variantımız - məcburi köçkünlər üçün Binəqədi rayonunda ayrılmış torpaqlarda 800 ailəlik, Gəncə şəhərində 1512 ailəlik və Samux rayonunun ərazisində 200 ailəlik qəsəbələr sala bilərik.

Prezident İlham Əliyev: Əgər biz bunu həll etsək, ümumiyyətlə, nə qədər köçkün ailəsi yerləşdiriləcək?

Rövşən Rzayev: Bununla bağlı biz üç variantda sənəd hazırlamışıq, icazənizlə, diqqətinizə təqdim edim. Birinci variantda toplam 6989 ailənin, ikinci variantda 6934 ailənin, üçüncü variantda isə 7059 ailənin yerləşdirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev: Məncə biz üçüncü variant üzərində dayanmalıyıq. Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik. Siz bu proqrama yenidən baxın, xüsusilə Bakı və Sumqayıt şəhərlərini nəzərə alın. Çünki ən çox köçkünlərin məskunlaşdığı şəhərlər Bakı və Sumqayıtdır. İndi biz bölgələrdə vəziyyəti böyük dərəcədə yaxşılaşdıra bilmişik. 2007-ci ildə bütün çadır şəhərcikləri ləğv edildi və Azərbaycanın rayonlarında 100-dən çox şəhərcik salınmışdır. Ona görə bu proqramı mən bütövlükdə təsdiqləyirəm. Ancaq buna əlavələr edilməlidir, daha böyük həcmdə evlər tikilməlidir. O ki qaldı, buna lazım olan vəsaitə, biz vəsait taparıq. Çünki bu, bizim üçün ən prioritet məsələdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bu ilin sonunadək 6000, gələn il isə 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq  Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

Şirvan şəhərindəki FHN-in yanğın-taktiki təliminə 16 texnikası və 45 əməkdaşı cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb