Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 18 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Feysal bin Abdullah Həməd Abdullah Al HİNZAB etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək dedi:

-Cənab Prezident, böyük şərəf hissi ilə qardaş və dost Azərbaycan Respublikasına səfir təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim edirəm. Sizin baxışınıza ən uyğun şəkildə ikitərəfli münasibətlərimizin inkişafı üçün əlimdən gələni edəcəyəm. Çox sağ olun.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham ƏLİYEV dedi:

-Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı davam edəcəkdir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Hər iki tərəf bu münasibətləri qardaş ölkələr arasında münasibətlər kimi dəyərləndirir. Bu, həqiqətdir. Əminəm ki, siyasi, iqtisadi və müxtəlif sahələrdə biz çoxlu tərəqqi müşahidə edəcəyik. Ölkələrimiz beynəlxalq arenada fəal əməkdaşlıq edir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər olmuşdur. Bizim hökumətlərarası fəaliyyətimiz var. Nazirlər səviyyəsində qarşılıqlı səfərlər var. Ona görə əminəm ki, tərəfdaşlığımızın ənənəvi sahələrinə əsas diqqəti yetirmək və yeni sahələri aşkar etmək üçün gələcəkdə çoxlu imkanlar olacaq.

Hesab edirəm ki, ticarət dövriyyəsi ilə bağlı olan məsələyə xüsusi diqqət yetirməliyik. Hesab edirəm ki, ticarət dövriyyəsini hər iki istiqamətdə artırmaq üçün potensial var. Çünki indi bizim bir-birimizə təqdim edə biləcəyimiz daha çox şey var. Şadam ki, ölkənizdən gələn turistlərin sayı artmaqdadır və bu da bizim əməkdaşlığımızın yaxşı əlamətidir. Bildiyiniz kimi, sizin vətəndaşlar üçün heç bir viza tələbi yoxdur və əminəm ki, hər iki istiqamətdə biz turistlərin sayının artdığını görəcəyik.

Həmçinin potensial əməkdaşlıq sahələrindən biri də investisiyalardır. Bilirəm ki, sizin ölkəniz xaricə sərmayə yatırır, Azərbaycan da xaricə sərmayə yatırır, biz birgə investisiya layihələri üçün sahələri tapa bilərik. Odur ki, diqqətimizi cəmləşdirmək üçün çoxlu sahələr olacaq. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı siz çox məşğul olacaqsınız və əlaqələrimizin gücləndirilməsi üçün bütün vaxtınızı sərf edəcəksiniz.

X X X

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al HİNZAB dedi:

-Təşəkkür edirəm Zati-aliləri. Cənab Prezident, burada olmaqdan, Sizinlə görüşməkdən, Sizə etimadnaməmi təqdim etməkdən şərəf hissi duyuram. Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taninin Sizə salamlarını, xalqınıza daha böyük nailiyyətlər, rifah və tərəqqi arzularını çatdırıram. Buraya gəldikdən sonra biz hərtərəfli inkişafın şahidi olmuşuq və mən bunu görüşdüyüm hər kəsə söyləyirəm. Biz ilk baxışdan ölkənizə aşiq olmuşuq. Qoşulmama Hərəkatının Sammitində iştirak etmək, dini liderlərin Sammitini isə izləmək fürsəti mənə nəsib olmuşdur. Zati-aliləri, bu iki sammitin uğurlu keçirilməsi münasibətilə Sizi, hökumətinizi və xalqınızı təbrik edirik. Bu, bizdə belə bir təəssürat yaradır ki, Azərbaycan dünya xəritəsində öz çəkisinə malik olan ölkələrdəndir, düzgün istiqamətdədir və müxtəlif tədbirlərin keçirilməsi üçün ev sahibi kimi çıxış edir. Bu da Azərbaycan üçün siyasi vasitədir. Əlbəttə ki, bizim çox mükəmməl münasibətlərimiz var. Mənə şəxsən bu münasibətlərin bütün istiqamətlərdə inkişafı üçün gərgin çalışmaq təlimatı verilmişdir.

X X X

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

“China Daily” qəzeti iqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun Bakı iclasından yazıb

Masallıda Vətən müharibəsi əlillərinin övladlarının tibbi müayinəsi aparılıb

“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsis edilib

İrəvanın mərkəzində 40-a yaxın insanın iştirakı ilə silahlı qarşıdurma olub

Şanxayda qasırğa səbəbindən 112 min sakin təxliyə edilib

Mahir Tağızadə: Üzeyir Hacıbəylinin əsərləri və metodları yeni nəsil musiqiçilərin yetişməsində mühüm rol oynayır

Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib

“Qırğızıstan Dövlət Dəmir Yolları”: Qırğızıstan Orta Dəhlizin inkişafında maraqlıdır

“Sarı gəlinin sorağında” filmi IX Türk Dünyası Sənədli Film Festivalında

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb

“NEQSOL HOLDING” və “GILTEX” şirkətləri COP29-un tərəfdaşları elan edilib

Kitabxanada “Əsrin müqaviləsi – 30” adlı kitab sərgisi istifadəçilərə təqdim edilib

Son səkkiz ayda 184 mindən çox gənc müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub

KOBİA sədri: Qarabağa investisiya qoymaq üçün müraciət edən 4 ABŞ şirkəti var

Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir

Avropa anbarlarında qaz ehtiyatları 93,5 faizə yaxınlaşır

“Qəbələ” klubunun tarixində 900-cü qol vurulub

Bloomberg: Maskın Bayden və Harrisə sui-qəsdlə bağlı yazısı araşdırılır

İtkin şəhid Tərlan Rüstəmov Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb

IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Ramin Musayev: “Qarabağ”la oyunda “Neftçi”yə şans vermirəm

Nizami rayonunda “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

® “AccessBank”dan təhsil və səhiyyə işçilərinə 7 faizədək endirim kampaniyası!

Livanda yeni partlayışlardan qorxaraq telefonları söndürürlər

“Tacikistan Dəmir Yolları”: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir

İtkin şəhid Mübariz Məmmədov Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb

Prezident İlham Əliyev: Biz işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır

Zaqatalada fəaliyyət göstərən şadlıq evində normativ tələblərin pozulduğu aşkarlanıb

Prezident: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

Beynəlxalq Şahmat Federasiyası Faiq Həsənovu mükafatlandırıb

Niyazinin mənzil-muzeyinin açılışının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

ADY sədri: Azərbaycan region ölkələri üçün tranzit imkanlarını təmin etməkdədir

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Mişel Platini futbol meydanında oyunçuların sayını azaltmağı təklif edib

Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz

Rektor: ADAU-EGE beynəlxalq ikili diplom proqramı ölkəmizdə bu sahədə aparılan ən uğurlu layihələrdən biridir

Prezident İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıb

Yaşar Güler: Türkiyə Azərbaycanın yanında olacaq

Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Prezident İlham Əliyev: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək

“Evlənmə” tamaşası Azərbaycan Dram Teatrının səhnəsində

Cari ilin sonuna kimi Çindən Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır

Naxçıvanda təhsil müəssisələrində əmək müqavilələrinin elektron qaydada bağlanılmasına başlanılıb

Sədr: Çindən Avropaya və əks istiqamətə yük axınlarında artım proqnozlaşdırılır

Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası sentyabrın 21-nə təyin edilib

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib

“Qarabağ” – “Neftçi” derbisində oynamayacaq futbolçular müəyyənləşib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Ağdam Sənaye Parkında ölkədə ilk dəfə elektromobillərin şarj cihazları istehsal olunacaq

Milli Kitabxanada “20 Sentyabr - Dövlət Suverenliyi Günü” adlı kitab sərgisi açılıb

Müdafiə naziri: Azərbaycan Ordusunda həyata keçirilən geniş islahatların müsbət nəticələri tarixi qələbələrimizi təmin edib

Bağçalarda çalışan ali təhsilli pedaqoji işçilərin sayı artıb

Yeni yaradılan müəssisələr tərəfindən Ağdam Sənaye Parkına 35 milyon manatdan çox investisiya yatırılıb

Nizami soraqlı günlər

Dünya birjalarında neft ucuzlaşıb

Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və İsveçrəyə qarşı

Livanla sərhəddə iki İsrail hərbçisi həlak olub

Xəzangül Hüseynovanın yeni kitabı çap olunub

Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək

Kitabxanada akademik Nizami Cəfərovun 65 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb

Moskva İslam İnstitutunda Azərbaycan multikulturalizm modeli tədris olunacaq VİDEO

Bakıda və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib YENİLƏNİB

DİN: Ötən gün 9 tüfəng və 1 tapança təhvil götürülüb

“COP29 və Azərbaycan: İqlim dəyişikliyi təhlükəsi” mövzusunda dəyirmi masa - GDU-da tədbir

Naxçıvan şəhərində mikroavtobus yanıb

Elin Süleymanov: Britaniya XİN başçısının Azərbaycanla bağlı fikirləri həm də beynəlxalq ictimaiyyətin mövqeyidir

Milli Kitabxanada “Əsrin müqaviləsi” – 30” adlı kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti artıb

Bu gün akademik Rəfiqə Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Bakıda restoranda yanğın olub

Tarixi Zəfərimizin pik nöqtəsi - RƏY

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

ABŞ KXDR-lə əlaqəli Rusiya şirkətlərinə sanksiyalar tətbiq edib

Yeni batareya sayəsində telefonların qalınlığı plastik kartlardakı kimi olacaq

Çin ABŞ-ın Filippində ortamənzilli ballistik raketlər saxlamasına qarşıdır

Birinci Dünya Müharibəsində 524 nəfərin batdığı gəmi tapılıb

Qazaxıstan Orta Dəhliz üzrə daşımaların həcmini 10 milyon tona çatdırmaq niyyətindədir

Volodimir Zelenski Ağ evdə Bayden və Harrislə görüşəcək

Eldar Əzizov: BRICS-də iştirakla bağlı müraciət Azərbaycan üçün çox mühüm idi

Bakıda Aleksandrinski Teatrının “Böyük qastrolları”na start verilib

Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib VİDEO

Çempionlar Liqası: “Barselona” məğlub olub, “Arsenal” İtaliyada heç-heçə edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib VİDEO

Salyanda azyaşlı uşağı əqrəb sancıb

İtaliyada daşqın səbəbindən mindən çox insan təxliyə olunub

Astarada yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var

Muğam Mərkəzində “Ros Unicus” dueti konsert proqramı ilə çıxış edib

Türkiyənin keçmiş səfiri: Prezident İlham Əliyevin “dəmir yumruğu” separatizm xəritəsinə nöqtə qoydu

Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNİB

Prezident İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub YENİLƏNİB VİDEO

ABŞ-ın 25 ştatında COVID-19 virusunun yeni ştamı yayılıb

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib