RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu və əlaqələrimizin inkişafında humanitar sferada, o cümlədən elmi sahədə əməkdaşlığın rolu vurğulandı. Bu sahədə əməkdaşlığımızın zəngin tarixə malik olduğu bildirildi və müasir dövrdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəminə toxunuldu. Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin səfərinin elmi əməkdaşlıq sahəsində əlaqələrin perspektivlərinin müzakirəsinə və daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edildi.

Aleksandr Sergeyev Rusiya Elmlər Akademiyasının xatirə medalını Prezident İlham Əliyevə təqdim etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin