Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisindəki pambıq sahəsi ilə tanış olub YENİLƏNİB VİDEO

Saatlı, 28 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonunun Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı pambıqçıları salamladı.

Fermer Humay Məmmədova: Xoş gəlmisiniz. Saatlı camaatı adından Sizə “Xoş gəldiniz!” deyirəm, Sizə təşəkkür edirəm. Çünki biz pambıqçılar üçün bu şəraiti yaratdığınıza görə çox sevinirik. Saatlı zonası pambıqla yaşayır, pambıqla inkişaf edir.

Prezident İlham Əliyev: Sağ olun. Əlbəttə, pambıqçılığı bərpa edirik.

Humay Məmmədova: Ulu Öndərimizin Saatlıya çox səfəri olub. Ulu Öndərimizlə 1974-cü, 1976-cı, 1978-ci illərdə görüşümüz olub. 1981-ci ildə briqadir işləmişəm, kolxoz sədri olmuşam.

Prezident İlham Əliyev: Kolxoz sədri?! Yəni, təcrübəli insansınız.

Humay Məmmədova: Bəli, kolxoz sədri işləmişəm. 1981-ci ildə hektardan 50 sentner pambıq vermişəm.

Prezident İlham Əliyev: Bu səviyyəni gərək bərpa edək.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov: Rayon üzrə 40 sentner olub. Ötən il 30 sentner olub.

Humay Məmmədova: Qırx ildən yuxarı pambıq sahəsində işləmişəm. İndi də fermerəm, hazırda 12 nəfər təcrübəli işçimiz var.

Prezident İlham Əliyev: İndi yeni, gözəl texnika ilə təmin olunmusunuz. On iki nəfər işçiniz var?

Humay Məmmədova: Bəli. Bu sahə də bizimdir, mənim sahəmdir.

Prezident İlham Əliyev: Gedək, sahəyə baxaq.

Humay Məmmədova: Suyumuz, işığımız, qazımız, yolumuz, hər bir işimiz çox yaxşıdır. Çox şükür.

Prezident İlham Əliyev: Bu da bizdə istehsal olunan texnikadır, Gəncə traktor zavodunda. Həmçinin xarici texnika da var.

Dövlətimizin başçısı pambıqçılığın inkişafına mühüm töhfə olan yeni texnikalara baxdı.

Bildirildi ki, ötən il Qıraqlı kənd bələdiyyəsinə məxsus 18 hektar sahədə pambıq əkilib. Humay Məmmədova 2016-cı ildə hər hektardan 30 sentner məhsul götürüb. Pambıqçılıq üçün əlverişsiz hava şəraiti, aramsız yağışlar olmasaydı, məhsuldarlıq daha da yüksək olardı. 2017-ci ildə fermer əkin sahəsində vaxtında şum işləri aparıb və torpaq arata qoyulub. Bu il hər hektardan 40 sentnerdən artıq məhsulun götürülməsi planlaşdırılıb. Ümumilikdə, rayon pambıqçıları ötən il 8109 hektar sahədə pambıq əkiblər ki, bu da 2015-ci illə müqayisədə iki dəfə çoxdur. Pambıq istehsalçıları 6 milyon manata yaxın real gəlir əldə ediblər. Bu il fermerlər ötən illə müqayisədə iki dəfə çox, yəni, 17 min 150 hektar sahədə pambıq əkəcəklər.

Prezident İlham Əliyev: Burada yaxşı iş görürsünüz. Əvvəlki illərdən çox gözəl təcrübəniz olub. İndi pambıqçılığı bərpa edirik.

Humay Məmmədova: Bəli, Ulu Öndərimizlə çox görüşlərimiz olub. Saatlının ən birinci təsərrüfatı pambıqçılıq olub. Saatlı pambıqçılıqla yaşayıb, pambıqçılıqla inkişaf edib.

Prezident İlham Əliyev: Əlbəttə, Saatlı indi də pambıqçılıqla inkişaf edəcək.

Humay Məmmədova: İndi pambıqçılığı bizə qaytardığınıza görə çox sevinirik.

Prezident İlham Əliyev: Bu il Saatlıda 17 min hektarda pambıq əkiləcək. 2015-ci ildə ölkəmizdə cəmi 18 min hektarda pambıq əkilmişdi. Bu il ancaq Saatlıda 17 min hektarda pambıq əkiləcək. Gələn il daha çox olacaq, artacaq. Su, elektrik, texnika, gübrələr, subsidiyalar var, alış qiyməti qalxıb. Zəhmətkeşlər də hər gün pul qazanacaqlar. Bizdə, bax, belə texnika ilə işləmək adama xoş gəlir.

Humay Məmmədova: Bəli, hamısı var, çox razıyıq. Allah Sizə ömür versin. Allah həmişə dayağınızda olsun.

Siraqəddin Cabbarov: Allah köməyiniz olsun. Təsərrüfatların hamısında belə texnikalar var.

Prezident İlham Əliyev: İndi kifayət qədər kombaynlar da alınıbdır. Yay vaxtlarında da bu texnika ilə işləmək çox rahatdır. Onlarda kondisionerlər də var.

Siraqəddin Cabbarov: Bəli, hər cür şərait var.

Humay Məmmədova: İşsizlərimiz pambıq yığımı vaxtı işə cəlb olunurlar, gəlib işləyirlər, işsiz qalmırlar.

Prezident İlham Əliyev: Əlbəttə, işsiz qalmamalıdırlar. Kim işləmək istəyirsə gəlsin işləsin. Sizdə hər hektarda orta hesabla neçə nəfər işləyəcək?

Humay Məmmədova: 18 hektarın hər iki hektarında orta hesabla bir nəfər.

Prezident İlham Əliyev: İki hektara bir nəfər?

Siraqəddin Cabbarov: Bu, hektarı çox olanlarda belədir. Ancaq pay torpaqlarında bir hektarda ən azı beş nəfər işləyir. Ailənin nə qədər üzvü varsa, hamısı orada işləyir.

Prezident İlham Əliyev: Yəni, orta hesabla iki nəfər.

Prezident Administrasiyası rəhbərinin müavini, şöbə müdiri Zeynal Nağdəliyev: Respublika üzrə göstərici hektara 1,5 nəfərdir.

Prezident İlham Əliyev: 1,5 nəfər. Deməli, bu il 200 mindən çox insan işləyəcək.

Pambıq zavodunun direktoru Çingiz Gözəlov: Cənab Prezident, biz 1500 fermerlə müqavilə bağlamışıq.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Daha sonra pambıq səpininə start verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisindəki pambıq sahəsi ilə tanış olub YENİLƏNİB VİDEO

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin idarə heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub