Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB VİDEO

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Təhsil naziri Ceyhun Bayramov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

Bildirildi ki, Təhsil Nazirliyi və Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında 2016-cı ildə yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir.

Mərkəzdə sənaye qurumlarında istehsal proseslərini təşkil edən və innovativ texnologiyalarla işləmək bacarığına malik olan mütəxəssislərin hazırlanması nəzərdə tutulur.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə yaxından tanış oldu.

Bildirildi ki, Mərkəz Koreya Respublikasının peşə təhsili modeli əsasında qurulub. Mərkəzdə nəzəri və praktiki bacarıqların formalaşdırılması üçün bütün şərait yaradılıb. Burada təhsil alanlara avtomobilə texniki xidmət göstərməkdən tutmuş İKT-nin yenilikləri əsasında formalaşan modellər öyrədiləcək. Ən müasir maddi-texniki baza ilə təchiz edilən mərkəz 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur. Tədris prosesi tam yeni formatda Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunacaq. Bu ixtisaslar üzrə təhsilini başa vuran tələbələr üçün davamlı təhsil və geniş iş imkanları yaradılacaq. Onlar öz ixtisaslarını praktiki şəkildə reallaşdırmaq bacarıqları və vərdişlərinə yiyələnəcəklər. Səkkiz texniki ixtisasla yanaşı, Mərkəzdə qısamüddətli ixtisasartırma kursları da təşkil olunacaq. Həmçinin tələbələr beynəlxalq sertifikatlı kurslarda iştirak edə biləcəklər.

Bu cür peşə məktəblərinin istifadəyə verilməsi ali məktəblərə qəbul ola bilməyənlər üçün çox mühüm əhəmiyyət kəsb edir. Ali məktəbə qəbul ola bilməyən məzun belə peşə məktəbinə daxil olmaqla peşə vərdişlərinə yiyələnərək gələcəkdə istədiyi sahədə çalışa bilər. Bu cür layihələrin icrası peşə təhsilinin inkişafına töhfə verməklə yanaşı, məşğulluğun artırılmasında da mühüm rol oynayır.

Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasının təmin edilməsi və peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynamasının həyata keçirilməsi məqsədilə Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb, peşə təhsili sahəsində bir sıra normativ hüquqi aktlar hazırlanıb. Peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə həyata keçirilən peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və optimallaşdırılması, müasir standartlara cavab verən pilot peşə təhsili müəssisələrinin qurulması Yol Xəritəsində qarşıya qoyulan mühüm vəzifələrdəndir.

2018-ci ildə regionlarda və Bakıda fəaliyyət göstərən 55 peşə təhsili müəssisəsinin bazasında 24 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Qeyd olunan istiqamətdə daha iki mərkəzin yaradılması nəzərdə tutulub. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi artıq publik hüquqi şəxs statusu alıb. Digər Peşə Təhsil mərkəzlərinin də publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi istiqamətində hazırlıqlar gedir. Bununla yanaşı, “Azərbaycan peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ilkin mərhələdə 2020-ci ilədək müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin qurulması hədəf kimi müəyyənləşdirilib. Strateji Yol Xəritəsinə əsasən, pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərməsi üçün onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi nəzərdə tutulur. Dövlətimizin başçısının Sərəncamına əsasən, 2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında işəgötürənlərlə birgə əməkdaşlıq bu sahənin inkişafı üçün mühüm önəm kəsb edir. Ümumilikdə bu il ərzində peşə təhsili müəssisələrinin 420 nəfərlik mühəndis-pedaqoji heyəti üçün 29 təlim həyata keçirilib. Peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilib.

Bütün bunlar isə peşə təhsili sahəsinə birbaşa müsbət təsir göstərməklə özünü gələcəkdə müxtəlif sahədə mütəxəssis kimi sınamaq istəyənlərə geniş imkanlar açır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB VİDEO

Bəzi Bakıətrafı ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir

Şuşa Forumunda “Yaşıl dünya naminə həmrəylik - COP29” adlı təqdimat keçirilib

“Turan Tovuz”un Türkiyə klubu ilə oyununda 6 qol vurulub

Elnur Soltanov: Metan qazının azaldılması prosesinə bütün ölkələr qoşulmalıdır

Naxçıvanda yazlıq əkinlərə görə subsidiyalar verilir

COP29-un baş icraçı direktoru: Yaşıl dəhlizlərin yaradılması Azərbaycan üçün çox vacibdir

Çində pensiya yaşı artırılacaq

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi bəlli olub

Nyu-Yorkda “Qırmızı rəngi görmək: Renuardan Uorhola” adlı sərgi açılıb

Elnur Soltanov: İqlim dəyişikliyi problemini neft ölkələrinə bağlamaq düzgün deyil

Azərbaycanda mövcud taxıl sahələrinin 90 faizində biçin yekunlaşıb

COP29-un baş icraçı direktoru: Atmosferi qorumaq üçün birləşməliyik

Lənkəranda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza olub

G7 Mərkəzi Asiyaya 200 milyard dollar sərmayə yatırmaq niyyətindədir

Millinin məşqçisi: İnanaq ki, badmintonçularımız Parisdən uğurlu nəticə ilə dönəcəklər - MÜSAHİBƏ

Gürcüstan ərazisində növbəti yeraltı təkanlar qeydə alınıb

Özbəkistanda tibbi tullantılardan enerji əldə ediləcək

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Con Roberts: Ekoloji problemlərdən danışan bəzi ölkələr özləri təbiətə zərər verir

Zelenski: Biz Baydenin qərarına hörmətlə yanaşırıq

Kamala Harris demokratlarla telefon danışığına on saat vaxt sərf edib

Beynəlxalq vebinarın iştirakçıları Qərbi azərbaycanlılar, onların qayıdışı prosesi barədə məlumatlandırılıb

Ukraynanın xarici işlər naziri sabah Çinə səfər edəcək

INHA professoru: İkili diplom proqramının tələbələri beynəlxalq səviyyədə qabaqcıl mühəndislər olacaqlar

“Arab News”: Prezident İlham Əliyev müstəmləkə altında olan xalqlara dəstəyini ifadə edib

Nigar Arpadarai: Biz iqlim dəyişikliyi ilə mübarizədə inklüziv yanaşmanı istəyirik

® Mərkəzi Gömrük Hospitalında Açıq qapı günü keçirilib

Xarici işlər nazirinin müavini “Danışır təcrübə” layihəsinin qonağı olub

Malyorka adasının 20 min sakini turist axınına qarşı yürüş keçirib

AZƏRTAC ilə Vyetnamın VNA agentliyi əməkdaşlıq müqaviləsini yeniləyəcək

İlin birinci yarısında 24 şəxs xarici ölkələrdən Azərbaycana ekstradisiya edilib

Agentlik: Ev şəraitində qida məhsullarının saxlanma qaydasına düzgün əməl olunmalıdır

“Neftçi” “Trabzonspor”un futbolçusunu transfer etmək istəyir

ŞKTC parlamentinin sədri: Tezliklə azı iki ölkə cümhuriyyətimizi tanıyacaq

“Kəpəz”in portuqaliyalı yeni qapıçısı: Azərbaycan haqqında soruşanda mənə yalnız xoş sözlər dedilər - MÜSAHİBƏ

Qlobal Media Forumunda “İqlim hərəkatı və media” mövzusunda müzakirələr aparılır

Kamran Əliyev: İlin birinci yarısında 25 şəxs cinayət başında yaxalanıb

Gürcüstanda baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında hiss olunub VİDEO

Baş prokuror: Birinci yarımildə əvvəlki illərdən bağlı qalmış dörd qəsdən adamöldürmə cinayətinin üstü açılıb

Naxçıvanda Milli Mətbuat Günü qeyd edilib

MSK-nın sədri: Bizim ali məhkəmələr, apellyasiya məhkəmələri ilə ölkə üzrə tədbirlərimiz artıq bəhrələrini verir

Aİ ölkələri su çatışmazlığından narahatdır

BMT-nin eksperti: Azərbaycan müstəmləkəçilik probleminin gündəmdə qalmasına kömək edir

ABŞ-da silahlı hücum nəticəsində üç nəfər həlak olub

Xoş gündə kədərli xəbər

Qazaxıstan və Özbəkistan yeni hava dəhlizi açıb

Azərbaycan futbolunda yeni inkişaf strategiyasının yazılması məqsədilə görüşlər keçirilib

AZƏRTAC Şuşa Qlobal Media Forumu çərçivəsində dörd xarici media orqanı ilə əməkdaşlıq müqavilələri imzalayıb VİDEO

15 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib

Polkovnik Cəlil Xəlilov: Milli media xalqımızın dostu, dövlət maraqlarının etibarlı müdafiəçisidir

Ölkədə radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılmasına dair Sərəncamın icra vəziyyəti müzakirə olunub

İyunda planetimizdə rekord dərəcədə isti temperaturlar qeydə alınıb

“Pakistan Daily”nin redaktoru: Texnologiyanın mediaya və dezinformasiyaya təsirini təhlil etmək günümüzün prioritetlərindəndir

Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan layihəyə start verilib YENİLƏNİB

Çempionlar Liqası: “Qarabağ” Cəbəllütariqə 3 itki ilə yollanıb

Soros ailəsi Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləyir

İnam Kərimov: Ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb

Gənc rəssam Elnur Hüseynovun “italyan koloritli” sərgisi açılıb

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb

Baş Dövlət Yol Polisi İdarəsi yorğun və yuxusuz halda sükan arxasında əyləşən sürücülərə müraciət edib

Otuz doqquz nəfər Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaq

Bu gün “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibi bilinəcək

Leslie Richer: Süni zəka rəqəmsal məkanda mövcud yanlış məlumatları doğru kimi təqdim edir

Peşə məktəblərinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə başlanılıb

Məzahir Pənahov: Parlament seçkiləri ilə əlaqədar indiyədək 1048 nəfərin deputatlığa namizədliyi irəli sürülüb

Ərdoğan: Lazım gələrsə, Ankara Kiprdə hərbi-dəniz bazası yarada bilər

KOBİA sədri: Reklam bazarının inkişafı marketinq fəaliyyətindən asılıdır

Konfrans Liqası: Azərbaycan klublarının mümkün rəqibləri müəyyənləşir

Əlilliyi olan 15,7 min uşağa reabilitasiya xidmətləri göstərilib

Qərbi Azərbaycan İcması Azərbaycan Prezidentinə təşəkkür edib

Milli Kitabxanada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı kitab sərgisi açılıb

Nazir müavini: FM radioyayım avadanlıqları parkının müasirləşdirilməsinə ehtiyac yaranıb

Çində İqlim Fəaliyyəti üzrə Nazirlərin 8-ci iclası keçirilir

Həsən bəy Zərdabi adına mükafat təqdim olunub

Çempionlar Liqası: Bu gün “Qarabağ”ın potensial rəqibi məlum olacaq

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Girne şəhərində elmi festivalın keçirilməsi ideyasını dəstəkləyib

İyulun 22-si Ümumdünya Beyin Günüdür

Dünya birjalarında neft bahalaşıb

Yeni tədris ilindən BDU-da şəhər kadastrı ixtisaslaşması üzrə kadrlar hazırlanacaq

Bu gün Xalq artisti Yusif Muxtarovun doğum günüdür

II Şuşa Qlobal Media Forumunda süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri müzakirə edilir

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb

CNN: Bir çox Qərb ölkələri məcburi hərbi xidmətin tətbiqini nəzərdən keçirir

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

“Əkinçi”dən başlayan yol: Azərbaycan mediası 149 yaşını qeyd edir

Tramp: Bayden yarışı tərk etdikdən sonra ölkəni idarə edə bilməz

Gürcüstan mediası Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını işıqlandırmaqda davam edir

ABŞ ordusu Qırmızı dənizdə husilərin 4 pilotsuz gəmisini məhv edib

Ağ ev: Bayden ABŞ prezidentliyini vaxtından əvvəl tərk etmək niyyətində deyil

Zelenski Almaniyadan ölkəsinə “Patriot” sisteminin tədarük edildiyini açıqlayıb

Serbiya Prezidenti: Qərb Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlaşır

Kir Starmer Baydenin prezident seçkilərində iştirakdan imtinasına münasibət bildirib

“Kəpəz” albaniyalı futbolçunu heyətinə transfer edib

Harris ABŞ-da prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib

Nümayəndələr Palatasının sədri: Harrisin namizədliyi demokratların seçki perspektivlərini yaxşılaşdırmayacaq

NATO: Hazırda 500 mindən çox əsgər yüksək hazırlıq vəziyyətindədir

ABŞ-da atışma olub, 3 nəfər ölüb

Sumqayıtda bir qrup jurnalist mükafatlandırılıb

Donald Tramp Baydenin seçki mübarizəsindən çəkilməsini şərh edib