RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının əhəmiyyəti qeyd edildi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil şirkəti arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin