Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirlərdə iştirak edib.

Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir.

Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır.

“Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq.

Dövlətimizin başçısı müəssisənin təməlini qoydu.

Bildirildi ki, təkcə son 3 ildə Azərbaycana hər il 5–10 min ton sulfat turşusu idxal edilir və bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq. Məhsulların növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.

XXX

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Glassica” Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyət burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək. Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.

Prezident İlham Əliyev zavodun təməlini qoydu.

Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Yəni, daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır.

XXX

“Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.

Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur.

Dövlətimizin başçısı zavodu işə saldı.

Məlumat verildi ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat tamamilə idxal məhsulları hesabına təmin edilir. Vərəqə şüşə şəffaf və ya rəngli, eyni zamanda, kiçik və böyük ölçülərdə istehsal olunur. Hazırda dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi - yüksək keyfiyyətli rəngli və rəngsiz (şəffaf), optik baxımdan təmiz şüşə tamamilə termoformalaşdırma texnologiyası ilə istehsal edilir. Artıq Azərbaycanda da bu sahədə ən müasir texnologiya tətbiq olunur.

Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi.

-Cənab Prezident, biz, ilk növbədə, yəqin ki, bu təməlqoymaları, eyni zamanda, istehsala başlamanı hərbi-diplomatik qələbələrimizdən sonra həm də iqtisadi sahədə uğurların davamı və Sizin prioritet kimi müəyyənləşdirdiyiniz sənayeləşmə siyasətinin növbəti təzahürü kimi qiymətləndirməliyik. Təməlini qoyduğunuz və eyni zamanda, hazırda məhsul istehsalına başlayan müəssisələrin növbəti mərhələlərdə qeyri-neft sənayesinin şaxələndirilməsi fonunda töhfəsini necə qiymətləndirirsiniz?

- Bu müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının çox böyük əhəmiyyəti var, ilk növbədə, Sumqayıt şəhərinin inkişafı üçün. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Eyni zamanda, son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəllər Sumqayıt ekoloji fəlakət zonası idi. Biz isə Sumqayıtı müasir sənaye mərkəzinə çevirərək, ilk növbədə, insanların sağlamlığını nəzərə almışıq. Bildiyiniz kimi sovet vaxtında burada tikilmiş çoxsaylı müəssisələr istismar müddətini başa vurmuşdu, sıradan çıxmışdı və ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi. O müəssisələr söküldü və mənim göstərişimlə 10 il bundan əvvəl onların ərazisində 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Son illər ərzində bu sənaye parkı o qədər böyüdü və genişləndi ki, artıq göstəriş verildi, əlavə torpaq sahələri tapılsın və bu istiqamətdə işlər aparılır.

Bu müəssisənin təməlini 2017-ci ildə mən özüm şəxsən qoymuşam və şadam ki, artıq 100 milyon avro dəyərində bu böyük layihə həyata keçdi və bizi vərəqə şüşələrin idxalından azad edəcək. Bu, o deməkdir ki, valyuta qalacaq ölkəmizdə, yerli istehsal canlanacaq, iş yeri yaradılacaq və iqtisadiyyatımızın şaxələndirilməsi təmin ediləcək. Biz hətta dünya bazarlarında neftin qiymətinin aşağı səviyyədə olduğu bir dövrdə də öz dayanıqlılığımızı qoruya bilmişik. Mən bu yaxınlarda ilin yekunları ilə bağlı keçirdiyim müşavirədə qeyd etdim ki, bizim valyuta ehtiyatlarımız azalmayıb, hətta az da olsa, artıb. Nəyə görə? Çünki qeyri-neft sektoru uğurla inkişaf edib. Bütün dünya ölkələrində 2020-ci il iqtisadi tənəzzül ili olmuşdur, bizdə də, həmçinin. Amma bizdə tənəzzül cəmi 4,3 faiz olmuşdur. İnkişaf etmiş bəzi ölkələrdə bu, daha böyük rəqəmlərlə ölçülür. Amma bizdə qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub, məhz bu kimi müəssisələrin hesabına. Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması - bütün bu amillər bugünkü yeni reallığı yaradıb.

Beləliklə, ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək. İlin əvvəlində məhz buraya gəlməyim təsadüfi deyil. Yəni, 2021-ci il də artıq qələbələrlə başlayır. Əlbəttə ki, mənim bölgələrə ilk səfərim, hamımız üçün doğma Şuşa şəhərinə olub. Bu da mətbuatda kifayət qədər işıqlandırılıb. İkinci səfərim isə Sumqayıtadır. Son 17 il ərzində mən Sumqayıtda bəlkə də 30 dəfə olmuşam. Hər dəfə burada olanda, həm sənaye müəssisələrinin işə düşməsi, eyni zamanda, şəhərsalma ilə bağlı görülən işlər, insanları narahat edən problemlərin həlli daim diqqət mərkəzində olur. Bu gün Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı var və iş yerləri də yaradılır. Bax, bu 3 müəssisədə 350-dən çox iş yeri yaradılıb və burada işləyənlərin əksəriyyəti yerli sakinlər olacaq.

Biz bu müəssisələri yaratmaqla həm bu günün məsələlərini həll edirik, həm də gələcək məsələləri. Nə üçün Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmasın? Sadəcə olaraq, həm xarici, həm də yerli investorların ölkəmizin gələcəyinə inamı olmalıdır, bu da həmişə olub, bu gün də var. Gözəl investisiya iqlimi olmalıdır. Dünya Bankının “Doing Business” hesabatında biz 10 ən islahatçı ölkə sırasındayıq və dünya miqyasında 28-ci yerdəyik. Sabitlik olmalıdır, xalq-iqtidar birliyi olmalıdır, əmin-amanlıq olmalıdır, təhlükəsizlik olmalıdır və buna da biz nail olmuşuq. Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb. Ona görə mən tam əminəm ki, bugünkü Azərbaycana investisiyalar, ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə gələcəkdir. Çünki əgər əvvəlki illərdə - müharibə hələ həll olunmamış bir vəziyyətdə biz bu investisiyaları cəlb edə bilmişiksə, bu gün bunları cəlb etmək daha asan olacaq.

Bir də ki, ölkəmizdə islahatlar - kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır. Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Siyasi sabitlik, xalq-iqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, - bu, çox önəmlidir, - ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər, heç bir ölkə ilə problemin olmaması. İndi mən ümid edirəm, müəyyən müddətdən sonra Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur. Çünki əsas məsələ bunda idi, onlar bizim torpağımızı işğal etmişdilər. Onlar bizə qarşı soyqırımı törədiblər. Onlar bizim şəhərlərimizi yerlə bir ediblər. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq.

Ona görə ölkəmizin inkişafı üçün yeni bir dövr başlayıb. Bütün bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə edəcəyik. Orada çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yəni, bu bölgələr bir çoxlarının fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Mən də əlbəttə ki, bu fikri bölüşürəm. Sadəcə olaraq, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanlarının funksiyaları. Çünki bilirsiniz, əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin. Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin.

Mənim, əlbəttə ki, əsas işim Qarabağ məsələsinin həlli və sentyabr ayından başlayaraq gedən müharibəyə Ali Baş Komandan kimi rəhbərlik etməyim idi. Bu gün də mənim fəaliyyətimdə o bölgələrin - Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur. Bu, təsadüfi deyil, bu, təbiidir. Ancaq, eyni zamanda, mən ənənəvi iş fəaliyyətimə də həmişə diqqət yetirmişəm. Sumqayıta gəlməyim onu bir daha göstərir.

Müharibə başa çatdı, müzəffər Ordumuz müharibədə qələbə çaldı, düşməni məğlub etdi. Azad olunmuş torpaqların bərpası üçün əlimizdən gələni edəcəyik. Hər gün mənim işimin əsas hissəsi buna həsr olunur. Ancaq digər ərazilərin inkişafı da heç vaxt yaddan çıxmayacaq, Azərbaycan xalqı əmin ola bilər. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, daha güclü Azərbaycan quracağıq.

- Cənab Prezident, icazənizlə Müzəffər Ali Baş Komandanımıza Qələbəyə görə öz adımızdan təşəkkür edək. Siz demisiniz ki, Qarabağ cənnətə dönəcək. Buna heç bir şübhəmiz yoxdur, təşəkkür edirik.

- Prezident İlham Əliyev: Sağ olun.

XXX

Qeyd edək ki, Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkı – Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyata alınmış 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb. Sənaye parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. 2020-ci ildə parkda 1,1 milyard manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 37 faiz çoxdur. İxrac isə 2019-cu illə (276 milyon manat) müqayisədə 18 faiz artaraq 2020-ci ildə 336 milyon manat təşkil edib.

Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulan və açılışı edilən müəssisələrin timsalında əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

VİDEO

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib VİDEO

Özbəkistanlı nazir “ASAN xidmət”də

Azərbaycan dayanıqlı və ekoloji cəhətdən təmiz gələcək qurmaq üçün digər ölkələrə nümunədir- ŞƏRH

Energetika naziri Sabirabadda vətəndaşlarla görüşüb

® Birbank-ın “10 001 hədiyyə” lotereyasının 2-ci tirajı yekunlaşdı

“Əlini mənə ver, dostum" adlı tədbir keçirilib

"Azəriqaz" rəhbərliyi Zaqatalada vətəndaşları dinləyəcək

Viktor Orban: Aİ əvvəlcə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi bağlamalıdır

Müşavir: Kənd yerlərində rəqəmsal təhsil mərkəzləri yaradılacaq

Regionlarda “Qəhrəmanını tanı” layihəsi həyata keçirilib

Azərbaycan ağırlıqqaldıranları Doha Qran-prisində iştirak edəcəklər

Solmaz Karabaşa: Şuşada sərgilənən mətbəx nümunələri ilə nə qədər çox ortaqlığımızın olduğunu gördüm

ATMU-da əcnəbi tələbələr üçün məlumatlandırma sessiyası keçirilib

“Avroviziya” mahnı müsabiqəsinin ölkəmizin musiqi sənayesinin inkişafındakı rolu müzakirə edilib

İtaliyalı alim BDU-da nanomaterialların tətbiqi ilə bağlı məruzə edib

Qərbi Azərbaycan İcması: Avropa İttifaqının məsələlərə etnik və dini zəmində yanaşması qəbuledilməzdir

Baş katib: Velosiped idmanının rayonlarda da inkişafı sevindirici haldır

Monteneqronun XİN başçısı: Azərbaycanla münasibətlərin inkişafında mövcud potensialdan istifadə olunmasında maraqlıyıq

TƏBİB tabeliyində olan tibb müəssisələrində 1804 nəfər qrip əleyhinə peyvənd olunub

“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” - təlim

Vyanada Aşıq Şəmşirin anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirilib

Qax rayonunda tələbələr narkomaniyanın mənfi təsiri barədə məlumatlandırılıblar

“Bir ömür xidmətinizdə”...

Rəşad Nəbiyev özbəkistanlı həmkarı ilə kibertəhlükəsizlik və kosmik sahələrdə əməkdaşlığı müzakirə edib

Velosiped məşqçiləri üçün texniki kurslar keçirilib

COP28: Yoxsul ölkələr iqlim ödənişləri uğrunda 30 illik mübarizədə qalib gəlir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yayılan iddialara cavab verib

Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” beynəlxalq konfransı və Türk xalqlarının ortaq mətbəxinin təqdimatı olub

Badamdar qəsəbəsinin sürüşmə zonasında içməli və tullantı su şəbəkələri yaradılır

OPEC+ ölkələri 2024-cü ilin I rübündə hasilatı 2,2 milyon barel azaltmaq barədə razılaşıblar

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

KOBİA sədri: Rəqəmsallaşmanı regionlarda gücləndirmək əsas məqsədimizdir

Çayların su ehtiyatları yeni operativ-interaktiv metodla qiymətləndirilir - tədqiqat

® Mərkəzi Gömrük Hospitalında Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

“Məktəbli könüllü” proqramına start verilir

Qızdırma təkrar pik həddə çatdıqda mütləq ailə həkimləri ilə əlaqə saxlanılmalıdır

Tərtərdə xeyli sayda sursat aşkar edilib

Naxçıvanda ilk dəfə müsahibə yolu ilə 11 məktəbə direktor təyin olunub

® Kommunal ödənişlərinizi Unibank mobil tətbiqində edin və qazanın!

® Londonda ABB-yə “İlin bankı” mükafatı təqdim olundu

Türkiyə təhlükəsizlik qüvvələri İraq və Suriyada 7 terrorçunu zərərsizləşdirib

Çex Respublikası Cənubi Qafqaz nəqliyyat dəhlizinə böyük maraq göstərir

Azərbaycanın COP28 tədbirində iştirakı Qarabağı ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək imkanı yaradır

Azad edilmiş ərazilərdə ötən ay aşkarlanmış mina və partlamamış hərbi sursatların sayı açıqlanıb

İRİA: Bizim 70-dən çox unikal mentorlarımız var

Tovuz rayonu və kəndlərinin su təminatı yaxşılaşdırılır

Stirlinq Fondunun prezidenti: Azərbaycandakı dinlərarası dialoq və əməkdaşlıq çox qiymətli dəyərdir

The Economist: Sürix və Sinqapur dünyanın ən bahalı şəhərləridir

Polkovnik: Laçın sürətli inkişafı ilə heyrətləndirir

Ölkə ərazisində yağmursuz hava şəraiti davam edəcək

Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyi qeyd edilib

Almaniyalı deputatlar Azərbaycanın sülh təşəbbüsləri barədə ətraflı məlumatlandırılıb

Laçın dünyanın ən gözəl rayonlarından birinə çevrilir - RƏY

İcraçı direktor: Süni intellekt alıcılıq qabiliyyətimizi dəyişir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Tanınmış dilçi alim Rəhilə Məhərrəmovanın 100 illik yubileyi qeyd olunub

Ulu Öndərin yubileyi ilə əlaqədar AZƏRTAC-ın təşkil etdiyi tədbirlər Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub

2023-cü ilin iqlimi: təbiət və insan üçün ciddi fəsadları olan yeni rekordlar 

50-yə yaxın şəxs işə düzəlmək adı altında aldadılıb

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

“Femida Dialoq Platforması” çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

® Kapital Bank-dan Yeni ilə özəl nağd kredit kampaniyası

® “Azercell” BMT-nin Qlobal Sazişinə qoşulub

AMEA Türk Dil Qurumunun “Türk dilinə xidmət” mükafatına layiq görülüb

Macarıstanda “Türk dövlətləri iqtisadiyyatı” kitabı təqdim olunub

® “Shokki Mokki” “Peşəkar 100 il” idarəçilik marafonunda!

Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb VİDEO

Dubayda Ümumdünya İqlim Sammiti başlayıb

Xidmət rəisi: Yeni qanunda beynəlxalq təşkilatların satınalmalar üzrə prinsipləri durur

Maarifləndirmə tədbiri: Biz sağlam həyat tərzi seçirik, narkomaniyaya yox deyirik

İnarə Vəliyeva: İkinci vençur kapital fondu yaradılması istiqamətində işlər görülür

İnklüziv Karyera Forumu keçirilir

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Sabir Hacıyev: Həştərxanla Azərbaycan arasında münasibətlər təkmilləşir

Milli Kitabxanada “Türkdilli ölkələrin gənc yazarları” adlı virtual sərgi hazırlanıb

Xalq rəssamı Fərhad Xəlilovun yeni sərgisi - “Yerlə göy arasında”

Moskvanın “Sadovod” bazarında yanğın baş verib

Şirvan-Salyan Regionunda təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb

İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib

Şuşada türk xalqlarının ortaq mətbəx nümunələrinin təqdimatı olub

“Azeri Light” markalı neft ucuzlaşıb

“İçərişəhərin həyatı” adlı fotosərgi açılıb

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

FIDE reytinqi: Rauf Məmmədov irəliləyib, Teymur Rəcəbov geriləyib

Bundestaqın sədri: Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Umayra Tağıyeva: Azərbaycanın qlobal emissiyalarda payı 0,15 faiz təşkil edir

ETX: Son üç ayda Azərbaycan üzrə 137 minədək zərərli proqram aşkarlanıb

BDU-da “Fizikada müasir trendlər” mövzusunda 8-ci beynəlxalq elmi konfrans davam edir

Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumunda iştirakı üçün qeydiyyat başlanıb

Sarayevo Avropada ən çirkli havası olan şəhərdir

Şirvanda Beynəlxalq Əlillər Günü “Biz birlikdə güclüyük!” adlı tədbirlə qeyd edilib

“Müasir dövrdə effektiv idarəetmənin problemləri” - VIII respublika elmi konfransı

Ukrayna-Polşa sərhədində iki mindən çox yük maşını növbə gözləyir

Dubayda COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB - 2 VİDEO

Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib  YENİLƏNİB VİDEO

Bu ilin 11 ayında 500-dən çox silah könüllü olaraq təhvil verilib

QİÇS-lə Mübarizə Günü ilə bağlı biblioqrafik icmal istifadəçilərə təqdim edilib

Bayden seçkilərdə iştirak etməsə, demokratlar çıxılmaz vəziyyətə düşəcək

Əlilliyi olan şəxslərin hüquqlarının hər hansı bir şəkildə məhdudlaşdırılmasına yol verilmir

Sabunçu rayonunda fəaliyyət göstərən ticarət obyektinin fəaliyyəti dayandırılıb