Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib YENİLƏNİB -2 VİDEO

Sumqayıt, 18 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdilər.

Bildirildi ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub. 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı olub. Artıq yüksəksıxlıqlı polietilen zavodu da istismara tam hazırdır. İlkin mərhələdə, “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.

Prezident İlham Əliyevə məlumat verildi ki, artıq Türkiyə, Rusiya, Belarus və Ukraynadan sifarişlər qəbul edilib. Zavodda “Made in Azerbaijan” brendi ilə istehsal olunan polipropilen qatarla sifariş olunan ölkələrə yola salınıb.

Qeyd edək ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. Layihəni həyata keçirmək üçün İtaliyanın “Maire Tecnimont”, Niderlandın “Fluor” şirkətləri və digər şirkətlər cəlb edilib. Layihə çərçivəsində milli mühəndis kadrlarının ixtisaslarının artırılması təmin olunacaq. Bu məqsədə çatmaq üçün vahid layihə idarəetmə qrupu yaradılıb. “Fluor” şirkəti milli mühəndis kadrları və digər işçilər üçün Amsterdamda, Milanda və Mumbayda ixtisas kursları təşkil edib. Bundan başqa, ekoloji və sosial təsirlərin minimuma endirilməsi, zərərli maddələrin və maye tullantılarının zərərsizləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Odur ki, beynəlxalq lisenziyalardan əldə edilən texnologiya əsasında fəaliyyət göstərəcək bu zavodlar istehsal prosesi və məhsulun keyfiyyəti baxımından ən yüksək beynəlxalq standartlara cavab verəcək.

Sonra Prezident İlham Əliyev zavodun idarəetmə mərkəzi ilə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin müxtəlif vaxtlarda Sumqayıta səfərlərinin əks olunduğu fotoguşə yaradılıb. Müəssisəyə cəlb olunan investisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin edilib. “Layihə maliyyələşdirilməsi” prinsipi əsasında 489 milyon dollar məbləğində əsas səhmdarın təminatı olmadan kredit alınıb. Bu prinsip əsasında maliyyələşdirmə ölkə daxilində birinci dəfədir ki, həyata keçirilir. Ümumi investisiya xərcləri 816 milyon dollar təşkil edir. Zavodların istismarı dövründə 6,6 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Bundan başqa, “SOCAR Polymer” tərəfindən dövlət büdcəsinə istismar müddəti ərzində ümumilikdə 600 milyon dollar məbləğində vergilərin ödənilməsi nəzərdə tutulur. Bu, ölkənin ümumi daxili məhsulunun artmasına da kömək edəcək. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 14 faizdən çox artıracaq.

Prezident İlham Əliyev yüksəksıxlıqlı polietilen zavodunu işə saldı.

Zavodun tərkibində olan polimerizasiya, katalizatorun aktivləşdirilməsi əraziləri, orqanoleptik emal bölməsi, laboratoriya, qablaşdırma bölməsi, anbar və idarəetmə otağının fəaliyyətinə dair qısa film nümayiş olundu.

Sonra yüksəksıxlıqlı polietilen zavodunun ilk məhsulu xatirə olaraq Prezident İlham Əliyevə hədiyyə edildi.

Zavodun işçisi Nigar Qarayeva: Cənab Prezident, müəssisəmizə gəldiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Qeyd etmək istərdik ki, ümumiyyətlə, zavodun tikilməsinə başlayan zamandan biz həmişə Sizin diqqət və qayğınızı hiss etmişik. Bunun bariz nümunəsi zavodun təməlqoyma mərasimində və onun açılışında Sizin iştirak etməyinizdir. Biz istərdik ki, zavodumuzun ilk məhsulunu xatirə olaraq Sizə təqdim edək. Qeyd etmək istərdik ki, zavodumuzda istehsal olunacaq bu qranullar yüksəksıxlıqlı polietilenin qara və təbii növləridir.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Daha sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.

Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Mən çox şadam ki, bu zavodda işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Mən sizi ürəkdən salamlayıram və zavodun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bir neçə il bundan əvvəl bu zavodun təməli qoyuldu. O vaxt burada heç nə yox idi. Vaxtilə burada fəaliyyət göstərmiş müəssisələr sıradan çıxmışdı və yarıdağılmış vəziyyətdə idi. Dövlət tərəfindən bu ərazi nəzarətə götürüldü, böyük təmizlik işləri aparıldı. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan çoxdur və bu ərazidə bütün kommunikasiyalar, infrastruktur layihələri icra edildi ki, burada müasir sənaye mərkəzi yaradılsın. Biz buna nail ola bilmişik. Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında “SOCAR Polymer”in əlbəttə ki, xüsusi yeri vardır.

Keçən il polipropilen zavodunun açılışı rəsmi qaydada qeyd olundu. Bu gün isə biz yüksəksıxlıqlı polietilen zavodunun açılışını qeyd edirik. Beləliklə, “SOCAR Polymer” tam gücü ilə işə başlayır. Bu, çox əlamətdar hadisədir. Bu, ölkəmizin inkişafını göstərir. Bu, ölkəmizə xarici maliyyə qurumları tərəfindən inamın təzahürüdür. Çünki bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir.

Siz - burada çalışan gənclər yaxşı bilirsiniz ki, zavodun istehsal gücü 300 min ton olacaqdır. Bu, bizim qeyri-neft ixracımızın 15 faiz artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. Bununla paralel olaraq, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti gənclərin hazırlanmasına da xidmət göstərir. Siz gənclər təlim keçmisiniz, orta əməkhaqqı çox yüksəkdir. Siz buna layiqsiniz. Siz müasir sənaye müəssisəsində çalışacaqsınız və bu müəssisənin fəaliyyəti ölkəmizi gücləndirəcək.

Yeni iş yerlərinin yaradılması prosesi burada təmin olunur, təxminən 500-dən çox yeni iş yeri açılır. Bu yaxınlarda karbamid zavodunun açılışında iştirak edərkən məlumat verildi ki, orada da 500-dən çox iş yeri yaradılır. Yəni, bu iki mühüm müəssisənin əhəmiyyəti çox böyükdür. İlk növbədə, bu iki müəssisəyə 1,6 milyard dollar sərmayə qoyulub. Çox böyük rəqəmdir. Özü də nəzərə alsaq ki, bu sərmayə qeyri-neft sektoruna qoyulur. Digər tərəfdən, burada istehsal olunan məhsullar ixracyönümlüdür və ölkəmizə valyuta gələcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, hazır məhsuldan valyuta qazanacağıq. Burada müasir texnologiyalar tətbiq olunur və Azərbaycanın texnoloji inkişafına bunun müsbət təsiri var. Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır.

Yəni, bir sözlə, belə böyük layihələrin icrasının çox böyük mənası, çoxşaxəli təsiri var və bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Biz bu layihələrə start verəndə, əlbəttə, təxmin edirdik ki, bu, çox gözəl nəticələrə gətirib çıxaracaq. Bu gün biz bunun əyani şahidiyik. Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsində. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır. Əminəm ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaqdır və ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir.

Bu zavodun fəaliyyətə başlaması Sumqayıt şəhərinin ümumi inkişafına da böyük töhfədir. Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Son illərdə Sumqayıtda bir çox müasir müəssisələr yaradılıb. Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur. Sumqayıtın həm sənaye, həm iqtisadi, sosial inkişafı daim diqqət mərkəzindədir. Sumqayıt bu gün yüksək ekoloji standartlara uyğun şəhərlərdən biridir. Biz bu sahəyə də çox böyük önəm verirdik. Çünki bilirsiniz ki, sovet vaxtında Sumqayıtda ekoloji vəziyyət o qədər də ürəkaçan deyildi. Sovet məkanında Sumqayıt bu baxımdan geridə qalmış şəhərlərdən biri idi. Bu da təbii idi, çünki o vaxt müasir təmizləyici qurğular mövcud deyildi və burada böyük kimya mərkəzi yaradılmışdı. Bu gün isə Sumqayıtın gözəl havası, ictimai yerləri var, istirahət üçün parklar yaradılıb, vaxtilə salınmış parklar abadlaşdırılıb, Sumqayıt bulvarı yaradılıb, özü də qısa müddət ərzində. Bu da çox gözəl hadisədir. Yəni, şəhərin ümumi inkişafı ilə bağlı çox böyük tədbirlər görülür, infrastruktur layihələri icra edilir. Bu yaxınlarda 2 saylı şəhər xəstəxanasının təmiri ilə bağlı müvafiq Sərəncam verilmişdir. Bu xəstəxanada təxminən 200-ə yaxın çarpayı var. Ondan əvvəl biz 1 saylı xəstəxananın təmirini təmin etdik. Qazlaşdırmanın səviyyəsi təxminən 100 faizdir. Yəni, bir sözlə, belə zavodların fəaliyyətə başlaması şəhərin inkişafına da təkan verir.

Bu gün nəinki Sumqayıtın tarixində, ölkəmizin tarixində çox əlamətdar bir gündür. Çünki hər bir ölkə belə gözəl müəssisələrlə fəxr edə bilər. Xüsusilə nəzərə alsaq ki, bu müəssisələrdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Yəni, Azərbaycanın gənc nəsli müasir Azərbaycana xidmət edir. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram. Sağ olun.

X X X

Məlumat verildi ki, “SOCAR Polymer” zavodlarının inşaat işlərinin pik həddində burada 3500-ə yaxın işçi çalışıb. Personalın bilik və bacarıq səviyyəsini artırmaq məqsədilə ölkə daxilində və xaricdə təlim-hazırlıq kursları təşkil olunub. Bütün bunlar göstərir ki, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin başlıca istiqamətlərindəndir. Bu baxımdan innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin qurulması xüsusi əhəmiyyət kəsb edir. Artıq böyük infrastruktur işlərinin həyata keçirildiyi, 18 sahibkarlıq subyektinə rezident statusunun verildiyi Sumqayıt Kimya Sənaye Parkına 2,7 milyard dollardan artıq investisiya yatırılıb və bu istiqamətdə mühüm tədbirlər davam etdirilir.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib YENİLƏNİB -2 VİDEO

BDU-nun İslam Əməkdaşlıq Təşkilatı Modeli klubunun məlumat sessiyası

Sabah Bətəlqeyzə ulduzu tutulacaq

AzMİU tələbələri Türkiyə universitetlərində elmi tədqiqatlara cəlb olunacaqlar

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Tarix Muzeyində antik dövrə aid saxsı küp qorunur

Quba sakininə məxsus iribuynuzlu heyvanların tələf olması səbəbi araşdırılır

Mədəniyyət Nazirliyində türkiyəli tanınmış kinorejissor və ssenaristlə görüş olub

® “Veysəloğlu”da vəzifə dəyişikliyi olub

Azərbaycanın voleybol millisi Ukrayna və Polşa yığmaları ilə eyni qrupa düşüb

Bakıdakı Rus evində “Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə töhfəsi” mövzusunda leksiya olacaq

Azərbaycan və Oman XİN-ləri arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

AZƏRTAC-ın “Heydər Əliyev Azərbaycandır!” ikihissəli filmi yenidən İctimai TV-nin ekranında VİDEO

“Heydər Əliyev və azərbaycançılıq ideyası”- elmi sessiya

Qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BDU-nun “SABAH” qruplarının tələbəsi və məzunu Beynəlxalq Tələbə İnternet Olimpiadasında qalib olub

Ölkəmizin irəli sürdüyü təkliflər regionda sabitliyin əldə olunmasına böyük töhfələr verir - RƏY

® “Kapital Bank” daha 9 vətəndaşın özünüməşğulluğuna dəstək oldu

“MilliNet 2023” müsabiqəsində yekun səsvermə başa çatıb

Azərbaycan diasporunun üzvləri Çingiz Aytmatova həsr olunmuş tədbirdə iştirak ediblər

“Heydər Əliyev və Azərbaycan dili” - tədbir

® “AccessBank” tender elan edir

Heydər Əliyevin ədəbiyyat təlimi və müasir dövr

Bələdiyyədə yaranan qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

Piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb

İran XİN: Tehran Azərbaycanın və Ermənistanın girovların azad edilməsi haqqında birgə açıqlamasını alqışlayır

Novxanıda “Sərhədçi” Atçılıq Mərkəzinin yeni istifadəyə verilmiş qərargah binasının açılışı olub

Külli miqdarda pirotexniki vasitələrin topdan satışını həyata keçirən şəxs saxlanılıb VİDEO

Tanınmış hakim: Əliyar Ağayev “Srvena Zvezda” - “Mançester Siti” oyunundan da üzüağ çıxacaq

İranlı nazir: Rəşt-Astara dəmir yolu üç dövlət üçün böyük əhəmiyyət daşıyır

Türk dövlətlərinin media sahəsində əməkdaşlığının gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb

Qazaxıstan Bakı limanı ilə neft ixracını 6 dəfə artırıb

Naxçıvanda Qərbi Azərbaycana həsr olunan rəsm sərgisi açılıb

Baş Prokurorluq Binədə baş vermiş intihar hadisəsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib

Xəzər dənizində zəlzələ olub

Çində bu il rekord miqdarda taxıl istehsal edilib

COP28-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə məlumat verilib

Bakı yollarının 65 yaşlı “dəmir brilyant”ı – FOTOLAR

Rəsədxana: Geomaqnit sahəsinin qeyri-sabit olacağı gözlənilir

COP28: İqlim “məhkumluğu”na qarşı mübarizə üçün ərzaq sisteminin dəyişdirilməsi planı

Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi olması üçün bütün zəruri addımları atdı

XƏBƏRDARLIQ: Dekabrın 14-ü gündüzədək hava qeyri-sabit olacaq

Yaponların 40,5 faizi Fumio Kişidanın Baş nazir postundan getməsini istəyir

Qərbi Azərbaycan kəndləri – Cəfərabad

İtaliyada iki sərnişin qatarı toqquşub: 17 nəfər yaralanıb VİDEO

Ötən həftə 533 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Prezident İlham Əliyevin Serbiyada interkonnektorun açılışında çıxışı Azərbaycanın bərpaolunan enerjiyə keçidinin anonsu idi - ŞƏRH

Azərbaycan vəkilləri beynəlxalq futbol turnirinin qalibi olublar

Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95 faizdir

® “AccessBank” əsginaz qəbulediciyə dair tender elan edir

Lökbatan qəsəbəsində küçə təmir edilir VİDEO

Başqırdıstan Azərbaycana 500 ton buğda göndərib

Bəzi bölgələrdə yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir

Mütəxəssis: Qızılcanın xüsusi müalicəsi yoxdur

Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib

İcma: Ermənistan əgər sülhdə maraqlıdırsa, Azərbaycana qarşı yönəlmiş təxribatçı addımların qarşısını almalıdır

Arif Əsədov: “Qarabağ”ın qələbəsi təəccüblü deyil, “Səbail”in məğlubiyyəti isə gözlənilən idi

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 126 min şəxsə 322 min xidmət göstərilib

Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmirinə 400 min manat ayrılıb

İmişlidə sənədli teatr-verbatim janrında tamaşa nümayiş etdirilib

COP28 çərçivəsində təbiətin mühafizəsinə əlavə 186 milyon dollar ayrılıb

Qızılca ilə xəstələnən uşaqlar təxminən 1 həftə ərzində sağalmağa başlayır

Əməkdar rəssam Rafael Abbasovun xatirəsi anılıb

Çinin şimalında güclü qar səbəbindən yollar bağlanıb VİDEO

BDU-da radiasiyanın nanokompozitlərin strukturuna təsiri öyrənilir

“MÜSİAD Azərbaycan”la əməkdaşlıq tələbələr üçün təcrübə imkanları yaradacaq

Restoranlarda oğurluq edən əcnəbi vətəndaş saxlanılıb

İnfeksionist: 1-8 yaş qızılcaya ən həssas qrup hesab edilir

FHN: Səbail rayonunda ictimai iaşə obyektində yanğın baş verib VİDEO

Yardımlıda 7 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə ilkin olaraq 1,7 milyon manat ayrılıb - SƏRƏNCAM

Şimal bölgəsindən olan 4673 şagird respublika fənn olimpiadalarında iştirak edəcək

Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hərb Tarix Muzeyində tədbir: “Tarixin gedişini dəyişən şəxsiyyət”

Cəbrayılda minatəmizləyən texnikalar istehsal olunacaq - EKSKLÜZİV VİDEO

Azərbaycan Prokurorluğu beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirir

Azərbaycanlı mütəxəssis Rusiyada Rabitə İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Təşkilatına Şura üzvü seçilib

Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar

Prezident İlham Əliyev Gürcüstan parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

Qırğızıstanda 180 məmur mafiya ilə əlaqələrinə görə işdən çıxarılıb

2024-cü ildə Budapeştdə Stinqin konserti gözlənilir

Stokholmda tədqiqatçı Jalə Cəfərova ilə görüş olub

“Dərbənd: XVIII-XIX əsrin əvvəllərində” - Tarix və Etnologiya İnstitutunun yeni nəşri

“Sabah”ın tanınmış hücumçusu: Komandanı layiq olduğu yerə qaytarmağa çalışırıq

Yanvarın 1-dən qeydiyyatdan keçməyən xarici qida obyektlərindən idxala məhdudiyyət qoyulacaq

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Paytaxtda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs saxlanılıb VİDEO

Biləsuvarlı fermerlər çuğundur satışı üçün xarici bazara çıxış əldə etmək istəyirlər REPORTAJ VİDEO

Xalqın dəstəyinə əminliyin bariz göstəricisi

Mingəçevirdə dəmir yolu stansiyası ərazisindən 810 metr rels oğurlanıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Hindistan məhkəməsi Cammu və Kəşmirin xüsusi statusunun ləğvini təsdiqləyib

Gənclər Kitabxanasında görkəmli yazıçı Çingiz Aytmatovla bağlı silsilə materiallar hazırlanıb

Asiya Futbol Konfederasiyası Ramil Şeydayevi cəzalandırıb, klub prezidenti qərara etiraz edib

Azərbaycanda ilk “Mələk İnvestorlar Məktəbi”indən 109 nəfər məzun olub

Ulu Öndər Heydər Əliyev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyətdir - RƏY

Cari il mal və xidmətlərə görə 140 milyon manatdan çox ƏDV ödənilib

Türk Dünyası Milli Akademiyalar Birliyinin işçi qrupunun ilk iclası gələn il Kazanda keçiriləcək

Azərbaycanda 58 faiz ev təsərrüfatı genişzolaqlı internetə qoşulub

OPEC+ alyansının əsasını qoyan Əməkdaşlıq Bəyannaməsinin yeddi ili tamam olub

Kitabxanada “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi çərçivəsində elektron məlumat bazası yaradılıb