Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub VİDEO

Şuşa, 21 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Şuşa şəhəri üçün strateji əhəmiyyət daşıyan Daşaltı kəndinin bərpası qarşıya qoyulan əsas məqsədlərdəndir. Kəndin inkişafı, burada məskunlaşacaq əhali üçün rahat və sağlam yaşayış mühitinin yaradılması, sakinlərin məşğulluq sahələri və istirahət əraziləri ilə təmin edilməsi prioritetlər arasındadır. Bunu nəzərə alaraq yenidənqurma üzrə təqdim olunan konsepsiya ərazinin təbii landşaftını qorumaqla Daşaltı kəndinin müasir tələblərə cavab verən yenilənəcək simasını nümayiş etdirir. Kənddə ictimai və yaşayış mərkəzlərinin, mədəniyyət və təhsil ocaqlarının qurulması, sosial və ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması, nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, kəndin ekoloji təmiz enerji ilə qidalandırılması üçün infrastrukturun təmin olunması nəzərdə tutulur.

Qeyd olundu ki, görüləcək işlər 65 hektara yaxın ərazini əhatə edir. Buraya 220 ailənin köçürülməsi planlaşdırılır. Məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev - ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) 66 ev və 153 ikimərtəbəli fərdi ev tikiləcək. Kənddə, həmçinin məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, otel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması planlaşdırılır.

Bildirildi ki, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) evlər konsepsiyası kənd ərazisində şəhərin praktikliyini təmin etmək məqsədi daşıyır. Bir-birindən ortaq divarla ayrılan üçotaqlı və dördotaqlı yaşayış blokları optimal quruluşuna görə az sahədə bir neçə ailənin yaşamasına imkan yaradır və eyni zamanda, onların hər birini şəxsi həyət və terras ilə təmin edir. Həmçinin azmərtəbəli çoxmənzilli tikililər ərazidə yüksək sıxlıq yaratmamaqla əhalini kiçik sahədə yerləşdirmək imkanı verdiyinə görə kəndin planlaşdırılmasında ən optimal həll hesab olunur. Binaların ətrafında sakinlər üçün ümumi istirahət sahələri, yaşıllıqlar, avtomobil dayanacaqları nəzərdə tutulub.

Qeyd edildi ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir. Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək. Otel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq otel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub VİDEO

Britaniya Parlamentinin üzvü: COP29 gələcək iqlim təşəbbüsləri üçün möhkəm baza yaradıb

Maore Komitəsinin baş katibi: Biz birləşsək, müstəmləkəçiliyə qarşı mübarizədə daha güclü olarıq

Sumqayıtda yataqxanada yanğın baş verib

Nərimanov, Yasamal və Suraxanıda, ümumilikdə, 20 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır

Pediatr düzgün mikroiqlimin təmin edilməsinin vacibliyindən danışıb

Fatima Mze Said: Biz neokolonial sistemə qarşı mübarizə aparmalıyıq

Azərbaycan və Gürcüstan regionda sülhü və təhlükəsizliyi birlikdə qoruyur

Azərbaycan-Gürcüstan müttəfiqliyi fəal siyasi dialoqun nəticəsidir ŞƏRH

Heykəltaraş-rəssam: Bu sənət təkcə əllərin yox, həm də ruhun işidir

Türkiyədə yanğında ölənlərin sayı 10-a çatıb

Səfir: Ölümündən sonra da olsa, Qanlı Yanvarın günahkarlarının məhkum edilməsinə nail olmalıyıq

Afrikalı fəal: Reyunyonda 200 min insan yaşayış yeri problemi ilə üzləşib

DSMF: Ötən il sığortaolunanların sayı artıb

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VII turun görüşləri keçiriləcək

Ukraynalı ekspert: ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsini israr edir

Xocalı şəhəri yaşıllığa bürünür FOTO

Çempionlar Liqası: “Barselona” “Benfika”, “Bayer” “Atletiko”, “Lill” “Liverpul” səfərində

Avropa Liqası: “Qalatasaray” bu gün autsayder “Dinamo”nu qəbul edəcək

Qazaxıstan millisinin qapıçısı “Sabah”a keçib

Xaçmazda minik və yük avtomobilləri toqquşub

Fuad Muradov: Türkiyə xalqı öz gələcəyini Azərbaycanla sıx qarşılıqlı fəaliyyətdə görür

® “Avrora” şirkəti yeni vakansiyalar elan edib

Cənubi Qafqazın üç dövlətindən ikisi xarici diktəni qəbul etmir – ŞƏRH

Benjamin Kleman: Fransa Reyunyonda uşaqların öz kimliyini unutması üçün məqsədli şəkildə addımlar atırdı

Niderlandda ölkəmizi təmsil edəcək tələbələrlə görüş olub

Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşəcək

Vətəndaşların işi Şuşada da ASANdır – FOTOLAR

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan qlobal iqlim gündəliyinin irəli aparılması üçün təqdirəlayiq işlər görüb

Azərbaycan neftinin qiyməti 83 dollardan aşağı düşüb

Sabirabadda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Romen Katambara: Fransa mədəniyyətimizi assimilyasiyaya uğratmaq istəyir ki, kimliyimizi unudaq

Zahid Oruc: Reyunyon qlobal güclərin əlində nüvə silahı üçün plasdarmdır

"Ka Ubuntu" müstəqillik hərəkatının sədri: Fransaya qarşı apardığımız mübarizə fonunda burada olmağımız çox vacibdir

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Abbas Abbasov: Reyunyonda insanlığa qarşı amansız cinayətlər törədilib

Türkiyədə oteldə yanğın baş verib, ölən və yaralananlar var

İmişlidə 17 yaşlı sürücü barəsində həbs qətimkan tədbiri seçilib

“Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfrans keçirilir

20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib

Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edib

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxır

Donald Tramp Putinlə görüşməyə hazır olduğunu açıqlayıb

ABŞ Prezidenti 6 yanvar iğtişaşlarının iştirakçılarını əfv edib

Şimali Koreya Yaponiyanın NATO-da nümayəndəlik açmasına etiraz edir

Livanda fransız dilinin mövqeyi zəifləyir

Tramp ABŞ-ı növbəti dəfə Paris İqlim Sazişindən çıxarıb

İraqlı alim 20 Yanvar faciəsi ilə bağlı məqalə yazıb

Ankarada Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizminin iclası keçiriləcək

Azərbaycanın Türkmənistandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma tədbirləri həyata keçirib

Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib VİDEO

Tramp 47-ci prezident kimi yenidən Ağ evə daxil olub

Senat Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiqləyib

Con Ratklifin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib

Küveytdə 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma tədbiri keçirilib

Serbiya Balkan regionunun ən güclü ordusuna malikdir

Roma Papası: ABŞ-ın Donald Trampın rəhbərliyi ilə çiçəklənəcəyinə ümidvaram

İtaliya, Sloveniya və Xorvatiya qanunsuz miqrasiya ilə mübarizədə səylərini gücləndirir

20 Yanvar şəhidlərinin xatirəsi Strasburqda anılıb

Zelenskidən Trampa təbrik mesajı: Ukraynalılar həqiqi sülhə nail olmaq üçün amerikalılarla birlikdə işləməyə hazırdırlar

"Mançester Siti" Özbəkistan millisinin futbolçusunu transfer edib

Tələbə gənclər təşkilatları 20 Yanvar - Ümumxalq Hüzn Gününün ildönümü ilə bağlı silsilə tədbirlər keçirib

Superliqa: "Trabzonspor"dan böyük hesablı qələbə

Rumıniyada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib

Aktauda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Ankarada 20 Yanvar faciəsinin şəhidləri yad edilib

Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb VİDEO

Tramp qısa müddətdə Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb

Tramp: Amerikanın qızıl dövrü başlayır

20 Yanvar şəhidləri İsraildə anılıb

Donald Tramp ABŞ-ın yeni prezidenti qismində and içib VİDEO

Hamburq limanında bərənin qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb

Praqada 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNƏCƏK

Moldova portalı Qanlı Yanvar hadisələrindən yazıb

20 Yanvar – Ümumxalq Hüzn Günü Budapeştdə yad edilib

Bayden və Tramp andiçmədən əvvəl Ağ evdə görüşüblər

Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Bayden administrasiyası tarixdə riyakarlıq nümunəsi kimi qalacaq ŞƏRH

İçərişəhərdə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı tədbirlər keçirilib

Avstriyanın Qrats şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

20 Yanvar yaddaşlara Vətən sevgisinin izharı kimi həkk olundu  – Məqalə

Komitə sədri İqdırda Azərbaycan icmasının üzvləri ilə görüşüb

Qazaxıstan nəşri 20 Yanvar faciəsindən yazıb

Azərbaycan könüllüləri Şəhidlər xiyabanını ziyarət ediblər

İtaliya saytı 20 Yanvar faciəsindən yazıb

İqdırda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş konfrans keçirilib

Konstitusiya Məhkəməsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Şəkidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO

Putin Trampı təbrik edib

Şəhidlik zirvəsinə ucalan vətən övladlarının əbədi xatirəsi ehtiramla yad edilib

Varşavada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub

Ekspert: Azərbaycan-Gürcüstan tərəfdaşlığı Orta Dəhlizin uğurlu fəaliyyətinin əsas elementidir – MÜSAHİBƏ

Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib VİDEO

Mərkəzi Bankın rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

İtaliya mediası 20 Yanvar faciəsindən yazır

20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib

AMEA-nın kollektivi Şəhidlər xiyabanını ziyarət edib

BANM-də 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib