RƏSMİ XRONİKA


Prezident İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyaneni qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı TOTAL şirkəti ilə SOCAR arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri, “Abşeron” yatağının birgə işlənilməsi çərçivəsində hazırkı işlərin gedişi, neft-qaz strukturunda digər yataqların birgə işlənilməsi imkanları ilə bağlı məsələlər müzakirə edildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin