İQTİSADİYYAT
Prezident İlham Əliyev: Taksi sürücülərinin tibbi müayinədən keçməsi təşkil olunmalıdır
Bakı, 15 yanvar, AZƏRTAC
Taksi sürücülərinin tibbi müayinədən keçməsi təşkil olunmalıdır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib.
Dövlətimizin başçısı bildirib: “Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]