Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib YENİLƏNİB VİDEO

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı dövlətimizin başçısını qarşıladı.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev dedi:

- Sizə bir daha başsağlığı verirəm. Çox böyük bəladır, böyük faciədir. Günahsız insanlar həlak olublar, yaralanıblar.

Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə.

Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.

Bilirsiniz ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir.

Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.

Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.

Bilirəm ki, bizim dövlət qurumlarının nümayəndələri də öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar və bunu biz ancaq alqışlaya bilərik. Yəni, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.

Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi. O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq.

Paralel olaraq, böyük bir qrup könüllü artıq yola düşür. Bizim böyük könüllü qruplarımız var - həm Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər, həm ASAN könüllüləri, yəni, onlar hər zaman Azərbaycanda bədbəxt hadisə baş verdikdə, - məsələn, bizdə də Şamaxı, Ağsu, İsmayıllıda zəlzələ baş verdikdə, - ilk yardıma yetişən də onlar olmuşlar. Onlar indi hərəkətdədir, yoldadırlar.

Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər. Əlbəttə ki, burada əsas yük və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir.

Bir daha deyirəm, keçmiş olsun, bütün həlak olanlara Allah rəhmət eləsin, yaxınlarına Allah səbir versin və təbii fəlakətlər olur, heç kim bundan sığortalı deyil. Amma Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş xalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək. Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir.

x x x

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı dedi:

- Hörmətli cənab Prezident, ziyarətiniz üçün çox təşəkkür edirəm, böyüklük göstərdiniz. Sağ olun, var olun.

Biz bilirik ki, qardaş Azərbaycan ilk dəqiqədən etibarən Sizin tapşırığınızla səfərbər olmuşdur. Təkcə Fövqəladə Hallar Nazirliyi ilə deyil, bütün qurumları, cəmiyyətləri, xalqı ilə səfərbər olmuşdur. Ürəkləri bizim acımızı yüngülləşdirmək üçün döyünmüşdür. Biz bunun şahidi olduq, görürük. Çox təşəkkür edirik, sağ olun.

Həqiqətən çox böyük zəlzələ oldu. Türkiyə tarixində ilk dəfə lokal olmayan zəlzələ bizə böyük acı verdi. Ondan çox şəhərə, on milyondan çox insanımıza təsir etdi, itkilərimiz hər gün artır. Allah millətimizə səbir versin və bir daha bizə belə böyük acı yaşatmasın, İnşallah.

Hörmətli cənab Prezident, çox təşəkkür edirəm. Həqiqətən Azərbaycan bir ürək olmuşdur. Xalqımız gücü nəyə çatırsa yardım edir. Yardım üçün çalışan insanların zəhməti sayəsində hazırda yük maşınları yola çıxıb. Həqiqətən minnətdarıq. Bu gün Milli Məclisin sədri hörmətli Sahibə xanım, hörmətli Baş nazir Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarov zəng etdilər. Sizin tapşırığınızla qurumlar istər daşıma, istərsə də generator, transformator, xəstəxana ləvazimatlarına ehtiyacla bağlı maraqlanırlar. Biz də onlarla koordinasiya şəraitində işləyirik.

Yaralarımızı sağaltmaq üçün dəstəyinizə görə çox sağ olun. Biz bilirik ki, qardaşıq və bunu ürəkdən yaşayırıq, hiss edirik. Türkiyə də bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır, hörmətli cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Cahit Bağçı: Sağ olun, cənab Prezident.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib YENİLƏNİB VİDEO

Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Çanaqqalada azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb

Şəkidə yanğının söndürülməsinə xeyli canlı qüvvə cəlb olunub

Trampla Putin arasında telefon danışığı olub

İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunun geri alınmasına qərar verib

Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb

Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər

Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi Bakıda iftar süfrəsi təşkil edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar YENİLƏNİB

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib

Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanışlıq

Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət

Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib

“Europol”: Qərbi Balkan regionu Avropada qanunsuz silahların əsas mənbəyidir

Laçında Torpaq çərşənbəsinin tonqalı qalanıb VİDEO

Ağdamlılar baharın gəlişini sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar

Milli Məclisdə 14 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda Bahar festivalı keçirilir

Tacikistan və Çin zərərvericilərlə mübarizə aparmaq üçün Mərakeş çəyirtkəsini öyrənir

Tərtərdə keçirilən Novruz şənliyində xalqımızın qədim adət-ənənələri nümayiş olunub

Yeni ali təhsil proqramları ilə əlaqədar Təbiət ixtisasları üzrə işçi qrupunun BDU-da növbəti iclası olub

Gəncədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd edilib

Göyçayda ev yanıb

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

KOSMİK Akademiyanın rəhbəri: Qardaş Türkiyə ilə əməkdaşlıqda kosmik sahəni də önə çəkmək vacibdir

Abşeron rayonunda Novruz şənliyi keçirilib

bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti müzakirə olunub

“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin külək enerjisi potensialı müzakirə olunub

Bosniya və Herseqovina ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNİB

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

FHN-in Aran Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

"Barselona"nın yarımmüdafiəçisi mövsümün sonuna qədər oynamayacaq

Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib

bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

İctimai iaşə müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 12 fevral və 14 fevral tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib

Ağstafa və Daşkəsəndə Novruzun gəlişi təntənə ilə qeyd olunur

Mixail Kavelaşvili: Gürcüstan Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır

Sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib

Qəbələdə keçirilən əmək yarmarkasına 10 müəssisədən 140 vakansiya təqdim edilib

Azərbaycanlı məktəblilər STEAM bacarıqlarını Türkiyə Kosmik Düşərgəsində inkişaf etdirirlər

ANAMA-da Bosniya və Herseqovinanın nümayəndə heyəti ilə görüş keçirilib

Səkkiz avtobus marşrutunun hərəkət sxemi bərpa olunub

Kennedi ilə bağlı 80 min səhifəlik sənədlər bu gün dərc ediləcək

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Balakəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırır

Qazaxıstanda uşaq mərkəzində infeksiya: 10 şagird xəstəxanaya yerləşdirilib

Elza Səmədova: Azərbaycanlı gənclər üçün uzunmüddətli staj proqramlarının təşkil olunmasına çalışırıq

Bizi birləşdirən Novruz - beynəlxalq konfrans

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Dənizkənarı Milli Parkda “Battle 4 LastCharshanba” festivalı keçirilib

İdris Hüseynov: Novruz xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir

Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub

Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar

Böyük Britaniyada audiokitabların dinlənilməsi məktəb proqramına daxil edilə bilər

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşını təltif edib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın 2025-ci il üçün “İdman səfirləri” bəlli olub

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Baş direktor: Azərbaycanın günəş və külək enerjisinin inkişafı üçün gözəl imkanları var - MÜSAHİBƏ

UEFA Millətlər Liqası: Türkiyə - Macarıstan oyununun hakimləri açıqlanıb

AzMİU Böyük Britaniya universiteti ilə əməkdaşlığını gücləndirdi – 2 yeni ikili diplom müqaviləsi imzalandı

Bayram süfrəsində necə qidalanmalı? – ekspertdən vacib tövsiyələr

"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum öz işini yekunlaşdırıb VİDEO

Tovuzun şəhər meydanında Novruz tonqalı alovlandırılıb VİDEO

Çilidə dünyanın ən böyük rəqəmsal kamerası quraşdırılıb

“Wizz Air Abu Dhabi” aviaşirkəti Əbu-Dabidən Qəbələyə birbaşa uçuşlara başlayır

DİM-in İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələr müzakirə edilib

® “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə “Birbank” da qoşulub

BDU-da “Qurani-Kərim”in türkcə ilk tərcümələrində arxaikləşmiş dini sözlər araşdırılıb

Ağ evin sözçüsü: ABŞ olmasaydı, fransızlar indi almanca danışırdı

Xankəndi şəhərində məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib FOTO VİDEO

Bakıda və Abşeron yarımadasında 32 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10,1 faiz artıb

Şamaxının Məlhəm kəndində İlaxır çərşənbəsindən REPORTAJ VİDEO

UNEC-in kollektivi İlaxır çərşənbəni Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində qeyd edib

ADAU-da iftar süfrəsi açılıb

Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində 800-dək şəxs üçün kiçik təsərrüfat yaradılıb

Rumıniya klubunda “Neftçi”nin sabiq baş məşqçisini türkiyəli mütəxəssis əvəz edib

“ASAN TV” bir yaşını qeyd edir

"Orta əsr Ağsu şəhəri" Qoruğunda Novruz festivalı keçirilib

ASCO gəmi səfərləri zamanı emissiyaları 6 faiz azaltmağı planlaşdırır

Çin alimləri xərçəngin müalicəsində sıçrayış ediblər

® “Coca-Cola”nın dəstəyi ilə növbəti Bahar Festivalı keçirilib

Belçika millisinin iki futbolçusu sıradan çıxıb

Bakı Mühəndislik Universitetində Novruz şənliyi təşkil olunub

Lənkəranda yeni çay plantasiyaları salınır ВИДЕО

Britaniyada həbsxanalar dolduğundan məhbuslar polis kameralarına yerləşdiriləcək

Britaniya döyüşünün sonuncu sağ qalan pilotu 106 yaşında vəfat edib