Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral da iştirak edib.

Qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli cənab nazir, hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhələsi başa çatır. Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik. Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik.

Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir.

Bu təlimlərin uğurla keçməsi, əlbəttə, hesab edirəm ki, çox önəmli hadisədir. Bu təlimlər gələcəkdə də davam edəcək. Hesab edirəm ki, bu təlimlərin intensivliyi bundan sonra daha da artacaq, təbii ki, buna ehtiyac var. Əminəm, bizim qardaşlarımız - Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti bu günlər ərzində Azərbaycanda olarkən özləri də gördülər ki, onlar burada öz Vətənindədirlər. Əminəm ki, onlar Türkiyəyə döndükdən sonra da o xatirələri öz qəlblərində saxlayacaqlar. Bir daha xoş gəlmisiniz.

X X X

Türkiyənin Milli Müdafiə naziri Hulusi AKAR dedi:

- Hörmətli cənab Prezidentim, sağ olun, çox təşəkkür edirəm.

Vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə bir daha ehtiramımızı və təşəkkürümüzü bildirirəm. Eyni zamanda, cənab Prezidentimizin Zati-alinizə salamlarını və xoş arzularını çatdırmaq istəyirəm.

Bizim də, cənab Prezidentimizin də Sizi ailəlikcə tezliklə Türkiyədə gözlədiyimizi bildirmək istəyirəm. Həqiqətən biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür.

Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsiniz. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik.

Bütün bunlar sadəcə sözdə qalmamalı, əməldə də həyata keçirilməlidir. Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olaraq Türkiyə Cümhuriyyəti ilə münasibətlər inkişaf etdirilərkən ordularımız arasındakı əlaqələr də, məlum olduğu kimi, inkişaf etməyə başladı. Belə ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, yeməyimiz-içməyimiz, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik.

Təbii ki, bu təlimlər çox önəmlidir. Təlimlər nəzəriyyənin əmələ çevrildiyi laboratoriya kimidir. Bu gün də bunun nümunəsini gördük. Böyük bir sevgi, böyük bir şövq, yüksək əhval-ruhiyyə gördük. Hamının gözləri yanırdı, birliklə yanaşı, bir işi bacarmağın sevincini yaşayırdılar.

Beləliklə, biz əməkdaşlığımızın davamını, bu təlimlərin bu gün başa çatmasını deyil, sadəcə bir mərhələsini gördük. Hərbi təlimlər, hərbi təhsil davamlı prosesdir. Buna görə də bu istiqamətdə fəaliyyətlər davam edir.

Bu səbəbdən cənab Prezidentimiz başda olmaqla Türkiyə Cümhuriyyəti dövləti və bizim 83 milyonluq xalqımız buradakı fəaliyyətləri həqiqətən böyük sevgi və şövq ilə yaxından izləyir. Atatürkün də dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Həqiqətən bu, bir millət olmağımızın təbii nəticəsidir.

Burada Baş Qərargah rəisimiz, Quru Qoşunları, Hərbi Hava Qüvvələri komandanlarımızla birlikdə həqiqətən bunu çox mühüm tapşırıq, mühüm iş olaraq görürük.

Buradakı dostlarımıza da dedik, Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik.

Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Sağ olun, var olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Çox təşəkkür edirəm. Xahiş edirəm ki, mənim də səmimi salamlarımı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana çatdırasınız.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB  VİDEO

Yer kürəsində karbon qazının səviyyəsi 14 milyon il bundan əvvəlki göstəriciyə çatıb

Alimlər piylənmədən müdafiə edən gen aşkarlayıblar

Meksikada silahlı qrupun hücumu nəticəsində azı 11 nəfər ölüb

Latviya ABŞ-dan gəmi əleyhinə raketlər alacağını açıqlayıb

İtaliyada mübahisələrə səbəb olan ikinci “Mona Liza” nümayiş etdirilib

İsveçrə süni intellekt sahəsində dünya liderinə çevrilmək istəyir

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş poeziya gecəsi keçiriləcək

Gənc Tamaşaçılar Teatrında "Antiqona" tamaşasının premyerası keçiriləcək

Alimlər Atlantik okeanının rekord dərəcədə istiləşməsi və duzlaşması barədə xəbərdarlıq edirlər

ADAU-nun komandası intellektual yarışda zona birincisi olub

Kiyevdə Nizami Gəncəviyə həsr olunan kitabın təqdimatı keçirilib

Türk Xəbər Agentlikləri Alyansı Anadolu Agentliyinin əməkdaşının Qəzzada həlak olması ilə bağlı açıqlama yayıb

Laşa Darsaliya: Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin xidmətləri əvəzsizdir

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin
TƏQVİM PLANI

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər müəyyənləşib

Türkiyəli siyasi ekspert: Azərbaycan meydanlarda olduğu kimi, masa arxasında da Zəfər qazanır

Dövlət Komitəsində növbəti vətəndaş qəbulu olub

Tbilisidə Ulu Öndərə həsr olunmuş “Dostluğun siması” adlı sənədli filmin təqdimatı keçirilib

Boks üzrə Azərbaycan çempionatında bütün mükafatçılar bəlli olub

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyib

Xəzər dənizində zəlzələ olub

Moskvada Azərbaycan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü keçirilib

Azərbaycan Basketbol Liqası: "Xəzri" və "Xırdalan"dan qələbə

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a darmadağınla qalib gəlib

AZƏRTAC-ın təşəbbüsü ilə Tbilisidə Ulu Öndərin 100 illik yubileyinə həsr olunan fotosərgi açılıb

Mingəçevir Dövlət Universitetində beynəlxalq konfrans işə başlayıb

Bakıda “Zamanla dialoq” adlı fərdi sərgi açılıb

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclası keçirilib

Azərbaycan alimi Mərakeşdə ICESCO-nun forumunda məruzə edib

Azərbaycan “Avropada Təhlükəsizlik Çağırışları” adlı Beynəlxalq konfransda təmsil olunub

Növbədənkənar Prezident seçkiləri qürur tariximizin mühüm bir həlqəsi olacaq ŞƏRH

Azərbaycan və Rusiyanın Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 20-ci yubiley iclası keçirilib

Əsirlikdə olan hərbçinin anası: Ötən səkkiz ayda canımız ağrısa da, indi hər şeyi unutduq

Tanınmış şahmatçı: Azərbaycan millisində işləməyə tam hazır deyiləm MÜSAHİBƏ

Milli Məclisin plenar iclasında 24 məsələ müzakirə olunub

Avstraliyada yaşayan Azərbaycan əsilli musiqiçi Diasporla İş üzrə Dövlət Komitəsinin qonağı olub

Mariya Peyçinoviç Buriç: Avropa Şurası Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazırdır

Növbədənkənar seçkilər: İlham Əliyevin xalqın siyasi dəstəyinə əminliyinin bariz göstəricisi RƏY

Narkotik vasitənin təsiri altında soyğunçuluq edən şəxs saxlanılıb

Almaniya jurnalı bu ölkədə klinika direktoru olan azərbaycanlı barədə məqalə dərc edib

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri start götürüb

Yeni reallıqlar növbədənkənar seçkilərin keçirilməsini diktə edir ŞƏRH

“Türk dilinin tarixi inkişaf prosesi” - Şərqşünaslıq İnstitutunda mühazirə

Şamaxı və Oğuz sakinləri odlu silahları polisə təhvil veriblər

Növbəti prezident seçkiləri Azərbaycanın həyatında ciddi siyasi hadisə olacaq - ŞƏRH

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi “Mentorluq” proqramına qəbul olunan tələbələrlə görüşüb

Azərbaycanın xarici işlər naziri estoniyalı həmkarı ilə telefonla danışıb

UNEC-də Ulu Öndərin neft strategiyasına həsr olunan tədbir keçirilib

® ABB-nin yeni müştərisi ol, pul hədiyyəsi və əlavə keşbek qazan!

“Gənc İnnovatorlar” startap müsabiqəsinin qalibləri mükafatlandırılıb

Beynəlxalq tədbirdə qeyri-formal və informal təhsilin tanınması ilə bağlı Azərbaycan təcrübəsi təqdim olunub

Keyfiyyət təminatı üzrə Bolonya Tematik Qrupunun 5-ci iclası keçirilib

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini təyin edib VİDEO

Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

AzMİU-da Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

“Ovçuluq təsərrüfatları haqqında” 2-(ovçuluq) №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 1 oktyabr tarixli 113/11 nömrəli qərarında dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazacaq - RƏY

Naxçıvanda tarixi abidələrin bərpasına peşəkar şirkətlər cəlb olunacaq

Korrupsiyaya qarşı mübarizəyə dair seminar keçirilib

Elm və Təhsil Nazirliyinin bu şöbələri ləğv edilib

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında aşkarlanmış qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Avropa Azərbaycan Məktəbinin direktoru BSU tələbələri üçün təlim keçib

“Təhsil və zaman” – yeni nəşr

Azərbaycan yığması Avropa çempionatında tarixi qələbəyə imza atıb

Nizami Səfərov: Bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 20 faiz artıb

Qida məhsulları sahəsində Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub

YAP Səbail təşkilatında Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Gəncə Dövlət Filarmoniyasında “Heydər Əliyev və Gəncə mədəniyyəti” adlı film təqdim edilib

İraq Azərbaycan şirkətlərinin azad edilmiş ərazilərdəki təcrübəsindən faydalanmaq istəyir

“Azərbaycan dilinin Meğri şivələri” monoqrafiyasının ikinci nəşrinin təqdimatı olub

Nazir müşaviri Təhsil İnstitutunun direktoru vəzifəsini icra edəcək

ÜST: Sudanda 12 mindən çox insan münaqişə qurbanı olub

Şuşa və Göygöl rayonlarına prokuror təyin olunub

İsveçdə immiqrasiya haqqında yeni qanun layihəsi tənqidlə qarşılanıb

Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişikliyi edilib

“Zəfər liqası 2023” sona çatıb

Milanın “La Skala” teatrı mövsümü Verdinin operası ilə açır

Genetik Ehtiyatlar İnstitutu COST proqramının 6 yeni layihəsinə qoşulub

BDU-nun nümayəndə heyəti Çin Renmin Universitetində olub

Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

COP28-in doqquzuncu günündə Azərbaycan pavilyonunda üç paralel tədbir keçirilib

Avropa Olimpiya Komitələri və Beynəlxalq Əlaqələr Komissiyasının iclası keçirilib

Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub

Azərbaycanın beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ənənə halını alıb - ŞƏRH

Peşə təhsili müəssisələrində təhsilalanlar fövqəladə hallarla bağlı maarifləndiriliblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

AYNA: Ən çox nəqliyyat vasitəsinin növbədə olduğu gömrük postu “Qırmızı Körpü”dür

Moskvada MDB İqtisadi Şurasının 100-cü iclası keçirilib

Ulu Öndər səhiyyəni cəmiyyətin həyatında ən mühüm sahə kimi qiymətləndirib

“Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

“Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Şahdağ Milli Parkının direktoru: Burada nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri qorunub saxlanılır VİDEO

İlin ötən dövründə Şahdağ Milli Parkını 10 minə yaxın turist ziyarət edib

Ağalı kəndində özünüməşğulluq proqramı çərçivəsində növbəti təsərrüfatlar yaradılıb

“X” sosial platforması süni intellekt proqramını istifadəyə verir

Andrey Yatskin: Ölkələrimiz arasında münasibətlər ittifaq səviyyəsindədir