Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz, əziz Mövlud bəy, sizi salamlayıram. Şadam ki, siz gəlmisiniz. Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır.

Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir.

Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə biz bu məsələ ilə bağlı dəfələrlə öz sözlərimizi demişik ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır.

Sizi bir daha salamlayıram. Xahiş edirəm ki, mənim səmimi salamlarımı hörmətli cənab Prezidentə çatdırasınız.

x x x

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dedi:

-Sağ olun, cənab Prezidentim. Əvvəlcə, bizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Hörmətli Prezidentimiz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın, bütün kabinetimizin, - dünən Nazirlər Kabinetində toplantımız var idi, - və türk xalqının Sizə salamlarını və uğur diləklərini gətirmişəm.

Xüsusilə Zati-alinizin də vurğuladığı kimi, Türkiyənin, türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya səfərə gəldim. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraq və türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq.

Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik.

Bu gün Sizin qəbulunuzdan sonra qardaşım Ceyhunla bu məsələlərdə necə birlikdə hərəkət edəcəyimizi dəyərləndirəcəyik.

Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Dostluq qrupumuzun sədri Şamil bəylə birlikdə gəldik. İnşallah, bugünkü toplantılarımız Azərbaycanın torpaqlarının azad edilməsi yolunda xeyirlərə səbəb olacaq. Bir daha təşəkkür edirəm, hörmətli Prezidentim.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB  VİDEO ​

İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi açıqlanıb

Fatih Dönməz: İkinci Qarabağ müharibəsindən sonra regionda dayanıqlı sülh üçün unikal fürsət yaranıb

Media: Tramp Rusiya neftinin qiymətinin aşağı salınması əleyhinədir

Almaniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertlər təşkil olunub

İrakli Mezurnişvili: Qara Dəniz regionunun inkişafına töhfə verən bütün təşəbbüsləri qətiyyətlə dəstəkləyirik

Qırğızıstanlı UFC döyüşçüsü: Tofiq Musayevlə görüşdə bütün ssenarilərə hazıram

“Bioloji aktiv qida məhsullarına dair sanitariya norma və qaydaları” təsdiq edilib

AMADA Norveçdə keçirilən Avropa antidopinq konfransında idarəetmə üzrə əsas sessiyaya moderatorluq edib

ADAU ilk dəfə “Times Higher Education” beynəlxalq reytinqində

Deputat: Azərbaycan regionun nəqliyyat mərkəzlərindən birinə çevrilib

Türkiyəli deputat: QDİƏT PA-nın 65-ci plenar sessiyası əməkdaşlığımızın inkişafına mühüm töhfə verəcək

Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilir - YENİLƏNİB

Bakıda keçiriləcək UFC turniri İdman TV-də canlı yayımlanacaq

Naxçıvanda su xəttində qəza baş verib

Azərbaycan ŞƏT-in İKT üzrə məsul qurum rəhbərlərinin 4-cü görüşündə təmsil olunub

Goranboyda respublikada taxıl biçininin təşkilinə həsr olunmuş regional müşavirə keçirilib

Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlığının perspektivlərinə dair hesabat hazırlanıb

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinə start verilib

Çingiz Əsgərov: Azərbaycanda hakim ştatlarının sayı 800-ə çatdırılıb

Julyan Revalski: Azərbaycanın elmi qurumlarının fəallığı və təşəbbüskarlığı regional əməkdaşlıq üçün mühüm imkanlar yaradır

Aslan Kərimov: “Sabah” Sloveniya klubuna qalib gələ bilmək iqtidarındadır

RSPC SEE-nin Baş katibi: Parlamentlərarası əməkdaşlıq regionumuz üçün mühüm əhəmiyyət kəsb edir

Elnur Bağırov: Ölkəmizdə dövlət satınalmalarının həcmi 1,5 dəfə artıb

SBSTA-nın sədri: Azərbaycanın zəngin təcrübəsi və uğurlu diplomatiyası SB62 gündəliyinin təsdiqlənməsində vəziyyəti müsbətə doğru dəyişdi

Nazim Sadıxov: Rəqibim Nikolas Mottadan çəkinmirəm

Məktəb psixoloqları müsahibəyə cəlb olunacaq

Nazir müavini: İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 3,9 faiz artıb

Hərbi qulluqçularımız Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər

Sabah hava əsasən yağmursuz olacaq

BSTDB-nin vitse-prezidenti: Qarşılıqlı dəstək regional sabitliyin və inkişafın təməlidir

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Sumqayıt Teatrında “Qaravəlli” tamaşasının premyerası olacaq

QDİƏT Azərbaycanın sədrliyinin göstərdiyi səyləri və verdiyi töhfələri yüksək qiymətləndirib

Tramp: ABŞ İranın hava məkanına tam nəzarət edir

AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Anar Əliyev: Bəzi inzibati cərimələrin şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsi hazırlanır

Muxtar respublikanın təhsil naziri: Naxçıvanda 350-yə yaxın müəllim sertifikasiyada iştirak edir

Lerikdə 4 tondan çox çətənə kolu məhv edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edib

Elm və Təhsil Nazirliyi ilə Honkonq Şəhər Universiteti və “Asia Greentech” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Bakcell” abunəçilərinə narkotiklərin ziyanı barədə maarifləndirici SMS-lər göndərilib

Gürcüstan Ali Məhkəməsinin sədri: Dünyada məhkəmə sisteminin müstəqilliyi ilə bağlı tələblər artır

Ombudsman İnstitutlarının Avropa Şəbəkəsinin rəhbəri: Qarşıdakı illərin daha da çətin olacağı görünür

Çilili idmançı: Rafael Fiziyev yüksəksəviyyəli döyüşçüdür

BMU “Qlobal Dayanıqlı İnkişaf” konqresində təmsil olunur

Gənclər Kitabxanasında 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Şimali Makedoniyalı nümayəndə: QDİƏT PA-nın bir parçası olmaq ölkəmiz üçün böyük şərəfdir

DİN: Ötən gün bank hesablarından 14 min manata yaxın vəsait oğurlanıb

Ombudsmanların Qlobal Alyansının rəhbəri: Qanunun aliliyi insan hüquqlarının həyata keçirilməsində əsas amildir

Azərbaycan və Serbiya ombudsmanları arasında Anlaşma Memorandumu imzalanıb

IRNA agentliyi: İran Tehran yaxınlığında İsrailin F-35 təyyarəsini vurub

Milli Məclis sədrinin birinci müavini: Ölkəmizdə insan hüquqlarının qorunması ali dəyərə çevrilib

Nazir: Sosial islahat paketi üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manat təşkil edir

Ombudsman İnstitutlarının Avropa Şəbəkəsinin rəhbəri: Qarşıdan gələn illərin daha da çətin olacağı görünür

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi Fəxri xiyabanı ziyarət edib VİDEO

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi Fəxri xiyabanı ziyarət edib VİDEO

Fərhad Abdullayev: Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasındakı qarşılıqlı münasibətlər böyük əhəmiyyət kəsb edir

Nazir: Kənd təsərrüfatı sektoru dövlətin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır

Ziyafət Əsgərov: Dövlət insan hüquq və azadlıqlarına xüsusi diqqət yetirir

Türkmənistan səfiri: Enerji ehtiyatlarının Azərbaycan və Türkiyə ərazisi ilə üçüncü ölkələrin bazarlarına nəqlinin artırılması imkanları qiymətləndirilir

Prezident İlham Əliyev: Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır

Şiri Şiriyev: Türkmənistan da Azərbaycan kimi beynəlxalq nəqliyyat marşrutlarının inkişafında fəal iştirak edir

“Startup Genome” hesabatı: Azərbaycanda İKT, rəqəmsal dövlət və oyun sənayesi kimi sahələr yüksəlişdədir

QDİƏT PA-nın Baş katibi: Sülh, barışıq və əməkdaşlığı fəaliyyətlə təşviq etmək vacibdir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdamda vətəndaşlarla görüşəcək

Rusiyalı UFC döyüşçüsü: Bakıdakı turnirdə özümü hər kəsə sübut etməyə çalışacağam

Fərhad Abdullayev: Konstitusiya dövlətin hüquqi və siyasi əsaslarının formalaşmasında həlledici amildir

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib

Avropada transatlantik aviabiletlərinin qiymətləri kəskin şəkildə aşağı düşüb

Braziliyalı professor: COP30-a hazırlıq dövründə fəal əməkdaşlığa görə Azərbaycan dövlətinə minnətdarıq

® Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

Türkmənistanın səfiri: Azərbaycanın beynəlxalq platformalarda ölkəmizin təşəbbüslərini dəstəkləməsini yüksək qiymətləndiririk

Fikrət Məmmədov: Məhkəmə sisteminin mütərəqqi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılması vacibdir

Afrim Qaşin: Parlament demokratiyası ölkələrimiz arasında davamlı münasibətlərin qurulmasında əsas vasitədir

“Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına

Qurbanməmmet Elyasov: Nəqliyyat və logistika sahələri üzrə qarşılıqlı əlaqənin daha da gücləndirilməsi zəruridir

UNEC “Times Higher Education Impact” reytinqində 801-1000-ci yerə yüksəlib

Braziliyalı döyüşçü: Oktaqonda Nazim Sadıxovla gərgin döyüş olacaq

Bonn İqlim Sammiti üçüncü günü ekoloji aksiyalarla başlayıb

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

Konfrans Liqası: Bu gün “Zirə” və “Araz-Naxçıvan”ın rəqibləri bilinəcək

Gündüz Kərimov: Azərbaycanda müasir, savadlı və vicdanlı hakim korpusu formalaşıb

Milli Məclisin sədri Sahibə Qafarovaya QDİƏT PA-nın fəxri medalı təqdim olunub

® “Aqualink” məşhur Almaniya şirkəti ilə birgə su ehtiyatlarından səmərəli istifadə həlləri təklif edəcək

XİN başçısının müavini: Azərbaycan və Türkmənistan arasında əlaqələr qarşılıqlı olaraq inkişaf edir

® CELT Tədris və İnkişaf Mərkəzinin hazırladığı kitabın təqdimatı olub

Səbinə Əliyeva: Ombudsman təsisatının yaradılması ölkəmizdə insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür

Ombudsman: Tarixi Qələbə Azərbaycanı daha güclü və nüfuzlu dövlətə çevirdi

Rusiyanın Sankt-Peterburq şəhərində Peterburq Beynəlxalq İqtisadi Forumu işə başlayıb

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

UFC döyüşçüsü: “Qarabağ”ın formasını özümlə ABŞ-a aparacağam

Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Moskvada Azərbaycan hökumətinin dəstəyi ilə nəşr olunan “Dünya xalqlarının nağıllarında uşaq hüquqları” kitabının təqdimatı keçirilib

Azərbaycan ilə Maldiv vətəndaşları qarşılıqlı viza tələbindən azad edilir

Ombudsman: Ölkəmiz işğalçılıq və etnik təmizləmə siyasətinin fəsadlarından hələ də əziyyət çəkməkdədir

Fuad Ələsgərov: Azərbaycan məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir

Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir YENİLƏNİB

Milli Kitabxanada “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı sərgi açılıb

“Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək

Avropa Liqası: “Sabah”ın II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olacaq