Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib VİDEO

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib VİDEO

Bakı, 27 iyun, AZƏRTAC

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası iyunun 27-də işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada videoformatda çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

- Hörmətli xanımlar və cənablar.

Hörmətli tədbir iştirakçıları.

Ümumdünya Şəhər Forumunda çıxış etməyimdən məmnunam.

Bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir.

Tədbir iştirakçıları Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında müzakirələr aparmışlar.

“2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.

Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib.

Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.

Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.

Hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.

Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir.

Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir.

Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir.

Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.

Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır.

Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.

Ümumilikdə, yenidənqurma prosesində bizim hədəfimiz keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlərimiz sırasında olacaq.

Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır.

Hesab edirik ki, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək.

Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.

Biz artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirmişik.

Bu ilin mart ayında Azərbaycana səfəri çərçivəsində BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN-HABITAT”) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə gələcək əməkdaşlığımızı müzakirə etmək imkanımız oldu. Xanım icraçı direktor azad olunmuş Ağdam şəhərinə səfər etdi və dağıntıların miqyasının şahidi oldu. Biz azad edilmiş ərazilərimizin yenidən qurulması sahəsində UN-HABITAT ilə daha sıx əməkdaşlıq etmək arzusundayıq və təşkilatın mütəxəssislərinin yenidənqurma prosesinin iştirakçıları olmasını gözləyirik.

Azərbaycan ilə UN-HABITAT arasında bu il Azərbaycanda, Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsi də müzakirə edilir.

Çıxışımın sonunda böyük məmnuniyyətlə elan etmək istəyirəm ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.

Forumun işinə uğurlar arzulayıram. Təşəkkür edirəm.

x x x

Qeyd edək ki, BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir surətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunmuş Ümumdünya Şəhər Forumu keçirilir. Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası iyunun 30-dək davam edəcək.

BMT-nin Yaşayış Məskənləri Proqramı 1976-cı ildə Kanadanın Vankuver şəhərində keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı” üzrə birinci konfransın (I HABITAT konfransı) nəticəsi olaraq 1978-ci ildə BMT qurumu kimi yaradılıb. Təşkilatın baş qərargahı Keniyanın paytaxtı Nayrobidə yerləşir. UN-HABITATIN icraçı direktoru malayziyalı xanım Maimuna Mohd Şərifdir. Xanım Maimuna Mohd Şərif 2022-ci ilin martında ölkəmizdə səfərdə olub, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Səfər çərçivəsində icraçı direktor işğaldan azad edilmiş Ağdam şəhərində olub.

Xatırladaq ki, 1996-cı ildə İstanbulda keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı”na dair II HABITAT konfransında “Məskunlaşma Gündəliyi” qəbul edilib. “Məskunlaşma Gündəliyi”nin əsas məqsədi hər kəs üçün adekvat sığınacaq və şəhərləşən dünyada dayanıqlı insan məskunlaşmasının inkişafından ibarət olub.

2016-cı ildə keçirilmiş III HABITAT konfransında “Yeni Şəhər Gündəliyi” adlı sənəd qəbul edilib. Gündəliyin əsas hədəfləri arasında gecəqondularda yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması, təmiz içməli su və sanitar şəraitin təmin edilməsi mühüm yer tutur.

UN-HABITAT 90-dan çox ölkədə müxtəlif sahələr üzrə layihələr həyata keçirir. Bu layihələr şəhər qanunvericiliyi, torpaq və idarəçilik, şəhər planlaşdırılması, şəhər iqtisadiyyatı, şəhərlərdə əsas xidmətlər, mənzil və gecəqondu şəraitinin yaxşılaşdırılması, risklərin azaldılması və reabilitasiya məsələlərini əhatə edir.

UN-HABITAT donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir. 2009-cu ildə Şri-Lankadakı münaqişənin başa çatmasından sonra UN-HABITAT 31 min ailənin dağılmış evlərinin bərpasını və 420 min köçkünün həyat şəraitini yaxşılaşdıran infrastruktur layihələrini reallaşdırıb. Oxşar fəaliyyət 2019-cu ildə İraqda da həyata keçirilib.

Hazırda ölkəmizdə şəhərsalma mövzusunda illik əsasda konfransın keçirilməsi ilə bağlı Azərbaycan ilə UN-HABITAT arasında məsləhətləşmələr aparılır. İlk konfransın bu ilin payızında Ağdam şəhərində keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma prosesinə UN-HABITAT-ın ekspertinin cəlb olunması ilə bağlı danışıqlar aparılır.

Azərbaycan bu yaxınlarda təşkilata 1,5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

VİDEO

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib VİDEO

XİN: Qarabağda yaşayan sakinlərin Ermənistana və ya başqa ölkəyə köçməsi ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur

® “AVT Logistics” Bakı və regionlarda yeni iş yerləri yaradır

® “AccessBank” tender elan edir

Azərbaycanı təmsil edən xanım iştirakçılar “Caucasus and Central Asia Awards” müsabiqəsinin qalibi olublar

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub YENİLƏNƏCƏK

Xidmət rəisi: Yeni Məcəllə ilə dövlət orqanlarının rəqabət mühitinə təsiri minimallaşdırılacaq

Şamaxıda vətəndaşların aqrar sahə ilə bağlı müraciətləri cavablandırılacaq

ASCO-da “Braemar” şirkəti ilə təkrar bazarda gəmi alqı-satqısına dair müzakirələr aparılıb

® “Misli” SÜR-PRİZLƏR Mövsümü – İlk tirajın nəticələri

Çin şirkəti Azərbaycanda filial açacaq

“Çağdaş Bütöv Azərbaycan” antologiyasının təqdimatı olub

Azərbaycan Ağır Atletika Federasiyasının adı dəyişdirilib, quruma yeni prezident seçilib

“Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır

Rəsmi Bakı: Ermənistan XİN saxta rəvayətlər yaymaqda davam edir

Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib YENİLƏNƏCƏK

Söyüdlü kəndinin sakinlərinin müraciətləri dinlənilib

Azərbaycan XİN Ermənistan Xarici İşlər Nazirliyinin beynəlxalq ictimaiyyəti yanlış yönləndirən bəyanatını pisləyib

Sümük iliyi transplantasiyası yeni satınalınan avadanlıqlar vasitəsilə cərrahi müdaxilə olmadan həyata keçiriləcək

Berlin və Təl-Əviv Almaniyaya “Arrow 3” komplekslərinin tədarükü ilə bağlı müqavilə imzalayacaq

Nazir Ceyhun Bayramov özbəkistanlı həmkarına başsağlığı verib

Xidmətlər zərfindəki tibbi xidmətlərin 56 faizinin tarifində artım olub

Tramp Baydeni Amerika avtomobil sənayesinin çöküşündə ittiham edib

Millinin futbolçusu: Hələ oyundan öncə planlaşdırmışdım ki, qol sevincim şəhidlərlə bağlı olacaq

Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub YENİLƏNƏCƏK

Moldovada Anım Günü münasibətilə silsilə tədbirlər təşkil edilib

İcbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayı 3315-ə çatdırılıb

“Gəncə” basketbol klubuna türkiyəli baş məşqçi təyin olunub

Azərbaycan cüdoçuları dünya çempionatına Bakıdakı beynəlxalq toplanışda hazırlaşırlar

Rəqabət Məcəlləsində təbii inhisar subyektlərinə tətbiq ediləcək yeni yoxlama qaydaları müəyyən ediləcək

“Aeroflot” qrupuna aid şirkətlərin bron sistemində qlobal nasazlıq yaranıb

İcbari tibbi sığorta zərfinə 775 xidmət əlavə edilib, onların 469-u cərrahi əməliyyatlardır

Qanunsuz gəlirlə bağlı əlavə maliyyə sanksiyası tətbiq olunacaq

“Qida kimyası” adlı dərslik nəşr olunub

Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

“Regional inkişaf - rəqəmsal iqtisadiyyat” mövzusunda II Beynəlxalq İqtisadi Konfransa məqalə qəbulu davam edir

Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Tahir Mirkişili: Yeni Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə üç qanun ləğv ediləcək

“Enterprise Azerbaijan”ın təşkil etdiyi birinci “Startup School”un qalibləri ABŞ-da treninqlərə qoşulub

Söyüdlü kəndində su nümunəsinin təhlili nəticəsində codluq və bulanıqlığın, o cümlədən metalların normadan yüksək olması müəyyən edilib

Serbiyada parlament seçkiləri dekabrın 17-də keçirilə bilər

İTS çərçivəsində icra edilən ümumi stasionar cərrahi tibbi xidmətlərin 69 faizi TƏBİB tabeli, 31 faizi isə özəl tibb müəssisələrində icra edilib

Məktəblərdə inklüziv təhsilə dəstək məqsədilə təlimlər təşkil olunub

“Sabah” uğursuz seriyaya son qoymaq arzusunda, Gəncədə autsayderlərin dueli – ŞƏRH

Prezident İlham Əliyev Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub YENİLƏNƏCƏK

Azərbaycan XİN rəhbəri: Ermənistan tərəfi sülh prosesinə maneçilik törətməkdə davam edir

Şimali Koreya nüvə silahı proqramını konstitusiyaya daxil edib

Türkiyənin Baş ombudsmanı: Zəngəzur dəhlizi açılmalıdır

Bilal Ərdoğan Bakıda lisey və institutu ziyarət edib

Vüqar Qurbanov: 2 min 550 xidmət TƏBİB tabeli tibb müəssisələrində icra edilə bilir

AzMİU tələbəsi EASA-nın vörkşoplarında ölkəmizi təmsil edib

DİA-da Rusiya Prezidenti yanında Akademiyanın nümayəndə heyəti ilə görüş keçirilib

Gədəbəyin Söyüdlü kəndində ekoloji vəziyyətlə bağlı yaradılmış Komissiya üzvlərinin kənd sakinləri ilə görüşü keçirilir

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında 10 vəkilliyə namizədin andiçmə mərasimi olub

Xınalıq - buludların üstündə unikal yurd yeri REPORTAJ

Xətaidə narkotiklərin satışını təşkil edən şəxslərdə 13 kiloqram heroin və tapança aşkarlanıb VİDEO

TƏBİB: Şəkidə və Şirvanda invaziv kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələrinin açılması planlaşdırılır

Tayvan öz istehsalı olan ilk sualtı qayığı istifadəyə verib

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Anım Gününə həsr edilən tədbir keçirilib

Ceyhun Bayramov: Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının heç bir əsası yoxdur

Nazirliyin şöbə müdiri: Uşağa birbaşa qələm verib yazmağa məcbur etmək öyrənmə həvəsini öldürmək deməkdir

Deputat: Orqan transplantasiyasının həyata keçirilməsi üçün klinikalarımızın imkanları geniş deyil

Milli Elektron Hökumət Portalının kiberhücumlara məruz qalması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir

Vüqar Qurbanov: Xidmətlər zərfinə daxil olan tibbi xidmətin 80 faizi TƏBİB tabeliyindəki müəssisələrdə icra edilib

Vəfa Yaqublu: Tədrisin digər dillərdə aparıldığı bölmələrdə şagirdlər dövlət dilini kifayət qədər yaxşı bilmirlər

ASC işçilərin əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələnib

Başlıbel sakini: Çəkdiyimiz əzabları unutdurmağa imkan verənlərə minnətdarıq

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib YENİLƏNƏCƏK

Teymur Musayev: Səhiyyənin rəqəmsallaşmasına icbari tibbi sığortanın verdiyi töhfə olduqca vacibdir

Elm və Təhsil Nazirliyi müəllimlərin şəxsi təşəbbüsü olan dərslikdən əlavə test toplularını dəstəkləmir

İşğaldan azad edilmiş ərazilərdə radioloji və radioekoloji tədqiqatlara başlanılır

Başlıbel qətliamı ilə bağlı Azərbaycan və ingilis dillərində hesabat nəşr olunub

Bakıda Çin şirkətlərinin məhsullarının sərgisi açılıb

Nazirliyin şöbə müdiri buraxılış və qəbul imtahanlarında sualların məzmunundan danışıb

Vətən müharibəsinin salnaməsi: 28 sentyabr

İlk dəfə! “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılır

Çimərlik voleybolu üzrə Azərbaycan klubları iki beynəlxalq yarışda iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib

Nazirlik rəsmisi: Dərsliklərdə texniki səhvlərlə bağlı çox narazılıqlar var

Vəfa Yaqublu: Dərsliklərin fiziki ağırlığından şikayət edən valideynlər var

Sentyabrın 28-i Quduzluğa qarşı Mübarizə Günüdür

Nazirlik rəsmisi: 5-6-cı siniflər üçün təbiət dərsliyi gələn ildən etibarən istifadəyə veriləcək

İdarə Heyətinin sədri: 2019-cu ildən həkimlərin maaşında kifayət qədər artım olub

Kosmik Nəsil Məşvərət Şurasının nümayəndəsi: Azərbaycan gəncləri kosmosun öyrənilməsində fəallığı ilə seçilir

Kimya dərsliyində dəyişiklik edilməsi gözlənilir

Orxan Məmmədov: İqtisadi inkişaf konsepsiyası dayanıqlı iqtisadiyyatın möhkəmlənməsinə müsbət təsirini göstərəcək

Burkina-Fasoda dövlət çevrilişinə cəhd edən bir qrup zabit saxlanılıb

Vitali Borisov Çempionlar Liqasının bombardirləri sırasında yer alıb

Stokholm metrosunda pilotsuz qatarlar peyda olacaq

Elm və Təhsil Nazirliyi tarix dərsliklərinin konsepsiyası ilə bağlı Tarix İnstitutuna müraciət ünvanlayıb

Suraxanı rayonunda hərbi sursat aşkarlanıb VİDEO

Nazirliyin şöbə müdiri: Ən çox 11-ci sinif Azərbaycan tarixi dərsliyinə rəy daxil olub

Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üçün nadir nümunədir ŞƏRH

Zaur Əliyev: Xidmətlər zərfi çərçivəsində 100 milyondan çox tibbi xidmət göstərilib

Fərid Şəfiyev: Azərbaycana qarşı törədilən soyqırımı hadisələrini dünya ictimaiyyətinə çatdırmaq işmizi davam etdirməliyik

FHN: Ötən sutka ərzində 9 nəfər xilas edilib

Gələn il hazırlanacaq 5-9-cu sinif dərslikləri üzərində işə başlanılıb

Antimaddənin sirri açılır

Azərbaycan ilə Çin arasında yük dövriyyəsinin artırılması üçün atılacaq konkret addımlar müəyyən edilib

Nazirlik rəsmisi: İctimai müzakirədə olan dərsliklərə istənilən şəxs rəyini yazıb göndərə bilər

Əkin sahələrinə dəyən zərərə görə sığorta ödənişlərinə başlanılacaq