SİYASƏT


Prezident İlham Əliyev: Vəziyyət Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına görə mənfi məcraya doğru gedir VİDEO

Bakı, 25 sentyabr, AZƏRTAC 

Əfsuslar olsun ki, region daha təhlükəsiz bir məkana çevrilməyib. Təəssüf ki, vəziyyət mənfi məcraya doğru gedir. Bu da əsasən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına görə baş verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, ən təcavüzkar addım Ermənistan tərəfindən iyulun 12-də atılıb. Onlar bizim hərbi mövqeləri və kəndlərimizi atəşə tutmaq üçün artilleriyadan istifadə ediblər. Bunun nəticəsində hərbi qulluqçular arasında itkilər olub və bir mülki şəxs də öldürülüb. Ermənistanla dövlət sərhədinə yaxın kəndlərdə bir çox evlər darmadağın edilib. Bundan əvvəl yenə də Ermənistan və Azərbaycan arasında dövlət sərhədində Ermənistanın hərbi təxribatları müntəzəm xarakter daşıyırdı. Lakin budəfəki kimi təcavüzkar formada olmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.