SİYASƏT


Prezident İlham Əliyev: Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Qarabağda yeni dəhliz yaradılması ideyasını dəstəkləyiblər

Bakı, 1 dekabr, AZƏRTAC

Naxçıvan ilə Azərbaycanın qərb rayonları arasında ikinci təhlükəsizlik dəhlizi yaradılması ideyası Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəklənib.

RBK agentliyi AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bunu xalqa müraciətində bildirib.

Prezident İlham Əliyev həmin müraciətində noyabrın əvvəlində Ermənistan, Azərbaycan və Rusiya tərəfindən imzalanmış Dağlıq Qarabağda vəziyyətin nizamlanması haqqında Bəyanatın müvafiq bəndinə diqqəti cəlb edib. Həmin bənddə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin yaradılması haqqında söhbət gedir. Orada həmçinin deyilir ki, tərəflərin razılığı əsasında “Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Azərbaycan dövlətinin başçısı deyib: “Bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq”.

Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, bütün ölkələr buradan ancaq faydalanacaq. “Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar”, - deyən Azərbaycan dövlət başçısı vurğulayıb ki, bu, Bakı üçün çox mühüm məsələdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.