Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirak edib YENİLƏNİB 2 VİDEO

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “BP-Azərbaycan” şirkətinin prezidenti Qəri Counz, “Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.

Qeyd edək ki, Bakı gəmiqayırma zavodu fəaliyyətdə olduğu qısa müddətdə kifayət qədər uğurlu layihələr həyata keçirib. Bu layihələrə 25 min ton yükqaldırma gücünə malik “28 May” üzən doku, 50 ton dartıcı qüvvəyə malik olan “SOCAR 1” yedək gəmisini, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonlarını və yuxarı bloklarını, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmilərini misal göstərmək olar. Bundan başqa, Bakı gəmiqayırma zavodu 2015-ci ildə “Şahdəniz mərhələ 2” layihəsi çərçivəsində bir neçə gəminin təmir və yenilənmə layihələrini həyata keçirib. Bunlardan “İsrafil Hüseynov” borudüzən gəmisini, “Tofiq İsmayılov” dalğıc gəmisini, “Azərbaycan” kran gəmisini, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərini, “Dədə Qorqud” yarımdalma qazma qurğusunu və “Gilavar” tədqiqat gəmisini qeyd etmək olar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə imzalanan müqavilələrə uyğun olaraq, hazırda tikintisi uğurla davam edən iki “RoPax” tipli nadir gəminin və iki neft tankerinin 2019-cu ildə təhvil verilməsi planlaşdırılır.

Dövlətimizin başçısına “Xankəndi” sualtı tikinti gəmisi haqqında videoməlumat da təqdim olundu.

2014-cü il aprelin 17-də “Bakı Gəmiqayırma Zavodu” MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə “Şahdəniz” qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan “BP Exploration” MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlanıb. “Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra ötən ilin mayında suya salınıb. Bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz mərhələ 2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.

Prezident İlham Əliyevə “Şahdəniz-2” layihəsi çərçivəsində görülən işlərlə bağlı da məlumat verildi. Qeyd edək ki, artıq layihə üzrə işlərin 96 faizdən çox hissəsi tamamlanıb. Fəaliyyət dövründə Azərbaycanda 24 min yeni iş yeri açılıb. “Şahdəniz mərhələ 2” üzrə işlənilmə planına bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu ilə qazılan ən az 26 sualtı quyu, suyun 500 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda boru kəmərləri və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. “Şahdəniz mərhələ 2” çərçivəsində əsas diqqət ildə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əlavə etməklə hazırda istismar olunan lay intervallarında qalan ehtiyatlara yönəlib. Buna görə ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək və qalan həcm, yəni, ildə 10 milyard kubmetr qaz Avropa alıcılarına çatdırılacaq.

Dövlətimizin başçısı “Xankəndi” sualtı tikinti gəmisinin rəmzi istismara verilməsini bildirən lenti kəsdi.

Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə “Xankəndi” gəmisinin bütün göyərtə avadanlığı - əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. “Xankəndi” gəmisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib.

DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilən bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnikalarla tam təchiz edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17700 tondur və suya oturumu 6,5 metr olmaqla 5 min metrik tondan artıq yükgötürmə qabiliyyətinə malikdir.

Qeyd edək ki, 175 nəfərlik kayutlarla təchiz olunan bu gəmi indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəminin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır.

Sonra Prezident İlham Əliyev gəminin işə salınmasını bildirən düyməni basdı.

“Xankəndi” gəmisi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. Gəmi təhvil verildikdən sonra sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunacaq və 2017-2027-ci illərdə “Şahdəniz mərhələ 2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.

Daha sonra “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Bu gözəl hadisə münasibətilə sizi təbrik etmək istəyirəm. “Xankəndi” gəmisinin istifadəyə verilməsi doğrudan da tarixi hadisədir. Şadam ki, bu nəhəng gəmi Azərbaycanda, Bakıda inşa edilib. Bu gəmiyə “Xankəndi” adı verilib. Onun da çox böyük mənası var. Xankəndi bizim qədim şəhərimizdir. Xankəndinin adı bizim üçün əzizdir, doğmadır. Təsadüfi deyil ki, dünyada nadir standartlara cavab verən bu gəmiyə məhz bu ad verilmişdir.

Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər. Bu gəminin inşası, istifadəyə verilməsi eyni zamanda onu göstərir ki, vaxtilə gəmiqayırma zavodunun tikintisi haqqında verilmiş qərar düzgün qərar idi. O vaxt bu qərarı verərkən və bu zavodun tikintisinə böyük sərmayə ayırarkən biz məhz bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin. Bu gəminin tikintisi eyni zamanda onu göstərir ki, elə bir gəmi yoxdur, biz gəmiqayırma zavodunda bunu inşa edə bilməyək. Hazırda dörd yeni gəmi tikilir - ikisi bərə, ikisi tanker.

“Xankəndi” gəmisinin tikintisi təqribən 400 milyon dollara yaxın vəsaitə başa gəlib. Bu da dövlətimizin gücünü göstərir. “Şahdəniz” qaz yatağının işlənilməsində bu gəminin əvəzsiz xidməti olacaq.

Bu gün mənə verilən məlumata görə, dünyada bu tipdə cəmi 10 gəmi var. Onlardan biri Azərbaycandadır, Azərbaycanda tikilib. Bu gəmidə çalışacaq heyət üzvlərinin əksəriyyəti Azərbaycan mütəxəssisləridir. Yəni, bu gəminin tikintisi ilə eyni zamanda treninq, hazırlıq işləri də aparılmışdır ki, bu gün həm gəminin kapitanı, həm də bütün heyət üzvlərinin əksəriyyəti yerli kadrlardır.

Bir daha demək istəyirəm ki, bu, çox əlamətdar, tarixi hadisədir. “Şahdəniz” qaz yatağının işlənilməsi bizim üçün strateji layihədir. Şadam ki, bu istiqamətdə də işlər yaxşı gedir. İndi mənə məlumat verilib ki, “Şahdəniz-2” qaz yatağının hazırlıq işlərinin səviyyəsi 96 faizdir. Demək olar ki, artıq bu layihə reallaşıb. Bu gəmisiz “Şahdəniz”i böyük səmərə ilə işlətmək mümkün deyil.

Biz bütün bu işləri ardıcıl şəkildə aparırıq. Sərmayə qoyulub, xarici tərəfdaşlarla işlər düzgün qurulub. Azərbaycanda platformalar, üzən qurğular, belə nəhəng gəmilər, Səngəçal terminalı, neft-qaz kəmərləri inşa edilir. Azərbaycanın neft-qaz sektoruna kompleks şəkildə, düşünülmüş və planlı surətdə böyük sərmayə qoyulub. Bu gün biz bunun nəticəsini görürük. Burada həm BP, həm SOCAR şirkətlərinin birgə fəaliyyətini də qeyd etməliyəm. Bu əməkdaşlıq nəticəsində Azərbaycanın neft-qaz sektorunda tarixi nailiyyətlər artıq reallıqdır.

Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. Gəmiçiliyin fəaliyyəti beynəlxalq standartlara cavab verir. Gəmiçilik artıq gəlirlə işləyir, büdcəmizə böyük vergi ödəyir. Yəni, nəqliyyat, energetika infrastrukturumuzun uğurlu inkişafı ölkəmizin ümumi inkişafına böyük töhfədir.

Siz yəqin bilirsiniz ki, bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var.

Mən xatırlayıram, 1994-cü ildə “Əsrin kontraktı” imzalananda bizi istəməyən bəzi qüvvələr, həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır. Heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz “Azəri-Çıraq-Günəşli”dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var.

“Şahdəniz”ə gəldikdə isə bu yatağın minimum qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Yəni, Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək.

Mən bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik etmək istəyirəm. Bu gəminin tikintisində iştirak etmiş bütün vətəndaşları, mütəxəssisləri təbrik etmək istəyirəm. Onlara minnətdarlıq bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, “Xankəndi” gəmisi “Şahdəniz” yatağının işlənilməsində öz qiymətli rolunu oynayacaq, ölkəmizin güclənməsinə töhfəsini verəcək. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirak edib YENİLƏNİB 2 VİDEO

Yeni batareya sayəsində telefonların qalınlığı plastik kartlardakı kimi olacaq

Çin ABŞ-ın Filippində ortamənzilli ballistik raketlər saxlamaısna qarşıdır

Birinci Dünya Müharibəsində 524 nəfərin batdığı gəmi tapılıb

Qazaxıstan Orta Dəhliz üzrə daşımaların həcmini 10 milyon tona çatdırmaq niyyətindədir

Volodimir Zelenski Ağ evdə Bayden və Harrislə görüşəcək

Eldar Əzizov: BRICS-də iştirakla bağlı müraciət Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir

Bakıda Aleksandrinski Teatrının “Böyük qastrolları”na start verilib

Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib

Çempionlar Liqası: “Barselona” məğlub olub, “Arsenal” İtaliyada heç-heçə edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib VİDEO

Salyanda azyaşlı uşağı əqrəb sancıb

İtaliyada daşqın səbəbindən mindən çox insan təxliyə olunub

Astarada yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var

Muğam Mərkəzində “Ros Unicus” dueti konsert proqramı ilə çıxış edib

Türkiyənin keçmiş səfiri: Prezident İlham Əliyevin “dəmir yumruğu” separatizm xəritəsinə nöqtə qoydu

Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNİB

Prezident İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub YENİLƏNİB

ABŞ-ın 25 ştatında COVID-19 virusunun yeni ştamı yayılıb

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib

XİN: ABŞ Konqresində keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Azərbaycan - Yaponiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri ilə görüş keçirilib

Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının regional mərhələsi keçirilib

Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilib

Rusiyalı pianoçular Gəncədə çıxış ediblər

® BMT-nin Azərbaycan ofisində COP29-a dair dəyirmi masa keçirilib

Birinci vitse-prezident Mehriban Əliyeva Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi ilə bağlı paylaşım edib VİDEO

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi yekunlaşıb VİDEO

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub  YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub  YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib   YENİLƏNİB

Sabunçu və Suraxanı neftçiləri peşə bayramlarını “Abşeron: əsrlərin neft çırağı” adlı tədbirdə qeyd ediblər

Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanışlıq   YENİLƏNİB

Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub  YENİLƏNİB

Antiterror əməliyyatı bütün Qafqazda dayanaqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiyadır – MƏQALƏ

Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub  YENİLƏNİB

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın müdafiə naziri ilə görüşüb

Mətbuat Şurasında türkiyəli media təmsilçiləri ilə görüş olub

Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub  YENİLƏNİB

Prezident İlham Əliyev “Aghdam City Hotel”in açılışında iştirak edib YENİLƏNİB

Albaniya klubuna keçən azərbaycanlı futbolçu: Uzun müddət Avropada oynamaq istəyirəm

® “Silk Way West Airlines” Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşulub

BDU-da görkəmli şərqşünas-alim Aida İmanquliyevanın xatirəsi anılıb

Prezident İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib   YENİLƏNİB

Bakı Kitab Mərkəzində “YüksƏl” layihəsi çərçivəsində Payız seminarlarına start verilib

Nəsimi rayonunda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb – YENİLƏNİB

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib  YENİLƏNİB

ADNSU-da Neftçilərin peşə bayramı qeyd olunub

Dövlət Komitəsinin sədri Ağsuda vətəndaş qəbulu keçirəcək

QS Beynəlxalq Reytinq Agentliyinin iştirakı ilə ali məktəblərin nümayəndələri üçün təlim təşkil olunub

Transliterasiya qaydalarının formalaşmasında ekspert sistemlərinin tətbiqi imkanları müzakirə olunub

Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri yüksək qiymətləndirilib

Baş Prokurorluğun nümayəndələri beynəlxalq təşkilatların tədbirlərində iştirak ediblər

Azərbaycanın güclənməsində uğurlu neft strategiyasının rolu ŞƏRH

Bərdədə orta yaşlı kişi toyda qəfil ölüb

Azərbaycan və Özbəkistan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Biləsuvar sakinləri qanunsuz saxladıqları ov tüfənglərini polisə təhvil veriblər

Qədir Xəlilov: Naxçıvanda gənclərin potensiallarının artırılmasına tam şərait yaradılıb

ABŞ mediasında soydaşımızın məqaləsi nəşr olunub

Şərqşünaslıq İnstitutu və Rusiyanın Belqorod Dövlət Milli Tədqiqatlar Universiteti əməkdaşlığa başlayır

Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Damir Muxetdinov: Məscidlərin dağıdılması və təhqir olunması bütün müsəlmanların hiddətinə səbəb olur VİDEO

“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

Şalva Papuaşvili: ABŞ Gürcüstanda demokratiyanı sarsıtmaq istəyir

“Cəmiyyətin şüurlu şəkildə çirklənməyə şərait yaratması yolverilməzdir” - Könüllülər təbiətin qorunmasından danışırlar

UNEC-də Çinin Hebey İqtisadiyyat və Biznes Universiteti ilə birgə COP29-a həsr olunan tədbir keçirilib

İsmayıllıda “Sağlam gələcək, xoşbəxt cəmiyyət” mövzusunda tədbir təşkil olunub

Naxçıvanda “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib

Yutubda bir neçə yeni funksiya əlavə olunub

BANM-in tələbəsi: Süni intellektə əsaslanan layihəmizlə müsabiqənin qalibi olduq

"İmarət"də vurulmuş sonuncu qolun müəllifi: Stadionun açılışını və oradakı ilk oyunu səbirsizliklə gözləyirəm

Almaniyada rəsm sərgisində azərbaycanlı rəssamların əsərləri də yer alıb

NDU-da beynəlxalq elmi konfrans - “Süni intellekt: Nəzəriyyədən praktikaya”

Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub  YENİLƏNİB

Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib   YENİLƏNİB

Bir il yarım və iki sentyabr döyüşü…

Azərbaycanın akrobatika gimnastları dünya çempionatında finala yüksəliblər

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib

Şəhidin atası: Torpaqlarımız uğrunda ölümün gözünə dik baxan hər bir döyüşçü bizim üçün qəhrəmandır

“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib

Azərbaycan və Türkiyə Orta Dəhlizlə daha böyük həcmdə yükdaşıma imkanlarını müzakirə edib

Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik

Suraxanıda saxta təmizləyici vasitələr istehsal edən sex aşkarlanıb

Səkkiz ayda Qəbələdə sənaye məhsulu istehsalı 12,2 faiz artıb

“Yektinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə mübarizə” adlı konfrans keçiriləcək

Sumqayıtda Vətən Müharibəsi Qəhrəmanının xatirə muzeyi açılıb

EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə media nümayəndələri üçün seminar keçirilib

Kövkəb Səfərəliyeva küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

BMU-nun rektoru şəhid ailəsinin üzvü olan tələbə ilə görüşüb

“Milli Aviasiya Akademiyası”nın voleybolçusu: Hədəfim klubun ilk çempionluğuna töhfə verməkdir

BDU – 105: Azərbaycanda və dünyada ekoloji problemləri araşdıran Ekologiya və torpaqşünaslıq fakültəsi

Türkiyə mediası: Qarabağda antiterror əməliyyatı Azərbaycanın gücünün daha bir nümayişi oldu

Azərbaycan ilə İtaliya arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

“Neftçi” Qara Qarayevin komandadan ayrıldığını açıqlayıb

Azərbaycan və Özbəkistan Orta Dəhlizlə bağlı birgə fəaliyyətin şaxələndirilməsini müzakirə edib

ÜST-nin ekspertləri Azərbaycanda qızılcaya qarşı görülən işləri yüksək dəyərləndiriblər

Xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən qurumları ilə dörd memorandum imzalanıb