İQTİSADİYYAT


Prezident İlham Əliyev Xəzər rayonunun üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayırıb

Bakı, 3 dekabr, AZƏRTAC

Prezident İlham Əliyev dekabrın 3-də “Xəzər rayonunun Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, əlli beş min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.