Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Yasamal rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub YENİLƏNİB 3 VİDEO

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, antisanitariya mənbəyinə çevrilən ərazi tam təmizlənərək müasir layihə əsasında yüksək səviyyədə abadlaşdırılıb. Burada çoxillik ağaclar əkilib, yaşıllıqlar salınıb. Parkda müasir standartlara uyğun işıqlandırma sistemi quraşdırılıb. Ətrafdakı yaşayış binaları ilə əlaqə qurulması, eləcə də insanların buraya rahat gediş-gəlişini təmin etmək üçün parkın yuxarı hissəsində yeni pilləkənlər tikilib və əlil arabaları üçün xüsusi yol salınıb. Əhalinin mədəni istirahətini təmin etmək məqsədilə çoxlu sayda oturacaq və parkın ərazisinin bir hissəsində idman qurğuları quraşdırılıb. Bundan əlavə, avtonəqliyyat vasitəsilə istirahət parkına gələn əhalinin rahatlığı üçün yeni parklanma sahəsi yaradılıb. Beləliklə, yeni parkın salınması ərazinin simasını tamamilə dəyişib və paytaxt sakinlərinin istirahəti üçün müasir tələblərə cavab verən daha bir istirahət guşəsi yaradılıb.

Xatırladaq ki, bundan əvvəl parkın yerləşdiyi ərazidə “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin inşası aparılırdı. Lakin tikintini həyata keçirən şirkət qanunları pozaraq ərazidəki 54 ağacı və yaşıllıqları tamamilə məhv etmişdi. Bu məsələyə Prezident İlham Əliyev dərhal və kəskin reaksiya verdi. Dövlətimizin başçısının göstərişi ilə “Ovçular evi” ərazisində inşa olunan həmin binanın tikintisi dayandırıldı, məsələ nəzarətə götürülərək araşdırılmağa başlandı. Əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edərək tikintini həyata keçirən şirkəti 130 min manat məbləğində cərimələdi və fakt üzə cinayət işi açıldı.

Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu dəfələrlə bildirib. Bu cür hallara qarşı daim ciddi tədbirlərin görülməsini, buna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini tapşırıb. Azərbaycanı yaşıl diyara çevirməyi, paytaxtda və bölgələrdə ekoloji tarazlığı qorumağı daim diqqətdə saxlayan dövlətimizin başçısının bu sahəyə göstərdiyi qayğının nəticəsidir ki, 2010-cu il ölkəmizdə “Ekologiya İli” elan edilib. Bu sahədə vəziyyətin daim nəzarətdə saxlanması istiqamətində Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, dövlət proqramları xüsusi rol oynayıb. Odur ki, Yasamal rayonunun “Ovçular evi” adlanan ərazisində yaşayış binasının tikintisi zamanı ağacların qanunsuz kəsilməsi və yaşıllıqların tamamilə məhv edilməsi faktına dövlətimizin başçısının dərhal və kəskin reaksiyası bir daha təsdiqlədi ki, ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Prezident İlham Əliyevin hər zaman diqqətindədir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən ərazidə salınan yeni park bunu bir daha təsdiq edir.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ətrafdakı evlərin sakinləri ilə görüşdü.

Prezident İlham ƏLİYEV dedi:

-Bu gün şəhərimizdə yeni park açılır. Bu, gözəl hadisədir və burada yaşayan insanlar üçün gözəl hədiyyədir. Son illər ərzində Bakı şəhərində bir çox parklar, ictimai yerlər, istirahət guşələri yaradılmışdır. İndi Bakı parklar, bağlar şəhəridir. Həm şəhərin mərkəzində, həm də digər ərazilərdə yeni ictimai yerlər yaradılır.

Bu parkın da xüsusi tarixçəsi var. Bu ərazidə heç vaxt park olmamışdır. Bu ərazidə bir çox hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulurdu. Əfsuslar olsun ki, bu işləri görən insanlar buradakı ağacları da kəsmişdilər. Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz. Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir. Ona görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb. Yeni park bu binalarda yaşayan vətəndaşlar üçün istirahət yeridir. Əlbəttə ki, burada hündürmərtəbəli böyük binalar tikilsəydi, bu, ətrafda yaşayan insanlar üçün də problem yaradardı. Ona görə şəhərimizin bu ərazisində yeni park salınıb və hesab edirəm ki, bu, çox əlamətdar hadisədir. Bir daha demək istəyirəm, bu parkın xüsusi tarixçəsi vardır və bütün qurumlara da, şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə cəzan cərimə ilə bitməyəcək.

Qaldı ki, şəhərimizin abadlaşmasına, görülən bütün işlər göz qabağındadır. Mən bir daha qeyd etmək istəyirəm ki, indi Bakı gözəl parklar şəhərinə çevrilibdir. Bizim mövcud parklarımızın demək olar ki, hamısı son illər ərzində əsaslı şəkildə bərpa edilib, yeni istirahət zonaları yaradılıb. Bizim ən böyük parkımız dənizkənarı bulvardır, onun uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırılıb. Burada indi idman, incəsənət şəhərcikləri, ictimai yerlər yaradılıb. Diqqətçəkən digər layihələr arasında Heydər Əliyev Sarayının arxasındakı yeri də qeyd edərdim. Orada gözəl park yaradılıb. Dövlət Dram Teatrının arxasında yeni park salınır. “Sovetski” adlanan ərazidə həm yol infrastrukturu, həm ictimai yerlər, gözəl yaşıllıqlar salınacaqdır. İndi işlər o qədər sürətlə gedir ki, bəzən əvvəlki görüntülər yaddan çıxır. Misal üçün, siz yaxşı xatırlayırsınız ki, aeroportun ətrafında yarmarka var idi. Bu səliqəsiz antisanitariya mərkəzinin mənzərəsi hamımızı incidirdi. O yarmarka başqa əraziyə köçürülüb, yerində meşəlik salınıb. İndi o yerdən keçəndə bəziləri unudur ki, burada əvvəllər mənzərə necə idi.

Böyükşor gölünün bir hissəsi təmizlənib, onun ətrafı abadlaşdırılıb, 1 kilometr uzunluğunda yeni bulvar salınıb. Bibiheybət ərazisində indi gözəl park salınır. Yəni, görülən bütün bu işlər bir daha onu göstərir ki, vətəndaşların rahat istirahəti üçün şəhərimizdə çox böyük tədbirlər görülür. Yeni parkların salınması baxımından hesab edirəm ki, Bakı şəhəri bu gün dünyada birinci yerdədir. Bunu siz də yaxşı bilirsiniz, şəhərimizin digər vətəndaşları da görürlər, əgər harada söküntü gedirsə, o yerdə mütləq ictimai guşələr, parklar yaradılır, yeni geniş yollar salınır ki, tıxaclar azalsın. Növbəti böyük park Yusif Səfərov küçəsində salınır, ümid edirəm ki, yaxın aylarda istifadəyə veriləcək. Onun yanında olan park artıq fəaliyyətdədir, Heydər Əliyev Mərkəzinin ətrafında böyük park indi xidmət göstərir, gənclər, uşaqlar hər həftə orada müxtəlif tədbirlər keçirirlər. Bakı Konqres Mərkəzinin ətrafında yeni park salınıb. Keçmiş Səttarxan adına zavodun ərazisi olan bu yer ekoloji fəlakət zonası idi. Balaxanı zibilxanası təmizləndi, orada abadlıq işləri aparıldı, şəhərimizin vətəndaşlarına problem yaradan tüstünün qarşısı alındı. Ona görə mən bu sahəyə xüsusi diqqət yetirirəm. Çünki istəyirəm ki, Bakı daha da gözəlləşsin və şəhərimizin ekoloji vəziyyəti daha da yaxşılaşsın. Biz artıq buna nail ola bilmişik. Havanın, suyun keyfiyyəti yaxşılaşıb. Bu, insan sağlamlığı üçün əsas amillərdir.

Bilirəm ki, bu binalarda ziyalılar, alimlər yaşayır. Sizin üçün burada gözəl park salınıb ki, ailə üzvlərinizlə birlikdə istirahət edəsiniz. Bu münasibətlə sizi - burada yaşayan vətəndaşları təbrik edirəm.

X X X

Göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə sakinlər adından minnətdarlığını bildirən Bakı Dövlət Universitetinin professoru Cahangir MƏMMƏDLİ dedi:

-Cənab Prezident, bu gün burada Sizinlə görüşmək bizdə qürur hissi doğurur. Bakı Dövlət Universitetinin 22 min nəfərlik kollektivi Sizi alqışlayır. Bu gün çox rəmzi bir gündür - Ulu Öndərimizin hakimiyyətə gəldiyi günün səhərisidir, özü də səhər çağıdır.

Mən o günü çox gözəl xatırlayıram. Ulu Öndərimiz hakimiyyətə gəldiyi ildə Bakı Dövlət Universitetinin heç vaxt qeyd olunmayan yubileyini - 50 illik yubileyini keçirdi. Sonrakı illərdə də universitetə çox böyük məhəbbətlə yanaşdı. O, mükəmməl idarəçilik məktəbi yaratdı. Allaha çox şükür ki, bu gün bu məktəb etibarlı əldədir. Biz bununla qürur duyuruq.

İndi siz Bakıdan danışdınız. Amma biz bu gün Azərbaycandan danışa bilərik. Mən ömrüm boyu Parisin tağlı giriş qapısına həsəd aparmışam. İndi biz misal üçün Qubaya daxil olarkən görürük ki, Parisin tağlı qapısından da qəşəng bir giriş qapısı düzəldilib. Bütün rayonlarımızda belədir.

Ulu Öndərimizin universitetin 50 illik yubileyində söylədiyi qiymətli fikirlər həmişə yadımızdadır. Deyib ki, mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam. Sonra qeyd edib ki, Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir. Biz müəllimlər də Bakı Dövlət Universitetini bitirməyi ilə fəxr edən Ulu Öndərimizin adına layiq işləməyə çalışırıq.

Cənab Prezident, Siz də Bakı Dövlət Universitetinə Azərbaycan xalqının milli sərvəti kimi yanaşırsınız. Yadımızdadır, universitetin 90 illik yubileyi yaxınlaşanda Siz bizim ali məktəbə gəlmişdiniz. O vaxt universitet üçün 10 mərtəbəli yeni tədris korpusu tikilirdi. Ancaq binanın inşası ləngiyirdi. Siz ertəsi gün Sərəncam verdiniz, vəsait ayırdınız və o bina tezliklə tikilib istifadəyə verildi. İndi o gözəl bina universitetimizin loqosudur. O binaya daxil olanda, dəhlizlərdən keçəndə, auditoriyalara girəndə həmişə Siz yadımıza düşürsünüz. Allah Sizi qorusun.

Bu binalar universitetimizdə çalışan müəllimlər üçün Bakıda ən ucuz qiymətə tikilmiş kooperativ evlərdir. Kvadratmetri 260 manata inşa olunub. Mənzillər ona görə ucuz başa gəlib ki, Sizin tapşırığınızla torpaq sahəsi üçün rüsum tutulmayıb. Sizə təşəkkür edirik. Biz Sizi çox istəyirik. Azərbaycan məhz Sizin rəhbərliyinizlə bu cür inkişafa nail olub. Tanrı Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Sizə təşəkkür edirəm.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Yasamal rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub  YENİLƏNİB 3 VİDEO

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO