Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Prezident İlham Əliyev – zamanı qabaqlayan lider

Prezident İlham Əliyev – zamanı qabaqlayan lider

Bakı, 27 iyul, AZƏRTAC

Dünyanın gündəmi pandemiya, enerji, ərzaq, sosial, siyasi və maliyyə böhranı, hətta iri hərbi-siyasi birliklərin qarşıdurması olduğu halda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı inkişaf davam edir. Pandemiyadan ən az təsirlənən ölkə olaraq Azərbaycan həm də post-pandemiya dövründə müqayisəli üstünlüyünü saxlayır və 44 günlük müharibədəki Qələbəsindən sonra yenidən şəkilləndirdiyi geosiyasi və geoiqtisadi reallıqda özünü daha rahat hiss edir. İqtisadi tsikllər nəzəriyyəsinə görə, dünya iqtisadiyyatında resessiya yaxınlaşdığı halda Azərbaycanda iqtisadi artımın sürətlənməsi bir növ böyük axına qarşı getmək deməkdir. Prezident İlham Əliyevin iqtisadi siyasətinin üstünlüyü ondadır ki, böyük axına qarşı dayanaraq, daxili imkanlar hesabına iqtisadi inkişafı təmin edir.

Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun “Prezident İlham Əliyev – zamanı qabaqlayan lider” sərlövhəli analitik məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Müstəqilliyin iqtisadi əsasları

Təlatümlərlə dolu dünyamızda, xüsusən də mürəkkəb bölgəmizdə Azərbaycanın sabit və davamlı inkişafı, ilk növbədə, Prezident İlham Əliyevin xarici və daxili siyasətdə idarəetmə ustalığı və uzaqgörənliyinə əsaslanır. Şərq və Qərbi birləşdirən Orta dəhlizin inkişaf etdirilməsi - neft-qaz, nəqliyyat-logistika və fiber-optik kommunikasiyaların qurulması, dəhliz boyunca ölkələrin multimodal daşımaları üçün hüquqi, siyasi və texniki uzlaşmanın, ahəngləşmənin həyata keçirilməsi Prezident İlham Əliyevin dəqiq hesablamalarının, yorulmaz və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Eyni zamanda, Şimal-Cənub dəhlizində ölkəmizin həlledici həlqəyə çevrilməsi də Prezident İlham Əliyevin siyasi xarizması və uzaqgörənliyi ilə bağlıdır. Nəticədə okeanlara çıxışı olmayan Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində bir neçə dəhliz modifikasiyası təqdim edir: Şimal-Qərb, Cənub-Qərb, Orta-Asiya-Türkiyə, Avropa-Çin və s. 44 günlük müharibədən dərhal sonra irəli sürülmüş Zəngəzur dəhlizi təşəbbüsü və ona paralel İran ərazisindən şaxələndirmə Prezident İlham Əliyevin siyasi fəhmi və çoxgedişli kombinasiya qurmaq bacarığıdır. Əgər 44 günlük müharibədə Prezident İlham Əliyev bir Müzəffər Ali Baş Komandan olaraq yüksək sərkərdəlik bacarığını ortaya qoymuşdusa, müharibədən dərhal sonra Qələbənin möhkəmləndirilməsi üçün təcrübəli strateq olaraq bölgədə yeni geosiyasi və geoiqtisadi arxitekturanın dizaynı ilə məşğul olmuşdur.

Dünyadakı son hadisələr fonunda Orta dəhliz və Şimal-Cənub marşrutunun Azərbaycanda kəsişməsinin bir-birilə açıq rəqabət aparan böyük güclərin əməkdaşlığı üçün imkanlar yaratması özü bir paradoksdur. Azərbaycan nəinki fiziki infrastrukturu ilə, həm də sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoq məkanı olmaqla qlobal səviyyədə sülh, əmin-amanlıq və davamlı inkişafı dəstəkləyir. Bir tərəfdən Avropanın enerji təhlükəsizliyində iştirakını gücləndirmək, digər tərəfdən isə Türkiyə, Rusiya və İranla birlikdə 3+3 formatında regional əməkdaşlıq platforması qurmaq, əksliklərin vəhdəti və ziddiyyətlərin çözümü baxımından unikal bir həldir. Bjezinskinin təbirincə desək, “Böyük şahmat taxtası”nda Azərbaycanın düzgün mövqe tutması maraqların toqquşması deyil, ahəngdarlığını təmin edən məkana çevrilməsi ölkəmizin inkişafı üçün əsasdır. Məhz Azərbaycanın ətrafında qurulmuş belə bir münbit ekosistem müharibədən yenicə çıxan ölkənin qarşısında duran aşağıdakı əsas vəzifələrin həlli üçün vacibdir: Müdafiə qabiliyyətinin gücləndirilməsi, ərazicə Livana bərabər olan azad edilmiş torpaqlarımızda post-münaqişə quruculuğu, şəhid ailələri və qazilər başda olmaqla sosial rifahın daha da yaxşılaşdırılması, iqtisadi artımın yüksək trayektoriyaya keçirilməsi.

İqtisadi artımın yüksək trayektoriyası

Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dünyada iqtisadi artımın yavaşıması barədə proqnozlar verdiyi halda, Azərbaycanda bu ilin ilk altı ayında iqtisadi artım sürətlənərək 6,2 faizə çatıb. Qeyd edək ki, Azərbaycanda iqtisadi artımın indiki səviyyəsi bu il üçün dünya üzrə orta artım proqnozunu iki dəfə üstələyir. Deməli, Azərbaycan dünya iqtisadiyyatında xüsusi çəkisini artırır. Özü də Azərbaycanda iqtisadi artım daha çox innovasiya yönümlü olub qeyri-neft sənayesi, nəqliyyat, informasiya və rabitə xidmətləri sahəsindədir. Azərbaycanda sənayeləşmə və rəqəmsallaşma orta dünya göstəricisini iki-üç dəfə üstələyir. Dördüncü sənaye inqilabının əhatə etdiyi bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqinin genişlənməsi, insan kapitalının güclənməsi, idarəetmənin səmərəliliyinin yüksəlməsi, eyni zamanda, bu ilin ilk altı ayında qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin 18,5 faiz artması iqtisadi artımı şərtləndirən amillərdir. Xüsusən də qeyri-neft-qaz sahəsində əsas fondlara yatırılan sərmayənin fiziki və mənəvi aşınmanı qarşılaması, əsas fondların verimliliyini yüksəldir ki, bu da iqtisadi artımın drayverinə çevrilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes mühitinin əlverişliliyinin yüksəldilməsi və dövlət təşviqlərinin verilməsi siyasəti ölkəyə sərmayə cəlbini və sərmayə qoyuluşunun səmərəliliyini artırır.

Hazırda Azərbaycanda yeddi sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parkları, eləcə də beş sənaye məhəlləsi – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir. 2021-ci ildə 2,4 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə xüsusi çəkisi 30,8 faiz (959,3 milyon manatlıq ixrac) təşkil edib. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac olunur. Prezident İlham Əliyevin sənaye siyasətinin nəticəsində Azərbaycan Avropada sənayenin ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisinə görə öndə gedən ölkələrdəndir. Dünya Bankının hesablamalarına görə sənayenin ÜDM-də payı Azərbaycanda 40 faizdən çox olduğu halda, dünyada orta göstərici 24,8 faizdir.

Dayanıqlı büdcə siyasəti

Azərbaycan Respublikasının büdcə siyasəti dövlətin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına, dövlət gəlir və xərclərinin dayanıqlı idarə edilməsinə hədəflənmişdir. Ölkədə nəticə əsaslı büdcə və ortamüddətli xərclər çərçivəsinin tətbiqi müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun refleksiyasıdır. Dayanıqlı büdcə idarəçiliyi və onun nəticə əsaslı büdcə təşkilinə uyğunlaşdırılması dövlət xərclərinin səmərəliliyinin təmin edilməsinə və neft gəlirlərinin dəyişkənliyinin təsirinin azaldılmasına əhəmiyyətli dərəcədə təsir edir.

O cümlədən, realizə edilən səmərəli və nəticə əsaslı fiskal siyasət iqtisadi artıma dəstək verir. Frederick S. Pardee Mərkəzinin araşdırmasına əsasən, Azərbaycanın yerləşdiyi coğrafi bölgədə iqtisadi artım tempi 2,2 faizi keçmədiyi təqdirdə davamlı inkişaf məqsədlərinə nail olunmuş hesab edilmir. Azərbaycan iqtisadiyyatında isə iqtisadi artım tempi 2021-ci ildə 5,6 faiz olmaqla, 2022-ci ilin ilk yarısında 6,2 faiz olmuşdur. Həmçinin 2022-ci ilin ilk yarısında qeyri-neft iqtisadiyyatının artım tempi 9,6 faiz kimi qərarlaşmışdır. Qarşıya qoyulmuş digər məqsədlərdən biri də fiskal siyasət kontr-tsiklik olmaqla böhranlara və iqtisadiyyatın “hərarətlənməsinə” adekvat reaksiya verməsi məsələsidir. Belə ki, 2021-ci ilin dövlət büdcəsinin xərclərinin ümumi daxil məhsulda payı 30 faizə çatmışdır. O cümlədən, 2022-ci ilin ilk yarısı üçün bu göstərici 20,4 faiz olmuşdur. Dövlət büdcəsinin genişlənməsi artan imkanlar hesabına olmuş və maksimum səmərə ilə ölkənin inkişafına və insanların sosial rifahına yönəldilməyə hədəflənmişdir.

Əlavə olaraq, dövlət borcunun idarə edilməsi dövlətin əsas prioritet sahələrindən biri olub dövlət borcunun dayanıqlı və idarəolunan dövlət borcu səviyyəsində olması, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizmlərinin gücləndirilməsi bu zaman əsas götürülür. Davamlı uzunmüddətli artım üçün iqtisadi siyasətin formalaşdırılmasında hökumətin balansına, borc səviyyəsinə, maliyyə və fiskal risklərə fokuslanmaq da fundamental məsələ olaraq qalır. 2022-ci ilin iyulun 1-nə olan rəqəmlərə əsasən birbaşa xarici dövlət borcu ÜDM-in 10,7 faizini təşkil etmişdir. Əlbəttə ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanın xarici dövlət borcunun bu səviyyədə olması dövlətin borclanma siyasətinin dayanıqlığından məlumat verir. Belə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində ümumi borclanma 2019-cu ildə ÜDM-in 17 faizini təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 30 faizə qədər yüksəlmişdir.

Digər tərəfdən cari ilin ilk altı ayında icmal büdcədə 3 milyard 806,7 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 230,2 milyon manat və ya 47,7 faiz çoxdur. Bu isə aparılan dayanıqlı büdcə siyasəti çərçivəsində əldə olunmuş vəsaitləri sosial və yenidənqurma kimi istiqamətlərdə daha geniş miqyasda hədəflərə nail olunması üçün sərf etməyə əlavə imkanlar yaradır.

Vətəndaş-mərkəzli siyasət

Bu ilin iyul ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədən çıxan əsas nəticələrdən biri ondan ibarət idi ki, ölkənin artan iqtisadi imkanları vətəndaş-mərkəzli siyasətin gücləndirilməsinə yönəldilir. Öz növbəsində vətəndaş-mərkəzli siyasət insan kapitalını gücləndirir ki, sonradan məhz yüksək kvalifikasiyalı, səriştəli, bilikli və sağlam insan da iqtisadiyyatın drayverinə çevrilir. Beləliklə, artan iqtisadiyyat və güclü insan kapitalı arasında müdrik çevrə yaranır, bu iki paradiqma bir-birinə qarşılıqlı təsir göstərir. Bu ilin ilk altı ayında hər nəfərə düşən ÜDM 5,9 faiz artdığı halda, əhalinin hər nəfərinə düşən nominal gəlirlər 19,4 faiz artıb. Hətta inflyasiyanı da nəzərə alanda aydın görmək olur ki, əhalinin real gəlirləri iqtisadi artım tempini üstələyir. Deməli, iqtisadi artımın nəticələrindən insanların faydalanması getdikcə daha da çoxalır. Bunun nəticəsidir ki, 2018-2022-ci illərdə əməkhaqqının ÜDM-dəki payı 12,7 faizdən 17,1 faizə yüksəlib. Azərbaycan dövlətinin sosial mahiyyətini göstərən əsas amillərdən biri də odur ki, median əməkhaqqı orta əməkhaqqından, minimum əməkhaqqı isə median əməkhaqqından üstün templə artır: 2018-2022-ci illərdə orta əməkhaqqı 41 faiz, median əməkhaqqı 86 faiz, minimum əməkhaqqı isə 2,3 dəfə artıb. Buradan çıxan əsas nəticə odur ki, əhalinin daha az gəlirli hissələrinin əməkhaqqıları daha üstün templə çoxalır. Bu bir tərəfdən yoxsulluğun azalması, digər tərəfdən isə orta təbəqənin güclənməsi anlamına gəlir. Təkcə əməkhaqqı deyil, həm də sosial ödənişlərdə artım əhalinin daha çox qayğıya ehtiyacı olan kəsiminə hədəflənib. Belə ki, son dörd ildə minimum pensiyalar 110 manatdan 240 manata çatdırılıb, orta pensiya 75 faiz, sosial müavinətlər və təqaüdlər isə 3,5 dəfə artıb. Sosial siyasətdə diqqət yetiriləsi daha bir məqam şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçılarının sosial müdafiəsidir. Bu kateqoriyadan olan şəxslərin mənzil və avtomobillə təminatı, məşğulluq, sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb edilməsi istiqamətində böyük işlər görülmüşdür.

Aşağı neft qiymətləri və ticarət tərəfdaşlarımızda resessiya səbəbindən 2015-ci ildə baş vermiş böhrandan çıxdıqdan sonra və 2018-ci ildə iqtisadi artım bərpa edildikdən bəri üç sosial islahat paketi dörd milyon vətəndaşımızı əhatə edib. Onlar üçün illik 6 milyard manat əlavə dövlət vəsaiti ayrılıb.

Dünyadakı maliyyə təlatümləri fonunda Azərbaycanda maliyyə dayanıqlığı

Manatın məzənnəsi ixracatçı, idxalçı, istehlakçı və dövlət büdcəsinin maraqları nəzərə alınmaqla elə həddədir ki, iqtisadi artım və sosial rifah təmin olunur. Hazırda qlobal valyuta bazarlarında hökm sürən kəskin volatilliyə rəğmən Azərbaycan manatının məzənnəsi öz sabitliyini qoruyub saxlamaqdadır. Son 10 il ərzində inflyasiya da iqtisadi fəallıq üçün məqbul səviyyədə (orta hesabla 5,3 faiz) olmuşdur. Beləliklə, qlobal risklərin və qeyri-müəyyənliyin davam etdiyi bir dövrdə Azərbaycanın maliyyə sektoru möhkəmliyini qorumaqda davam edir.

2014-cü ilin sonlarından etibarən baş verən qlobal iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması məqsədilə tədbirlərin icrası, həmçinin bank sisteminin maliyyə dayanıqlığının qorunub saxlanılması, tənzimləyici və normativ-hüquqi bazanın möhkəmləndirilməsi, risklərin idarə edilməsi potensialının gücləndirilməsi, kapitallaşma səviyyəsinin artırılması üzrə həyata keçirilmiş islahatlar öz müsbət nəticələrini göstərmişdir. Hazırda Azərbaycan özünün maliyyə sabitliyi siyasətini dünya iqtisadiyyatında resessiya, qlobal risklərin yüksək səviyyəsi, dünya maliyyə və əmtəə bazarlarında qeyri-sabitlik, əlavə olaraq regionda siyasi gərginliklərin artması şəraitində uğurla həyata keçirməkdədir. Makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi, inflyasiyanın optimal səviyyədə saxlanılması, manatın məzənnəsinin sabitliyi, maliyyə sektorunda inkişafın və dayanıqlığın möhkəmləndirilməsi kimi hədəflərin həyata keçirilməsi istiqamətində aparılan islahatlar hazırda da davam etməkdədir.

Hazırda bank sektorunun kapital mövqeyi qlobal bazarlarda tüğyan edən potensial riskləri absorbsiya etmək imkanlarına malikdir. Bank aktivlərinin keyfiyyətində müşahidə olunan müsbət dinamika və kredit ekosistemində risklərin daha təkmil idarə edilməsi fövqündə də müsbət meyillər davam etməkdədir. Son 5 il ərzində kredit risklərində azalma müşahidə edilmiş, qeyri-işlək kreditlərin həcmində kəskin azalmaya nail olunmuşdur. Belə ki, müvafiq dövr ərzində qeyri-işlək kreditlərin xüsusi çəkisi 3,8 dəfə azalmışdır (2017-ci il-13,8 faiz, 2022-ci il, may-3,6 faiz). Maliyyə-bank sektorunda depozit və kredit portfeli üzrə 2016-cı ildən başlanmış de-dollarizasiya prosesi də davam etməkdədir. Belə ki, 2016-cı illə (47,1 faiz) müqayisədə 2022-ci ilin ilk 5 ayının nəticələrinə əsasən kredit portfellərində xarici valyutanın xüsusi çəkisi 2 dəfə azalmaqla 24,1 faizə düşmüşdür. Eyni tendensiya depozit ekosistemində də müşahidə edilmiş, nəticədə, qeyd olunan müvafiq dövr ərzində xarici valyutanın depozitlərdə xüsusi çəkisi 75 faizdən 50 faizə qədər azalmışdır.

Aparılan davamlı islahatlar nəticəsində ölkənin kənar xarici təsirləri minimuma endirmək səviyyəsinə malik strateji valyuta ehtiyatları formalaşdırılmışdır. Belə ki, 2016-cı ildən etibarən valyuta ehtiyatlarında müşahidə edilən artım dinamikası 2021-ci ildə də davam etmişdir. Artım həm Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitləri, həm də Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları hesabına baş vermişdir. İqtisadi artımın bərpası və daxili tələbin genişlənməsi fövqündə ötən dövr ərzində bank sektorunun aktivlərinin əhəmiyyətli dərəcədə artması müşahidə edilmişdir. Bu səbəbdəndir ki, sektorun aktivlərinin həcmi 2016-cı illə müqayisədə 31,6 faiz artmaqla 41,3 milyard manata çatmışdır. Bank sektorunda resursların artımı iqtisadiyyatın şəffaflaşması prosesi və nağdsız əməliyyatların artımı nəticəsində hüquqi şəxslərin depozitlərinin artımı, eyni zamanda, bank sisteminə inamın əsas göstəricilərindən hesab olunan fiziki şəxslərin depozitlərinin artması ilə də dəstəklənmişdir. Pandemiyanın mənfi təsirlərini geridə qoymaqla bank sektorunun kövrəklik indeksi yaxşılaşmışdır. Nəticə etibarilə, 2020-ci ilin sonuna sektorun kövrəklik indeksi “-0,65” təşkil edirdisə, 2021-ci ildə isə iqtisadi artımın bərpası və bankların balansının genişlənməsi fonunda indeksin göstəriciləri yaxşılaşaraq “0,20” təşkil etmişdir.

Qlobal ərzaq böhranı və Azərbaycanın ərzaq təhlükəsizliyi

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü il noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı aqrar sektorda islahatların ikinci mərhələsinin başlanmasına start vermiş, eyni zamanda, ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin olunmasına və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə xidmət etmişdir. Aqrar sektorda islahatların ikinci mərhələsinə başlamaqla, kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq olunmuşdur. Görülən tədbirlər nəticəsində yerli istehsal potensialı güclənmiş və ərzaq məhsullarının rəqabətqabiliyyətliliyi yüksəlmişdir. Nəticədə ölkəmizin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə yaxşılaşmışdır. Belə ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxt ət və süd məhsulları ilə ölkənin özünütəminetmə səviyyəsi 30-35 faiz təşkil edirdisə, 2020-ci ildə bu məhsullar üzrə özünütəminetmə səviyyəsi müvafiq olaraq 84,5 və 83,5 faizə qədər artmışdır. Həmin dövrdə ölkənin kartofa olan tələbatının ödənilməsində idxal mühüm paya sahib idisə, 2020-ci ildə kartofla özünütəminetmə səviyyəsi 90,6 faiz olmuşdur. Bütün növ tərəvəz ilə özünütəminetmə səviyyəsi 110,4 faiz, meyvə və giləmeyvə üzrə isə 116,3 faiz təşkil etmişdir. Qarşıdakı illərdə ərzaqla özünütəminetmə səviyyəsi daha da yaxşılaşacaqdır. Şübhəsiz ki, uzun illər ərzində işğal altında qalan torpaqların azad olunması ölkənin ərzaqla özünütəminetmə səviyyəsinin artırılmasına töhfə verəcəkdir. Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsindəki nailiyyətləri nüfuzlu beynəlxalq qurumların hesabatlarında da əksini tapır və son illər ərzində ölkəmizin ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlib. Belə ki, Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi (The Global Food Security Index) üzrə hesabata əsasən Azərbaycanın ümumi ərzaq təhlükəsizliyi indeksində ardıcıl olaraq yüksəlmə müşahidə olunur. Hazırda da ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi üçün yeni institusional mexanizmlər yaradılır. 2021-ci ildə ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlılığının artırılması üçün Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 19 iyul tarixli "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanına əsasən isə ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə yeni mexanizmlər yaradılmışdır.

“Dəmir yumruq”dan Böyük qayıdışa doğru

Azərbaycan öz gücünə güvənərək Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur və vahid iqtisadi məkan formalaşdırılır. Artıq Şərqi Zəngəzurda – Zəngilan rayonunda yenidən qurulan Ağalı kəndi öz sakinlərini qəbul etmişdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa, tikinti və idarəetmə xidməti göstərmək üçün müvafiq publik hüquqi şəxslər də yaradılmışdır.

Hazırda işğaldan azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələri həyata keçirilir. Qısa müddətdə - 10 ay ərzində Zəfər Yolu yüksək keyfiyyətlə tamamlanmışdır. Bərdə-Ağdam avtomobil yolu, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Xudafərin-Qubadlı-Laçın avtomobil yolu çəkilir. Ümumi uzunluğu 110,4 kilometrə bərabər olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulmuşdur. Bərdə-Ağdam dəmir yolu xəttinin bərpası istiqamətində iş gedir. Həmçinin qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanı açılmışdır, bu ilin payızında isə Zəngilan Beynəlxalq Hava Limanı təyyarələri qəbul edəcəkdir.

İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasının təmin olunması istiqamətində iş aparılır. Təkcə bir faktı qeyd edək ki, azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. Hazırda “yaşıl enerji” strategiyasına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir. Qarabağ və Şərqi Zəngəzur ölkəmizdə sənayenin və turizmin inkişafına böyük töhfə verəcəkdir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində iki xüsusi iqtisadi zona – Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası sənaye parkları qurulur.

İşğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək. İşğaldan azad olunan ərazilərin kənd təsərrüfatı sahəsində potensialı ölkə iqtisadiyyatı üçün mühüm drayverlərdən birinə çevriləcək. Hazırda azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün tədbirlər görülür. Həmçinin əkin işləri ilə yanaşı Kəlbəcər və Laçın rayonlarının təhlükəsiz zonalarına arı ailələrinin, qoyunçuluq təsərrüfatlarının köçürülməsi həyata keçirilmişdir. Artıq Zəngilan rayonunun Ağalı kəndində "Dost Aqropark"ın təməli qoyulmuşdur.

Bu isə ərzaq təhlükəsizliyimizin güclənməsinə xidmət edəcəkdir. Görülən işlər nəticəsində qarşıdakı illərdə ümumi məhsul buraxılışında işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq. Bu baxımdan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdış” Dövlət Proqramının qəbulu da mühüm əhəmiyyətə malik olacaqdır.

Trilemmanın həlli

Con Meynard Keyns deyirdi ki, azadlıq, ədalət və sosial məqsədlərin üçünə də eyni vaxtda üstünlük vermək çətindir. Prezident İlham Əliyev iqtisadi siyasətdə məhz belə bir trilemmanın öhdəsindən gəlməklə, bir tərəfdən azad rəqabət şəraitində iqtisadiyyatı inkişaf etdirir, digər tərəfdən isə ədalətli davranmaqla, sosial rifahı prioritetə çevirir. Trilemmanın çözümündə - Prezident İlham Əliyevin yaxın silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar sahədə genişmiqyaslı fəaliyyəti, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, mədəni irsin təbliğinə və qayğıya ehtiyacı olan insanların problemlərinin həllində dəstəyi özünəməxsus rol oynayır. Bu gün dünyadakı təlatümlərə rəğmən Azərbaycanın bir sabitlik adası kimi inkişaf etməsi ulu öndər Heydər Əliyevin yolunu davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib