SİYASƏT


Prezident İlham Əliyev: biz ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə cəlb edə bilmişik

Bakı, 27 may, AZƏRTAC

Biz gözəl sərmayə iqlimi yaradaraq ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə cəlb edə bilmişik. Yoxsulluqla, işsizliklə bağlı atılan addımlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu ADA Universitetində keçirilən məzun günündəki çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Biz gənc müstəqil dövlətik. Ancaq biz rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerdəyik. Biz dünya miqyasında inklüziv inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında üçüncü yerdəyik”.

Bu gün ölkə qarşısında duran vəzifələrin uğurla icra ediləcəyinə əminliyini bildirən Prezident fikrini belə əsaslandırıb: “Çünki bizim güclü iqtisadi potensialımız, çox müsbət beynəlxalq nüfuzumuz var. Çox dinamik cəmiyyətimiz, fəal gənclərimiz, çox bilikli vətəndaşlarımız və güclü siyasi iradəmiz var. Əsas vəzifə ondan ibarətdir ki, ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin edilsin. Bu isə bax, bu gün burada əyləşən və bizim başqa ali məktəblərdə bu gün eyni tədbiri keçirən gənclərdən asılıdır. Bir daha demək istəyirəm ki, gənclər bizim gələcəyimizdir. Gələcəkdə ölkəmizin taleyi, müstəqilliyi, xoşbəxtliyi gənclərdən asılı olacaq. Ona görə gənclər daim Vətən sevgisi ilə yaşamalıdırlar, peşəkar, bilikli, Vətənə bağlı olmalıdırlar. Əminəm ki, bizim gənclərimiz bu yüksək meyarlara daim cavab verəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.