Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb VİDEO

Bakı, 9 may, AZƏRTAC

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Azərbaycan Prezidentinin 2022-ci il 19 aprel tarixli Sərəncamı ilə 1941-1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

Azərbaycan xalqı artıq ikinci ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət, nəhayət Zəfər çaldı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb VİDEO

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən 3-cü ənənəvi minifutbol turnirinin açılış mərasimi keçirilib

Premyer Liqa: “Şamaxı” doğma meydanda “Sumqayıt”ı məğlub edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Oskar Piastri: Bakı treki çox yaxşı təsir bağışladı

"Ferrari"nin pilotu: Azərbaycan Himni mənə güc verir

Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq verilib

Türkiyədə iki il istifadə olunmayan əkin sahələri dövlət tərəfindən icarəyə veriləcək

Ölkəmizin milli-mədəni dəyərləri Antalyada nümayiş etdirilir

Sıralama turunun qalibi: Bakının çətin trek olduğunu etiraf etməliyəm

Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınmış daha üç nəfərin şikayətlərinə baxılıb

Gənc musiqiçi: Fortepianoda ifa etdiyim zaman sanki başqa bir aləmdə oluram

Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Ər-Riyadda keçiriləcək “Foodex Saudi-2024” beynəlxalq sərgisində Azərbaycan məhsulları təqdim ediləcək

Horner: Hər bir mənfiliyin müsbət tərəfi də var

Çinin müdafiə naziri: Çoxqütblü dünyanın qurulmasında bütün dövlətlər iştirak etməlidir

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turunun qalibi bəlli olub

ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub

42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

® Hansı diplomlar tanınmayacaq?

Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərman preparatları aşkar edilib

Xəzər dənizində zəlzələ baş verib

Gömrük təmsilçiləri ilə görüşdə sahibkarların təklif və rəyləri öyrənilib

Polad Bülbüloğluna Ermitaj mükafatı təqdim olunub VİDEO

Sprint yarışının qalibi: Bakıda əldə etdiyim uğur karyerama müsbət təsir göstərəcək

“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib

Köçəri mədəniyyətinin yaratdığı bayram...

MSK deputatlığa namizədliyi qeydə alınmış Qələndər Muxtarlının şikayətini təmin etməyib

Fərhad Bədəlbəyli: Sevindirici haldır ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı möhtəşəm xarakter alır

Formula 2: Sprint yarışının qalibi mükafatlandırılıb

Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu işə başlayıb

Ermənistan Qərbdən aldığı yardımların qarşılığını nə vaxtsa ödəmək məcburiyyətində qalacaq - ŞƏRH

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başlayıb

Polkovnik-leytenant: Ermənistanın təxribatlarının qarşısını almaq üçün Azərbaycanın hərbi gücü və siyasi iradəsi var

Samir Abbasov: Azərbaycanın milli mədəniyyəti Antalyada geniş təbliğ olunur VİDEO

"Sabah"ın FIBA Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlanıb

Müdafiə nazirinin müavini 11-ci Pekin Syanşan Forumunda iştirak edib

Mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edilib

Azərbaycanın Pakistandakı səfiri: Ölkədə iqlim baxımından ağıllı şəhərlərin yaradılması inkişaf strategiyasının tərkib hissəsidir

Formula 2: Bakıda keçirilən sprint yarışının qalibi müəyyənləşib

Media və QHT-lərin nümayəndələri kriminalistik texnika ilə tanış olublar

Formula 2 Azərbaycan Qran-Prisi: Bolidində yanğın baş verən pilot mübarizəni dayandırıb

Moskvada BRICS ölkələrinin media sammiti keçirilir

"Reuters"in türkiyəli jurnalisti: Bakıda çox maraqlı Formula 1 yarışı izləyirik

Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli geyimləri verilib

Professor: Ortaq əlifba türk xalqlarının arzuolunan inteqrasiyasını təmin edəcək

“Azərxalça” Formula 1 Azərbaycan Qran-Prisinin qonaqlarını xalçaçılıq sənəti ilə tanış edib

Zimbabve hökuməti 200 filin məhvinə göstəriş verib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Ermənistanda Qərbi Nil qızdırmasından dörd nəfər ölüb

Formula 2: Bakıda sprint yarışı start götürüb

Naxçıvanda dövlət qurumlarının əməkdaşları arasında futzal turnirinə start verilib

Stoltenberq: Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir

Meksikalı turist: Azərbaycan Formula 1 Qran-Prisinə möhtəşəm hazırlaşıb

AMEA prezidenti: Qarabağ Universiteti böyük elmi-mədəni mərkəzdir

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

Azərbaycanın kibertəhlükəsizlik reytinqini gücləndirməsi xarici investisiyanın ölkəyə cəlb olunmasına şərait yaradacaq – AÇIQLAMA

Azərbaycan CIFTIS sərgisində təmsil olunur VİDEO

Mərakeşdə erməni təxribatının qarşısı alınıb

Frank Şvabe AŞPA-nın yox, hansısa lobbi qrupunun üzvü kimi davranır ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb 

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Azərbaycan Qran-Prisi: "Mercedes"in pilotu 3-cü sərbəst yürüşdə birinci olub

Şəkidə “Yaşıl dünya üçün hüquqi yeniliklər” mövzusunda seminar keçirilib

Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib

COP29-un kiçik ada dövlətlərinə dəstəyi hədəfləməsi təqdirəlayiqdir

Formula 1: Bakı trekində növbəti qəza baş verib

Hacıqabul Sənaye Məhəlləsində istehsal olunan avtobuslar Bakı-Sumqayıt marşrut xəttinə buraxılıb

Fatma Səttarovanın ailəsinə və yaxınlarına

Baş nazirin müavini Şahin Mustafayev Beynəlxalq Olimpiya Komitəsinin üzvü ilə görüşüb

Azərbaycanın yaşıl enerji siyasətinin “günəbaxanı” Qaradağ GES-dən – REPORTAJ

Formula 1 Azərbaycan Qran-Prisi: Fransalı pilotun bolidində nasazlıq aşkarlanıb

Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib

Çexiya böyük daşqınlara hazırlaşır

Göygöldə Moruq festivalı keçirilir

Frank Şvabe kimi parlamentarilərin çıxışları ölkələrarası münasibətlərə mənfi təsir edir - ŞƏRH

Formula 1 pilotu: Bakı treki heyrətamizdir

Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş başlayıb

Rövşən Abdullaoğlu: Romanımın ikinci hissəsini yazmaq və qalan suallara cavab vermək ideyası yaranıb

Faktiki hava: Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb

Gənclər Kitabxanasında Bilik Günü münasibətilə sərgi hazırlanıb

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

Qəbələyə gələn xarici turistlərin sayı artıb

Hərbi ekspert: Azərbaycan ordusunun antiterror əməliyyatları dünya hərb tarixində bir ilk oldu – AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi BP şirkəti üçün nüvə və radiasiya təhlükəsizliyi mövzusunda növbəti təlim keçirib

Çin yeni nəsil aviasiya qırıcının sınaqlarına başlayıb

Uill Smit Bakıda möhtəşəm səhnə performansı ilə Formula 1 fanatlarına unudulmaz gecə yaşadıb

Elnur Məmmədli Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya sədr seçilib

Azərbaycan nümayəndə heyəti ŞKTC-nin aparıcı partiyasının qurultayında iştirak edəcək

Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi

Türkiyə Prezidenti Nyu-Yorkda qlobal şirkətlərin rəhbərləri ilə görüşəcək

Sənətşünas-alim: Dahi Üzeyir bəyin ruhu qarşısında hər bir musiqiçi öz mənəvi borcunu yerinə yetirməyə çalışır

Serik Maleyev: Vaşinqtonun İrəvanla müttəfiqlik münasibətləri imitasiyadır - ŞƏRH

Sankt-Peterburqda Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu başa çatıb

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları Monteneqro və Sloveniyaya qarşı

İşğaldan azad edilən ərazilərdə çox sayda silah-sursat tapılıb

Azərbaycan nefti cüzi ucuzlaşıb