Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib VİDEO

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakubus” MMC-nin birinci Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı deponun və təlim mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Qeyd edildi ki, bu ərazidən əvvəllər neftlə çirklənmiş torpaqların və məişət tullantılarının atılma məntəqəsi kimi istifadə olunub. Sahəsi 16 hektar olan bu ərazidə 2014-cü ilin sentyabrından abadlıq və yenidənqurma işləri aparılıb, torpaq qatı təmizlənib, yaşıllıq zolaqları salınıb. Ərazidə yağış sularından təkrar istifadə üçün kiçik kanallar çəkilib, yeraltı çənlər hazırlanıb. Burada 9 hektarlıq ərazidə bir inzibati və dörd xidməti bina inşa edilib. İnzibati binada ulu öndər Heydər Əliyevin büstü qoyulub. İşçilər üçün hərtərəfli şəraitin yaradıldığı binada mühasibatlıq, marşrut xətlərini idarəetmə, İKT, beynəlxalq əlaqələr, kadrlar və təhlükəsizlik şöbələri fəaliyyət göstərir. Bundan başqa, binada server otağı və iclas zalları da yaradılıb. Ümumilikdə, “Bakubus” MMC-də 1000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur ki, bunlardan təqribən 750-sini sürücülər təşkil edir. Orta aylıq əmək haqqının 700 manat olması nəzərdə tutulur. İlkin yoxlama və qarajın idarəetmə binasında sürücülərin həkim yoxlama otağı, daxili dispetçer xidməti, iş rejimindən sonra avtobusları qəbuletmə və yoxlama məntəqəsi yaradılıb.

Prezident İlham Əliyevə məlumat verildi ki, “Bakubus” MMC-nin avtoparkı Fransa istehsalı olan 151 “İveco Crealis” və 151 “İveco Urbanway” markalı avtobuslarla təchiz olunub.

Dövlətimizin başçısına avtobusların texniki göstəriciləri barədə məlumat verildi. Onların uzunluğu 12,3 metrdir. Avtobusların üstün cəhətlərindən biri də odur ki, onların pilləkənləri yoxdur. Bu da sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Avtobusların hər birində 26 oturacaq var. Bundan əlavə, bu nəqliyyat vasitələri daha 74 sərnişini ayaqüstə daşıya bilər. Avtobuslar yaşlılar və əlillər üçün yerlə də təchiz edilib. Sərnişinlərin ön qapıdan minib arxa qapıdan düşmələrini nəzərə alaraq avtobusun daxilində 7 dayan-tələb düyməsi qoyulub. Dayanacaqlar səsli anonslarla elan ediləcək. Avtomatik transmissiya ilə birgə avtobusda ABS, ASR və sürəti tənzimləmə sistemi quraşdırılıb. Avtobuslarda hərəkət sürətini saatda 50 kilometrədək məhdudlaşdırma sistemi tətbiq edilib, nəqliyyat vasitələrinin salonunda 5, xaricində isə 3 təhlükəsizlik kamerası quraşdırılıb. Bundan əlavə, avtobusun qapıları xüsusi avadanlıqla təmin olunub ki, maneə yarandıqda onlar təkrar açılsın. Qapılar tam bağlanmadıqda isə avtobusların hərəkəti mümkün deyil. Bu nəqliyyat vasitələrinin ön, yan və arxa şüşələri buzlanma və buxarlanma əleyhinə sistemlə təmin edilib. Avtobusun ümumi konstruksiyasında soyuğu və istini izolə edən materiallardan istifadə olunub. Eyni zamanda, avtobusda iqlim-nəzarət və havalandırma sistemi də mövcuddur. Bu nəqliyyat vasitələrində gediş haqqı vahid ödəmə kartları ilə aparılacaq. Bu kartlardan “Bakubus” MMC-yə aid olan bütün avtobuslarla yanaşı, həm də metroda istifadə etmək mümkün olacaq. Avtobusların daha bir üstünlüyü isə onların sıxılmış təbii qazla işləməsidir. Bu da ekoloji baxımdan əhəmiyyətlidir.

Təmir və texniki baxış binasında avtobuslara bütün növ xidmət nəzərdə tutulur. Burada eyni vaxtda 12 avtobusa təmir və xidmət göstərmək mümkündür. Binada rəngləmə, yağdəyişmə, mühərriklərin, şassilərin dəyişdirilməsi və təmiri ilə bağlı ən ağır və mürəkkəb əməliyyatlarda beynəlxalq təcrübədən geniş istifadə olunur. Bunun üçün binada dünyanın məşhur şirkətlərinin avadanlıqları quraşdırılıb.

Ərazidə avtoyuma məntəqəsi də yaradılıb. Məntəqənin ümumi sahəsi 651 kvadratmetrdir. Məntəqədə eyni anda 3 avtobusun yuyulması mümkündür. Buradakı yüksək şərait avtobusların yuyulma müddətinin cəmi 7 dəqiqə olmasına imkan yaradır. Məntəqənin üstün cəhətlərindən biri də istifadə olunmuş suyun və ümumilikdə, ərazidə yağış sularının 85 faizinin separatorlarla ayrılaraq təkrar istifadə edilməsidir.

Deponun ərazisində sahəsi 6 hektar olan və müasir avadanlıqla təchiz edilmiş Sürücü Təlim Mərkəzi yaradılıb, praktiki təlimlər üçün beynəlxalq standartlara cavab verən xüsusi yollar salınıb. Bu yollarda döngələr və maneələr yaradılıb, müxtəlif yol şəraitini imitasiya edən avadanlıq quraşdırılıb. Layihənin yüksək səviyyədə reallaşması məqsədilə bu sahədə Avstriyanın Avropada və dünyada böyük təcrübəsi olan “Test Training International” şirkəti ilə müqavilə imzalanıb. İki menecer və səkkiz təlimçi-təlimatçı Avstriyada müvafiq treninqlərdə iştirak edib. Mərkəzdə minik və yük maşınları, avtobus və motosiklet sürücüləri üçün müvafiq peşəkar təlimlər nəzərdə tutulub. Yol hərəkəti təhlükəsizliyi üzrə təlim mərkəzi sürücülərin tədrisi üçün fərdi uyğunlaşdırılmış təlim proqramı təklif edir ki, burada iştirakçıların yolda hərəkət zamanı məsuliyyəti, diqqəti və bilikləri artırılır. Bu məqsədlərə çatmaq üçün tədris zamanı 5 təlim modulundan istifadə olunur.

Dövlətimizin başçısına buradakı yanacaqdoldurma stansiyası barədə də məlumat verildi. Bu, Azərbaycanda ilk sıxılmış təbii qaz stansiyasıdır. Burada qısamüddətli xüsusi rejimlə cəmi 4 saat ərzində 300 avtobus təqribən 50 min kubmetr yanacaqla təmin edilir. Stansiyada eyni vaxtda 15 avtobusa xidmət göstəriləcək. Burada bir avtobusun yanacaqla tam təmin edilməsinə cəmi 7 dəqiqə vaxt sərf olunur. Stansiyada dünyada mövcud olan ən müasir və təhlükəsiz iş rejiminə malik texnologiyalardan və avadanlıqlardan istifadə edilib. Ölkəmizdə yeni yanacaq növü olan sıxılmış təbii qazın istehsalını və satışını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “SOCAR-CNG” MMC törəmə müəssisəsi yaradılıb. Stansiya kompressor hissəsindən, yanacaqdoldurma məntəqəsindən, elektrik yarımstansiyasından, yeraltı su çənindən, qaz boru kəmərindən, qaztənzimləyici məntəqədən və inzibati binadan ibarətdir. İnzibati binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin neft strategiyasının həyata keçirilməsi ilə bağlı müxtəlif tədbirlərdə iştiraklarını əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb. Binada inzibati otaqlar, yeməkxana yaradılıb. Yaxın zamanlarda daha 6 stansiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Gələcəkdə bu stansiyaların sayının artırılaraq ölkə üzrə hər 120 kilometrdən bir quraşdırılacağı planlaşdırılır.

Prezident İlham Əliyev Təlim Mərkəzinin inzibati binasında yaradılan şəraitə də baxdı. Binada treninq mərkəzinin sinifləri, yeməkxana və digər inzibati otaqlar var. Burada çalışacaq işçilər üçün avtobus istehsalçıları tərəfindən xüsusi treninqlər və peşəartırma kursları təşkil edilib. Ərazidə ehtiyat hissələri və yay-qış təkərlərinin saxlanılması üçün yerlər, eyni zamanda, növbəli iş rejimində işləyən usta və əməkdaşlar üçün istirahət və qalma yerləri var. Bundan əlavə, ətraf mühitin və işçi heyətin sağlamlığının qorunması üçün yağdəyişmə, digər atqı və sürtkü materialları birbaşa təmas olmadan separatorlarda ayrılaraq xüsusi çənlərdə toplanır. Burada yaradılan şərait avtobus parkının fəaliyyətini beynəlxalq təcrübəyə əsaslanaraq qurmağa geniş imkanlar açır. Sürücülərə xüsusi geyim formaları veriləcək, onların səhər işə çıxmazdan əvvəl “Bakubus” MMC-nin həkimləri tərəfindən yoxlanılması, avtobuslara gecə növbəsində həm texniki baxışın keçirilməsi, həm də nasazlığın aradan qaldırılması təmin olunacaq. Avtobuslar hər gün avtomatik yuyulacaq və mexaniki təmizlənib dezinfeksiya ediləcək. Avtobus sürücüləri ikinövbəli sistemdə işləyərək davamlı attestasiya və təlimlərdə olacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib VİDEO

Prezident İlham Əliyev: Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək

A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

Prezident İlham Əliyev: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

Azərbaycan Prezidenti: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur

Prezident: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

“Lufthansa” bu gündən Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb

Prezident: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir

Taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlərə start verilir

İsrail XİN 32 ölkəni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Azərbaycan Prezidenti: Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq

Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar

Yığmanın basketbolçusu: Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq

Prezident İlham Əliyev: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq

Prezident: Son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
Dövlətimizin başçısı tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: 39 nəfər 300 bal toplayıb

Monqolustanda meşə yanğınları 70 min hektar əraziyə ziyan vurub

Federasiya prezidenti: Belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin artacaq - MÜSAHİBƏ

BDU-nun “SABAH” qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada

Ölkə ərazisində əsl yaz havası olacaq...

Cəlilabadda kartof istehsalçıları və ixracatçıları ilə görüş olub

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan ölkəmizə ekstradisiya edilib

Bu il pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib

Yapon atlet turnikdə 24 saat ərzində 8940 dəfə dartınıb

“Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihənin icrasına başlanılıb

Nazir: Bu ilin sonunadək tranzaksiyaların əksəriyyəti elektron formata keçəcək

Azərbaycan Texniki Universitetində “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində görüş olub

“Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qarabağ Universitetində doktorantura səviyyəsi üzrə tədris aparılacaq

Saniyədə 156 trilyon kadr sürəti ilə çəkən kamera yaradılıb

Mütəxəssis: 45 yaşdan sonra kişilər ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməlidir

“Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşları üçün üç yer ayrılıb

AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

BMU 10 istiqamət üzrə doktoranturaya qəbul elan edir

Dövlət orqanlarının təsnifatı genişləndirilir

Botanika İnstitutunun alimləri İran ilankölgəsi bitkisinin köklərini fitokimyəvi tədqiq ediblər

“Şükriyyə” tamaşası yenidən Milli Dram Teatrının səhnəsində

Yeni tədqiqat: Qarşıdakı 20 ildə prostat xərçəngi xəstələrinin sayı iki dəfə artacaq

ABŞ prezidentinin köməkçisi Hindistana səfərini təxirə salıb

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd açıqlanıb

Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

Azərbaycan minifutbol yığmasının Monteneqro toplanışı üçün heyəti açıqlanıb

Fəqan Şahverdiyev: Müsadirə olunan narkotik vasitələrin “qara bazar” qiyməti 116 milyon 815 min AZN təşkil edir

Banqladeşdə yol-nəqliyyat hadisəsində 13 nəfər ölüb

Bahar Muradova: Ailə dəyərlərimizi müxtəlif təhdidlərdən qorumalıyıq

“Sabahın alimləri” XIII respublika müsabiqəsi başlanır

Deputat: Süni adaların yaradılması beynəlxalq konvensiya əsasında yaradılır

Sidney kilsəsində insanlara bıçaqla hücum terror aktı elan edilib

ABŞ-da Donald Trampa qarşı məhkəmə prosesi başlayıb

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb

“Xəzər Hövzəsi Araşdırmaları” proqramı 18 ölkənin nümayəndələrini bir araya gətirib

İri və xırdabuynuzlu heyvanlar dabaq və qarayara xəstəliyinə qarşı peyvəndlənir

İKTA: Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Türkiyə Qəzzaya daha bir humanitar yardım gəmisi göndərəcək

Basketbol Federasiyasının baş katibi: Qarşımıza qoyulan maksimum hədəfə çatdıq

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

NASA-nın Mars missiyası maliyyə çətinliyi ilə üzləşib

Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 24 komanda mübarizə aparır

Xəzər dənizində yaradılacaq süni torpaqlarda tikinti fəaliyyəti məcəllənin tələblərinə uyğun həyata keçiriləcək

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək

Könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsinə start verilir

"Xalqın mədəni sərvəti" layihəsi Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub

Dövlət Komitəsi rəsmisi: Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir

Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb

İrpen şəhərinin küçə və prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib

“Zirə” klubunun sabiq futbolçusu vəfat edib

Mərkəzi Bankın sədri: Türkiyə digər sahələrdə olduğu kimi, sığorta sahəsində də əsas tərəfdaşımızdır

Əli Hüseynli: Xəzərdə süni torpaq sahələrinin yaradılması yeni imkanlar açacaq

Taleh Kazımov: Sığorta ödənişləri son üç ildə 26,3 faiz artaraq 587 milyon manata çatıb

Nazir: Azərbaycanda rəqəmsal siyasətə dair dövlət strategiyası 3 əsas istiqamət üzərində qurulub

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib

Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı günü”

Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

"Paris-2024"ə lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Azərbaycanda narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Qərbi Azərbaycan İcması professor Lemkinin adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb