Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyev mətbuat konfransında Ermənistana və onun himayədarlarına aydın mesajlar verdi

Prezident İlham Əliyev mətbuat konfransında Ermənistana və onun himayədarlarına aydın mesajlar verdi

Bakı, 2 mart, AZƏRTAC

Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Vətən müharibəsindən zəfərlə çıxan Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqeyini əks etdirməklə yanaşı, sualların dəqiq, səmimi, məntiqi cavablandırılması, eləcə də geniş auditoriyası baxımından yaddaqalan oldu. Mətbuat sahəsində 25 illik təcrübəsi olan britaniyalı müstəqil jurnalist etiraf etdi ki, indiyədək heç bir Prezidentin dörd dildə dörd saatdan çox mətbuat konfransı apardığını görməyib.

Xatırladaq ki, mətbuat konfransında Azərbaycan Prezidenti dünyanın 35 media qurumunun nümayəndələrinin 50-dək sualını cavablandırdı, ikinci Qarabağ müharibəsinin başlanma səbəblərini, Rusiya sülhməramlılarının, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini, azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini, Azərbaycanın qonşu dövlətlərlə münasibətini və digər məsələləri geniş şərh etdi.

Mətbuat konfransı üçün vaxt məqsədyönlü şəkildə seçilmişdi və onun Xocalı soyqırımının ildönümü günündə keçirilməsi təsadüfi deyildi. Digər tərəfdən 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar dünyada maraq doğururdu. Dövlətimizin başçısı müxtəlif ölkələrdən olan jurnalistlərin suallarına cavablarında regionun gələcəyi barədə də fikirlərini açıqladı, bir çox önəmli mesajlar verdi.

Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq

Prezident İlham Əliyev media nümayəndələrinin diqqətini ilk olaraq XX əsrin sonlarında dünyanın gözü qarşısında törədilmiş Xocalı soyqırımına yönəltdi. “Mən tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında həqiqətləri bütün dünya biləcək və bizim vəzifəmiz bundan ibarətdir. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımını rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaqdır”. Digər tərəfdən, xarici jurnalistlərin öz suallarında Xocalı qətliamına toxunmaları 2008-ci ildən bəri həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının səmərə verdiyini bir daha göstərir. Çünki 1990-cı illərdə Azərbaycanın informasiya blokadasında olması Xocalı həqiqətlərini dünyaya tam miqyasda çatdırmağa imkan verməmiş, digər tərəfdən ermənilər beynəlxalq ictimaiyyəti öz yalanlarına inandıra bilmişdi.

Xocalı qurbanlarının intiqamının döyüş meydanında alındığını bildirən Prezident İlham Əliyev bu mesajı verdi: “Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır”. Bu, qalib ölkənin liderinin, qalib ordunun Müzəffər Ali Baş Komandanının Ermənistana və onun himayədarlarına ciddi xəbərdarlığı idi.

Regionda yeni reallıq yaranıb və Ermənistan bu reallıqla hesablaşmalıdır

Azərbaycan Prezidenti mətbuat konfransında bəyan etdi ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat icra edilir və edilməlidir: “Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar”.

Bəs ikinci Qarabağ müharibəsindən öncəki reallıqlar nədən ibarət idi? Dövlətimizin başçısının mətbuat konfransında bununla bağlı səsləndirdiyi fikirlərə diqqət yetirək: “Otuz il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda, ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir, siz reallıqla barışın. Çalışın ki, bu reallıqdan özünüz üçün maksimum məqbul variant seçin, yəni, pis variantla daha pis variant arasında. Biz isə bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik, öz mövqeyimizdən bir addım belə geri atmırdıq və mən bunu açıq bəyan edirdim. İndi isə, mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq”.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına əks-hücumla cavab verən Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının 28 il kağız üzərində qalmış qətnamələrinin icrasını təmin edərək işğalçı Ermənistanı torpaqlarımızdan qovub çıxardı və onu kapitulyasiya aktı imzalamağa məcbur etdi. Bununla da regionda yeni reallıqlar yarandı. Azərbaycan Prezidenti bu barədə danışarkən Rusiya Prezidentinin mövqeyini bir daha auditoriyaya çatdırdı: “Atəşkəs və üçtərəfli bəyanatın icrası ilə bağlı diqqətinizi Prezident Putinin cavabına yönəltmək istərdim. Ona sual verildi ki, Ermənistan bu bəyanatın icrasından boyun qaçırmaq istəsə nə olacaq? O da dedi ki, bu, Ermənistan üçün sui-qəsd olacaqdır. Mən də bu məsələdə Prezident Putinlə tamamilə razıyam”.

Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsə, Ermənistan daha da zəifləyəcək

Dövlətimizin başçısı sualları cavablandırarkən yeri gəldikcə regionun gələcəyi ilə bağlı baxışlarını da açıqlayırdı. “Tarixi perspektivi də başa düşmək və qəbul etmək lazımdır” deyən Azərbaycan Prezidenti vurğuladı: “Yəni, əgər Ermənistan rəhbərliyi qüvvələrin – həm hərbi, həm siyasi, həm iqtisadi, həm demoqrafik qüvvələrin nisbətini ayıq başla qiymətləndirsəydi, düzgün qərar qəbul edərdi. Bizim qüvvəmiz isə yalnız artacaq. O cümlədən, əhalimiz də. Ermənistan isə əməkdaşlıq etməsə yalnız zəifləyəcək. Burada obyektiv olaraq başqa hal, sadəcə, mümkün deyil. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmasa, Ermənistanın bərpa üçün sadəcə, resursu yoxdur. Onlar hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaqlar. Lakin indi həmin kisə, deyərdim ki, balaca bir torbaya çevrilib”.

Prezident İlham Əliyev, həmçinin xəbərdarlıq etdi ki, Ermənistan hər hansı mənfi addım atmağa cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyası asılı vəziyyətdədir. Regionda Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları, eləcə də Türkiyə-İran-Rusiya əməkdaşlıq formatı var. Ermənistan regionda yeganə ölkədir ki, onun belə bir əməkdaşlıq formatı yoxdur.

Azad olunmuş əraziləri maksimum qısa müddətdə bərpa etmək Azərbaycanın əsas hədəfidir

Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa işlərinə dair sualları cavablandırarkən geniş xüsusi investisiya proqramına diqqət çəkdi. Bildirdi ki, azad olunmuş əraziləri maksimum qısa müddətdə bərpa etmək Azərbaycanın əsas hədəfidir. Keçmiş köçkünlərin qaytarılması və normal həyatın təmin edilməsi şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə aparılacaq.

Eyni zamanda, ərazilərin minalardan təmizlənməsinin çətinliyindən, vurulmuş ziyanın qiymətləndirilməsi ilə bağlı görülən işlərdən danışan dövlətimizin başçısı dedi: “İndi biz ərazilərin minalardan təmizlənməsi və bununla paralel olaraq bütün imkanlardan istifadə etməklə ziyanın qiymətləndirilməsi ilə məşğuluq. O cümlədən beynəlxalq qurumlar vasitəsilə işğalçılara əsaslandırılmış iddialar təqdim etmək üçün dronlarla çəkilişlər aparırıq. Bununla paralel olaraq şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsinə dair tapşırıqlar verilib. Bizim vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Biz həm də pilot layihələrə başlamışıq. Bir layihə - “ağıllı kənd” layihəsi artıq başlanıb. Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirlər. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik”.

Xatırladaq ki, artıq Füzuli-Şuşa yolunun, Füzuli hava limanının tikintisinə başlanılıb, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməli qoyulub. Həmçinin Laçın rayonunda Güləbird Su Elektrik Stansiyası işə salınıb, Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatının birinci mərhələsi başa çatıb. Azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması prioritet hədəflər sırasındadır.

Ermənistan süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar

Azərbaycan Prezidenti Rusiya sülhməramlıların fəaliyyəti ilə bağlı sualı cavablandırarkən bildirdi ki, missiyanın işini ümumilikdə müsbət qiymətləndirmək olar. Eyni zamanda, Azərbaycanı narahat edən məsələlər var. Sülhməramlı qüvvələr bizim ərazimizə xarici vətəndaşların buraxılmasında o qədər də ciddi addımlar atmırlar. Bu narahatlıq Rusiya tərəfinə çatdırılır.

Prezident İlham Əliyev, həmçinin əminliklə bəyan etdi: “Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar”.

Bu, Prezidentimizin Ermənistandakı revanşist qüvvələrə, eyni zamanda, reallıqları məqsədyönlü şəkildə təhrif edənlərə, insanlarda çaşqınlıq yaratmağa cəhd göstərənlərə ünvanlandığı daha bir ciddi mesajı kimi qəbul oluna bilər.

Prezident İlham Əliyev erməni rəhbərliyinə hiyləgərlik etməməyi, Azərbaycanı aldatmamağı məsləhət görür

“Bolşaya Aziya” mediaholdinqinin təmsilçisi sual əsnasında qeyd etdi ki, ikinci Qarabağ müharibəsi dövründə Azərbaycan Prezidenti dəfələrlə sülh haqqında danışsa da, digər tərəf bir dəfə də olsun sülh sözü işlətməyib.

Doğrudan da, Prezident İlham Əliyev Vətən müharibəsi günlərində həm xalqa müraciətlərində, həm də xarici KİV-lərə müsahibələrində Azərbaycanın müharibə istəmədiyini, lakin başqa yol qalmadığını dönə-dönə vurğulayırdı. Bu fikir mətbuat konfransında bir daha səsləndirildi. “Bizim hədəfimiz sülhdür”, - deyən Azərbaycan Prezidenti bəyan etdi ki, hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq: “Biz bütün olanları izləyirik, daha da diqqətlə izləyəcəyik. Biz təkcə işğal edilmiş ərazilərdə deyil, həm də Ermənistan ərazilərində vəziyyəti izləyirdik. Biz bütün yerdəyişdirmələri, o cümlədən uzaqmənzilli raketlərin də irəli çıxarılmasını görürdük, bu gün isə daha artıq dərəcədə görürük. Buna görə də mən erməni rəhbərliyinin hiyləgərlik etməsini, bizi aldatmağa çalışmasını məsləhət görmürəm. Bu, sadəcə, artıq mümkün deyil”.

Prezident regionda sülhün bərqərar olunmasının şərtlərindən danışarkən deyib ki, Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu, baş tutsa, Ermənistan da sülhün xeyrini görəcək. “Daha bir şərtimiz, sülh üçün şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək”, - deyə Prezident İlham Əliyev məsələyə öz baxışını ifadə etdi.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti müharibə dövründə diplomatiya və informasiya savaşında da böyük uğurlara imza atmışdı. Dünyanın 30-dan çox aparıcı KİV-lərinə müsahibələrində Qarabağ məsələsi ilə bağlı prinsipial və birmənalı mövqe ortaya qoymuş, münaqişə barədə həqiqətləri geniş auditoriyası olan xarici media və telekanallar vasitəsilə dünyaya bir daha çatdırmışdı. Fevralın 26-da keçirilən mətbuat konfransını bu uğur silsiləsinin davamı, diplomatiya və informasiya müstəvisində növbəti parlaq qələbə kimi qiymətləndirmək olar. Bu konfransın ən mühüm özəlliklərindən biri Azərbaycanın xarici siyasət strategiyasına, qonşuları ilə münasibətlərdə tutduğu mövqeyə tam aydınlıq gətirilməsi oldu. Eyni zamanda, Prezident İlham Əliyev öz liderlik keyfiyyətlərini, milli maraqları və dövlətçilik mənafelərini hər zaman qorumağa hazır olduğunu nümayiş etdirməklə yanaşı, Ermənistana və onun himayədarlarına da aydın mesajlar verdi.

Gözəl Ağayeva

AZƏRTAC-ın müxbiri, filologiya üzrə

fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Bakıdakı Rus evində “Çox sağ olun, müəllimlər!” adlı bayram konserti keçirilib

“Xəzri-2023” birgə taktiki təlimində Azərbaycan və Qazaxıstanın hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər

Cəlilabad sakininin intihar faktı üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb

İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların qayıdışından danışmaması qəbuledilməzdir

“Hekken”in baş məşqçisi: “Qarabağ” avrokuboklarda böyük təcrübəyə malikdir

İndoneziya mətbuatında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub

Türkiyəli professor AzMİU-nun müəllim və tələbələri ilə fikir mübadiləsi aparıb

Daha bir qrup Vətən müharibəsi veteranı üçün kiçik bizneslər yaradılıb

Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakıda kosmos proqramlarının planetin gələcəyindəki rolu müzakirə olunub

Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imzalamağa inandırmaqdır

Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir

Təhsil işçiləri üçün vətəndaş məmnunluğunun artırılması mövzusunda təlimlər keçirilir

Avropa Komissiyası Çin elektromobillərinə qarşı təhqiqata başlayıb

Azərbaycanın U-21 yığması oyunlarını “Azersun Arena”da keçirəcək

AZSTAND növbəti dəfə TürkAK tərəfindən akkreditasiya olunub

AVRO-2032 Türkiyə və İtaliyada keçirilə bilər

DYP mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Xoşbəxt Bağı oğlu Yusifzadə

® “Unibank” müəllimlər üçün kredit kampaniyası keçirir

ŞƏT-ə üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub

Dövlət Kukla Teatrının direktoru: Heç zaman məcburən bilet satdırmamışıq - MÜSAHİBƏ

Bolqarıstanın Baş naziri: Şengen zonasına qəbul edilməməyimiz müxalifəti gücləndirəcək

Beynəlxalq Muğam Mərkəzində Aşıq Veysəlin xatirəsi yad olunub

RF XİN İstanbulda ABŞ, Aİ və Rusiya nümayəndələrinin Qarabağla bağlı görüşü haqqında informasiyanı təsdiq edib

“A-hub Akselerasiya Proqramı”nın açılış mərasimi keçirilib

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş sərgi açılacaq

XİN: Ermənistan XİN-in Azərbaycan tərəfindən erməni separatçıların həbsinə dair etiraz bəyanatını qətiyyətlə pisləyirik

Milli Kitabxanada Cəbrayıl Şəhəri Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb

Cəbrayılın azad olunması Ordumuzun zabit və əsgərlərinin şücaətinin nəticəsidir – AÇIQLAMA

Eldar Əzizov: Memarların intellektual əməyinə böyük tələbat var

“Qərbi Azərbaycan aşıqları” adlı şeir antologiyası hazırlanır

Otuz il əvvəl itkin düşən Seyfulla Tairovun Edillidə aşkarlanan nəşinin qalıqları Saatlıda torpağa tapşırılıb

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunub VİDEO

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb

Bakıda dünya çempionu olan koreyalı taekvondoçu Azərbaycan millisinin məşqinə qatılıb

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

® “Birbank Biznes”də yeni “Sürətli kredit” məhsulu istifadəyə verildi

Abşeron yarımadasının bəzi yerlərində leysan yağacağı gözlənilir

Kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Vəli Qasımov: Yaşım artdıqca, daha da cavanlaşdığımı hiss edirəm - MÜSAHİBƏ

Yaşıl mələk kimi

NASA Ayda binalar tikməyi planlaşdırır

Yaponiyada Qara Qarayevin iki əsərindən ibarət kitab çap olunub

Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb

Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb

Güclü təsir edən maddələri satış məqsədilə qanunsuz hazırlayanlar məsuliyyətə cəlb olunacaqlar

Bilgəh qəsəbəsində Beynəlxalq Ahıllar Günü qeyd edilib

Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb VİDEO

İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib

Bu il 100 uşaq övladlığa verilib

İndiyədək “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir VİDEO

Azərbaycanda ilk dəfə Musiqi forumu keçiriləcək

ADA Universitetinin tələbələri kosmonavtlarla görüşüb

2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakışdan

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqat aparıb

“Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda müsabiqəyə start verilib

Birinci Kanalın sabiq redaktoru 8,5 il müddətinə azadlıqdan məhrum olunub

Qütb maye udma zolaqlarının vizuallaşdırılmasının rəqəmsal modeli – tədqiqat

Azərbaycanın qeyri-neft ixracı 10,6 faiz artıb

“Araz-Naxçıvan”ın futbolçusu: Dövrəni major notlarla yekunlaşdırmaq istəyirik

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə başlanılır

Sumqayıtda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Gənclər Kitabxanasında Cəbrayıl Şəhəri Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin açılış mərasimi olub

“Məhv olmuş ömür. Narkotikə YOX de!” - AzMİU-da film təqdimatı

XİN: Katrin Kolonnanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Ukrayna Aİ-yə üzv olacağı təqdirdə 186 milyard avro alacaq

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bakı Bələdiyyə Teatrının təqdimatında “Məhv olmuş gündəliklər” tamaşasının premyerası olub

Oktyabrın 6-da Bakı, Sumqayıt və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

OPEC: 2045-ci ilədək bütün enerji növlərinə qlobal tələbat 25 faiz artacaq

IAF-ın icraçı direktoru: Azərbaycanın gələcəkdə də kosmonavtları olacaq – MÜSAHİBƏ

Azərbaycan və Çexiyanın tədqiqat institutları əməkdaşlıq edəcək

Azərbaycan və İran HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bu gün Ümumdünya Heyvanlar Günüdür

Elm və təhsil naziri Şirvanda vətəndaşlarla görüşəcək

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru ilk dəfə UEFA-dan təyinat alıb

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə müəssisəsi aşkarlanıb

“Səudiyyə Kosmik Agentliyi elm haqqında: eksperimentləri və təsirləri araşdırmaq” adlı plenar iclas keçirilib

“Sabah”ın basketbolçusu: Olduqca vacib qələbə qazandıq

Daxili işlər naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Gürcüstanda zəlzələ olub

“Horizon Avropa” həftəsi çərçivəsində ikigünlük düşərgə təşkil edilib

“Əl-Cəzirə”: Ermənilər Qarabağın şəhər və kəndlərini talan edib

FHN: Ötən sutka 8 nəfər xilas edilib, bir nəfərin meyiti aşkarlanıb

Nəsimi rayonunda məktəbin yaxınlığında narkotik vasitə satan şəxs saxlanılıb

İcma: Fransanın XİN başçısının son açıqlamaları rəsmi Parisin Ermənistanı revanşizmə sövq etdiyini göstərir

Dünya çempionatı: İlk gündə Azərbaycanın beş cüdoçusu mübarizə aparacaq

® “ADORE” şirkəti beynəlxalq TFWA parfümeriya sərgisində

Macarıstanda təhsil üçün “Stipendim Hungaricum in Azerbaijan” layihəsinə start verilib

Şabranda 100 kilometrdən artıq torpaq kanal betonla əvəzlənib

“İraq-Türkman folklor mühitinin çağdaş durumu” - Folklor İnstitutunda elmi seminar

AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

Müəllim ömrü - ADPU-da tədbir

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayır

Sumqayıtda mübahisə bıçaqlanma ilə nəticələnib