SİYASƏT


Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inamını ifadə edib.

Prezident İlham Əliyev bu əlamətdar gündə İndoneziya Prezidentinə ən xoş arzularını yetirib, dost İndoneziya xalqına əmin-amanlıq və rifah diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.