SİYASƏT


Prezident İlham Əliyev milli bayram münasibətilə İsveçrənin Prezidentini təbrik edib

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Ueli Maurerə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan-İsveçrə əlaqələrinin, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev bu əlamətdar gündə İsveçrə Prezidentinə möhkəm cansağlığı, işlərində uğurlar, dost İsveçrə xalqına daim sülh və firavanlıq arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.