Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir VİDEO

Bakı, 9 iyul (AZƏRTAC). İyulun 9-da Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

Görüş iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli səfirlər, mən sizi ürəkdən salamlayıram. Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Bizim ölkələrdə ənənələrə böyük hörmət vardır. Bir çox məsələlər, ənənələr bizim xalqlarımızı birləşdirir. Fürsətdən istifadə edərək xahiş edirəm ki, mənim səmimi salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

Biz sizinlə il ərzində müxtəlif tədbirlərdə dəfələrlə görüşürük, təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarının, digər yüksək vəzifəli şəxslərin Azərbaycana səfərləri zamanı. Bir sözlə, il ərzində biz tez-tez təmasda oluruq. Amma müqəddəs Ramazan ayında bizim görüşümüzün əlbəttə ki, xüsusi əhəmiyyəti vardır.

Mən çox şadam ki, təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx əlaqələri vardır. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, humanitar sahədə, mədəniyyətlə bağlı məsələlərin həllində biz çox fəal əməkdaşlıq edirik.

Əlbəttə, biz hamımız istərdik ki, iqtisadi sahədə də əlaqələr yüksək səviyyədə olsun və buna çalışırıq. Hesab edirəm ki, indiki şəraitdə birgə iqtisadi təşəbbüslər, investisiya layihələri, biznes qurumlarının birgə fəaliyyəti əlaqələrimizi möhkəmləndirə bilər.

Bu yaxınlarda Azərbaycan səfirləri ilə keçirdiyim görüşdə qeyd etdim ki, müsəlman ölkələri ilə bizim əlaqələrimiz xarici siyasətimizin prioritetlərindən biridir. Biz hamımız çalışmalıyıq ki, İslam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı birliyi daha da möhkəmləndirək.

Mən şadam ki, beynəlxalq arenada biz daim bir-birimizi dəstəkləyirik, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik, xüsusilə BMT-də. BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim mövqelərimizi gücləndirir və haqq-ədalət də bunu tələb edir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi xüsusilə sevindirir. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır. Beynəlxalq hüquq normaları Ermənistan tərəfindən kobudcasına pozulub. Ermənilər bizə qarşı etnik təmizləmə siyasəti aparmışlar, Xocalı soyqırımını törətmişlər. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır.

Bu münaqişə dünyada nadir münaqişələrdəndir ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdir. Ona görə əlbəttə ki, Azərbaycanın mövqeyinin dəstəklənməsi həm beynəlxalq hüquqa göstərilən hörmətdir, eyni zamanda, qardaşlıq, dostluq nümunəsidir.

Biz də öz tərəfimizdən üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını müdafiə edirik, bundan sonra da müdafiə edəcəyik. Bilirsiniz ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çox fəal iştirak edir, öz rolunu artırır. İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun qaldırılması işinə biz praktiki töhfəmizi veririk. İki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Bu iki il ərzində iki dəfə bu mötəbər quruma sədrlik etmişdir. İki dəfə bizim tərəfimizdən irəli sürülmüş təşəbbüs nəticəsində məsələlər müzakirəyə çıxarılmışdır. Onlardan biri beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərinə aid idi. Beynəlxalq terrorizmə qarşı mübarizə bizim ümumi işimizdir. İkinci mövzu isə İslam Əməkdaşlıq Təşkilatı ilə BMT arasındakı əməkdaşlıq məsələləri idi. Bu, əslində bizim prioritetlərimizi əyani şəkildə göstərir. Əminəm ki, gələcəkdə də bizim ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edəcək və biz bir-birimizi daim dəstəkləyəcəyik.

Eyni zamanda, mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün Azərbaycan praktiki addımlar atır. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasındakı əlaqələrin inkişafında bizim xüsusi rolumuz vardır. 2008-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası ölkələrinin nazirlərinin birinci birgə tədbiri keçirilmişdir. Bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. Artıq “Bakı prosesi” beynəlxalq aləmdə tanınan və hörmətlə qəbul edilən bir prosesdir.

Hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir, öz prioritetlərini açıq şəkildə bəyan etmişdir. Çalışacağıq ki, mədəniyyətlərarası, dinlərarası dialoqun gücləndirilməsi üçün əlavə töhfəmizi verək. Buna çox böyük ehtiyac vardır. Əfsuslar olsun ki, Avropanın bəzi ölkələrində İslamafobiyaya qarşı adekvat münasibət göstərilmir. Bəzi ölkələrdə antimüsəlman meyilləri güclənir və aidiyyəti dövlət qurumları adekvat tədbirləri görmürlər. Biz öz tərəfimizdən çalışırıq ki, İslam mədəniyyəti, dini, tarixi haqqında Avropa ictimaiyyətini geniş şəkildə məlumatlandıraq, göstərək ki, İslam sülh, mərhəmət dinidir.

Bizim ölkələrimizin çox zəngin və qədim tarixi, mədəniyyəti vardır. Bu məqsədlə müxtəlif ölkələrdə Azərbaycan günləri, Azərbaycan mədəniyyət tədbirləri mütəmadi qaydada keçirilir. Hesab edirəm ki, bəzi tədbirləri biz təmsil etdiyiniz ölkələrlə birgə keçirə bilərik.

Bildiyiniz kimi, yaxın üç il ərzində Bakıda həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Əlbəttə ki, bu oyunlar böyük idman bayramı olacaqdır. Ancaq, eyni zamanda, hesab edirəm ki, bu oyunların keçirilməsi mədəniyyətlərarası dialoqun inkişafına da öz müsbət təsirini göstərəcəkdir.

Bir sözlə, əziz dostlar, birgə səylərimiz, fəaliyyətimiz nəticəsində əminəm ki, bizim ölkələrdə, bölgədə və dünyada proseslər daha müsbət istiqamətdə gedəcəkdir.

Müsəlman ölkələrinin çox böyük potensialı, böyük əhalisi, təbii resursları, iqtisadi potensialı vardır. Çalışmalıyıq səyləri birləşdirək ki, xalqlarımız üçün daha da gözəl gələcək yaradaq. Sağ olun.

 

X X X

Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən HAMİ çıxış edərək dedi:

- Zati-aliləri cənab İlham Əliyev.

Bu gün bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirik.

Azərbaycanda təmsil olunan bütün müsəlman ölkələrinin səfirləri və müvəqqəti işlər vəkilləri adından Sizə müqəddəs Ramazan bayramı və qarşıdan gələn fitrə bayramı münasibətilə ən xoş arzularımı çatdırıram. Allah Sizi, ailənizi və qardaş Azərbaycan xalqını qorusun.

Zati-aliləri, Azərbaycan heyrətamiz şəkildə inkişaf edir və ölkənizin iqtisadiyyatı dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatları sırasındadır. Ümumi daxili məhsul 3,4 dəfə artmış, strateji valyuta ehtiyatları 50 milyard dollara çatmış, iqtisadiyyata 170 milyard dollara yaxın sərmayə yatırılmışdır. Eyni zamanda, bu siyasət siyasi, iqtisadi və sosial islahatlarla müşayiət olunur. Bu, hər mənada böyük bir nailiyyətdir.

Ötən illər ərzində Azərbaycan mədəniyyətlərarası dialoq, insan inkişafının təhlükəsizliyi, ətraf mühitin qorunması, enerji və digər mövzulara həsr olunmuş beynəlxalq konfranslara ev sahibliyi etmişdir. Bu sırada Humanitar Forumu, Davos Dünya İqtisadi Forumunu və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə dəstək üzrə beynəlxalq konfransı qeyd etmək olar. İnsanları yaxınlaşdıran bu yanaşma təqdirəlayiqdir.

Əminəm ki, Azərbaycan məhz bu ovqatla 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını təşkil edəcəkdir. Bu mötəbər tədbirlərin keçirilməsində Azərbaycana uğurlar diləyirik.

Zati-aliləri, bütün bu nailiyyətlər Azərbaycanın sabit və təhlükəsiz ölkə olduğunu təsdiq edir. Sizin müdrik və tarazlaşdırılmış siyasətiniz nəticəsində Azərbaycan regional və beynəlxalq əhəmiyyətli məsələlərin sülh yolu ilə həllinə töhfə verir.

Bu baxımdan, İslam Əməkdaşlıq Təşkilatının mövqeyini bir daha vurğulayır və ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll ediləcəkdir.

Zati-aliləri, icazə verin bir daha Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə gələcəkdə də tərəqqi və çiçəklənmə arzulayım.

Təşəkkür edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir VİDEO

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir