Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev paytaxtın Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub YENİLƏNİB VİDEO

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dedi:

-Möhtərəm cənab Prezident, xoş gəlmisiniz. Yasamal rayonundakı Şəfayət Mehdiyev küçəsi 2,4 kilometr uzunluğundadır. Bu küçənin Bəxtiyar Vahabzadə küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində 800 metr ərazi tam yaşayış və qeyri-yaşayış obyektləri ilə zəbt olunmuşdu.

Prezident İlham Əliyev: Bu hissə?

Saleh Məmmədov: Bəli, bu hissə, cənab Prezident. Bu maşınlar dayanan hissədən o yanan işığa qədər tam yaşayış evləri idi. Hamısı köçürüldü və Sizin göstərişinizlə kompensasiya ödənildi.

Prezident İlham Əliyev: Lazımi səviyyədə verildi kompensasiya?

Saleh Məmmədov: Kompensasiyaları tam ödənildi, heç bir şikayət olmadı. Küçənin 800 metrlik bu hissəsi tam yenidən quruldu. İndi 18 metr enində 4 cərgəli avtomobil yoludur. Əvvəllər Cavid prospekti ilə gələn avtomobillər Cavid parkının ətrafını dolanıb Tbilisi prospektinə gedirdilər. Bakıda nəqliyyatın hərəkətinin yaxşılaşdırılması ilə bağlı Sizin göstərişinizə əsasən görülən işlər nəticəsində indi həmin nəqliyyat vasitələri birbaşa Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinə çıxacaq.

Prezident İlham Əliyev: Əvvəllər çıxış yox idi?

Saleh Məmmədov: Xeyr, əvvəllər çıxış yox idi. Yalnız 5 metr enində məhəllədaxili yol var idi. Bunlar sökülən evlərin şəkilləridir. Sizin ayırdığınız vəsait hesabına həmin evlərin hamısı köçürüldü.

Prezident İlham Əliyev: Bu yol çox ensiz idi, burada qurtarırdı, bu tərəfə yol yox idi?

Saleh Məmmədov: Bəli, ancaq bu məhəllədəki binalara girmək üçün 5 metr enində yol var idi.

Prezident İlham Əliyev: Yaxşı layihədir.

Saleh Məmmədov: Sizin göstərişinizlə həyata keçirilib. Tıxaclar tam aradan qalxıb. Cənab Prezident, bu yol olmayanda, bütün avtomobil axını metronun Elmlər Akademiyası stansiyasının qarşısından keçirdi. Bu şəkillərdə göründüyü kimi, pik saatlarda burada tıxaclar yaranırdı. Artıq bu hissədən axın götürüləcək. İndi tam 4 cərgəli yoldur. Həm də Tbilisi prospekti ilə birbaşa əlaqələndirilir. Gözəl bir yol sistemi yarandı.

Prezident İlham Əliyev: Burada yaşayan vətəndaşlara lazımi şərait yaradıldı?

Saleh Məmmədov: Bəli, cənab Prezident, istədikləri vəsait tam ödənildi, hamısı da razı qaldı.

Prezident İlham Əliyev: Ancaq bu evlərə gedə bilərdilər də?

Saleh Məmmədov: Ancaq bu evlərə. Məhəllədaxili küçələr idi. İndi artıq 2,4 kilometr uzunluqda gözəl bir prospekt yaranıb. Bundan əlavə, cənab Prezident, 2019-cu ilin investisiya proqramlarında nəzərdə tutulan, həmçinin büdcə fondundan ayırdığınız vəsait hesabına Bakı şəhərində və qəsəbələrində bir neçə yol tam çəkilib və istismara hazırdır. Bu yollardan biri Xocasən-Lökbatan yoludur, hansı ki, başlanğıcını Sədərək ticarət mərkəzindən götürür və Bakı-Şamaxı yolunun 9,5-ci kilometrliyinədək, “Coca-Cola” deyilən dairəyədək uzanır. Bu yol da indi tam hazırdır. Əvvəllər bu şəkillərdəki vəziyyətdə olub. İndi tam 4 cərgəli yoldur. Yolun ortasında ayırıcı beton zolaqlar qoymuşuq, 11,2 kilometrlik bu hissə istifadəyə tam hazırdır. Bundan əlavə, investisiya proqramından ayrılmış vəsait hesabına Sabunçu rayonunun Bakıxanov stansiyasından Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə gedən 5,4 kilometrlik yolu bu il təmir etmişik, istismara tam hazırdır.

Prezident İlham Əliyev: Bu, əvvəlki vəziyyətidir?

Saleh Məmmədov: Bəli, əvvəlki vəziyyətidir. İndi bu yolu bu vəziyyətə gətirmişik.

Prezident İlham Əliyev: Genişləndirmə aparıldı?

Saleh Məmmədov: Bəli, genişləndirmə aparıldı və yeni səkilər, piyada keçidləri yaradıldı. Bakı şəhərinin Azadlıq prospektindən Yeni Avtovağzala qədər olan yolun 6 kilometrlik hissəsi genişləndirildi. Ensiz bir yol idi. Nəqliyyat axınını yaxşılaşdırmaq üçün bu yol da Sizin göstərişinizlə 4 cərgəyə genişləndirildi. Burada qovşaqlar yaradıldı, Yeni Avtovağzal Binəqədi şosesi ilə birləşdirildi.

Cənab Prezident, Əhmədli qəsəbəsində, Zığ şosesindən Neapol dairəsinədək olan küçə də ikigedişli idi. Uzunluğu 3,2 kilometr olan bu yolu da Sizin göstərişinizlə 4 cərgəli etmişik, istismara tam hazırdır.

Prezident İlham Əliyev: Çox yaxşı işlər görmüsünüz. Bakı şəhərinin bütün küçələri ən yüksək standartlara cavab verməlidir. Ona görə harada ki, problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik. Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur.

Saleh Məmmədov: Bəli, böyük tıxaclar olur.

Prezident İlham Əliyev: Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın.

Saleh Məmmədov: Cənab Prezident, layihə hazırlayıb Sizə təqdim edərik.

Prezident İlham Əliyev: Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq. Bir də mən sizə göstəriş vermişdim ki, qəsəbədaxili yollar, Bakıətrafı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır.

Saleh Məmmədov: Cənab Prezident, Sizin göstərişinizlə elə də olacaq. Qəbulunuzda olarkən verdiyiniz tapşırığa əsasən biz bəzi qəsəbələrdə yolların torpaq əsaslarının tikintisinə başlamışıq.

Prezident İlham Əliyev: Bilirəm, siz başlamısınız. Əvvəl Kürdəxanı qəsəbəsinin yollarını abadlaşdırdınız. İndi digər qəsəbələr növbədədir.

Saleh Məmmədov: Pirşağı, Zabrat, ondan əlavə, Xəzər rayonunda, Binə qəsəbəsində...

Prezident İlham Əliyev: Xəzər rayonunda Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə biz yolların hamısını bərpa edəcəyik.

Saleh Məmmədov: Sizin göstərişinizə bütün torpaq yolların hamısını mərhələlərlə asfaltlayacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev paytaxtın Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Kuboku: 1/8 final oyunlarının hakimləri bəlli olub

Fuad Hüseynov: Sovet vaxtı Azərbaycan kütləvi qaçqınlıq və köçkünlük məsələsi ilə üzləşən ilk respublika olub

Media: ABŞ Çinin 140 şirkətinə yarımkeçirici ixracını qadağan edəcək

Atəşkəsdən sonra 570 mindən çox livanlı evlərinə qayıdır

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Türkiyə millisinin oyununa təyinat alıb

Sabunçu rayonunda məktəb direktorları ilə görüş olub

Revmatoloq: Revmatoid artritin effektiv müalicəsi üçün vaxtında diaqnoz qoyulması vacib şərtdir

“Bir qəlbi də sən isit!” aksiyasına start verilib

“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb

Həftəsonu Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edilir

Fond: Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlarla 6 minə yaxın müqavilə bağlanıb

Almaniyanın Federal Kansleri Ukraynaya qəfil səfər edib

Mirbala Səlimli: Qədim ənənələri olan Şəkinin teatr tarixi də çox qədimdir

“Ailə hüququnda övladlığa götürmə və himayədar ailə institutu” - elmi seminar

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib YENİLƏNİB

Gözdən əlilliyi olan şəxslər üçün icra olunan “Sosial notlar” layihəsi iştirakçılarına aktivlər verilib

Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış məsələsi qeyri-sağlam cəhdlərin qarşısını almaq üçün vacib əhəmiyyət kəsb edir

İcma sədri: Prezident İlham Əliyevin siyasi iradəsi ermənilərin 200 illik strategiyasını darmadağın etdi

® MINISO brendi Bakıda Harri Potter məhsullarının ilk satış günü təqdimatına dair tədbir keçirib VİDEO

Əli Hüseynli: Son iki ildə Qərbi Azərbaycanla bağlı çox böyük işlər görülüb

Yağış dekabrın 4-ü səhərədək davam edəcək

"İnter"lə matçda ürəyi dayanan futbolçunun durumuna aydınlıq gəlib

Hərbi Prokurorluq DİN-in Daxili Qoşunları ilə hərbi hissədə birgə tədbir keçirib

BANM-in rektoru xaricdə təhsil alacaq tələbələrlə görüşüb

Metronun “Nəsimi” stansiyasında taktiki-xüsusi təlim keçirilib VİDEO

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilir

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirilir YENİLƏNƏCƏK

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Prezident İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarını təbrik edib

Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Thonqlun Sisulitə

Prezident İlham Əliyev: Azərbaycan-BƏƏ siyasi dialoqu əməkdaşlığı genişləndirmək üçün yaxşı zəmin yaradır

Yaxın vaxtlarda şagirdlər üçün davranış qaydaları bütün məktəblərdə tətbiq olunacaq

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana

Elm və Təhsil Nazirliyinin şöbə müdiri: Bullinqlə bağlı konsepsiya hazırlayırıq

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu yenilənib

ÜƏMT rəsmisi: Şadıq ki, yeni modeli Azərbaycanda sınaqdan keçirəcəyik və ölkədə bunun üçün hər cür şərait var

“Azəristiliktəchizat”ın rəhbərliyi Salyan və Neftçala sakinləri ilə görüşüb

Pakistanın Faysalabad Universitetinin nümayəndəsi Ədəbiyyat Muzeyində olub

Qubada külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Şahbuzda qarın hündürlüyü 17 sm-ə çatıb – FAKTİKİ HAVA

Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarları dinləyəcək

Dünya birjalarında neft bahalaşıb

“Neftçi” 20-ci dəfə Azərbaycan çempionatlarında böyük hesabla məğlub olub

Şöbə müdiri: Uşaqlar məruz qaldığı bullinq barədə çox vaxt valideynlərinə də danışmaq istəmir

Kiyevdə beynəlxalq xeyriyyə festivalında Azərbaycan öz stendi ilə təmsil olunub VİDEO

Agentlik rəhbəri: Azərbaycanda ümumi daxili məhsulda kreativ sənayenin payı 5,2 faizə çatıb

Azərbaycanın qadın futbolçulardan ibarət yığması yenidən Rusiya ilə qarşılaşacaq

Azərbaycanın U-19 millisi seçmə mərhələdə son oyununa çıxacaq

UNİCEF-in hesabatına əsasən hər 4 məktəblidən biri zorakılığa və psixoloji təsirlərə məruz qalır

Kamran İmanov: Əqli mülkiyyətin iqtisadi və sosio-mədəni təsiri təhlil edilməlidir

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib

AZAL-dan “Cyber Monday” kampaniyası ilə endirimlərə davam

Ədliyyə naziri Kürdəmirdə vətəndaş qəbulu həyata keçirəcək

Cəbrayıl sakini: Qürurverici tarixin şanlı səhifələrinə şahidlik edirik

Cəbrayıla qayıdan sakin: İllərdir xəyallarımda yaşatdığım yerlərə gedirəm

Cəbrayıl sakini: Daha yaxşı günlər bizi gözləyir

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

Bayden oğlunu əfv edib

“Bild”: Almaniyada Milad gecəsi terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Rumıniyada parlament seçkilərində Sosial Demokrat Partiyası liderlik edir

ADPU-da “Fizikanın aktual problemləri” adlı konfrans keçirilib

Ağ Ev: Ukraynaya nüvə silahının verilməsi planlaşdırılmır

Maya Boçorişvili: Gürcüstanın diplomatlarına qarşı təzyiq kampaniyası aparılır

Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub

Türkiyə Superliqası: Son çempion doğma meydanda xal itirib

Premyer Liqa: "Liverpul" "Mançester Siti"yə qalib gəlib

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub

Samir Abasov: Heç bir oyunçunu arxa plana atmırıq

Qurban Qurbanov: Çox vacib qələbə qazandıq

Antonio Kosta: Ukrayna maliyyə yardımı çərçivəsində Aİ-dən hər ay 1,5 milyard avro alacaq

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib   YENİLƏNİB-5

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər

Türkiyədə Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğinə dair Memorandum imzalanıb

Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib

Ankarada dahi Füzulinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Mona Savocifar: Məhz 44 günlük müharibə zamanı məndə şüurlu vətənpərvərlik formalaşdı  MUSAHİBƏ

"Kür" həndbol klubunun baş məşqçisi: "Ən kiçik şansdan belə, istifadə etmək istəyirdik"

"Kür" həndbol klubu Avropa Kubokunda mübarizəni dayandırıb

Qlobal şərab istehsalı 1961-ci ildən sonra ən aşağı həddə düşə bilər – PROQNOZ

Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb

Yanğın nəticəsində hava çirklənməsi ildə milyon yarım insanın ölümünə səbəb olur

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır

Almaniyada regional futbol liqası matçında azarkeşlər arasında davada 79 nəfər xəsarət alıb

Marneulidə gənc rəssamların “Ağ və qaranın harmoniyası” adlı sərgisi açılıb

Laçının azad edilməsi Prezidentin uzaqgörən siyasətinin parlaq nəticəsidir - RƏY

Fərid Qayıbov: “Üzgüçülük hamı üçün” yarışında müxtəlif yaşda olan insanlara rast gəlmək sevindirici məqamdır

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib

Dövlət qulluğu üzrə imtahanın nəticələri iki gün ərzində elan olunacaq

DİM xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

Misli Premyer Liqasında Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

Avropa Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununu keçirəcək

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirilib

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib

Almaniyanın cənubundakı Boden gölündə iki dənizçi həlak olub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Petre Mamradze: Bəzi qara qüvvələr Gürcüstanda qanunla seçilmiş parlamentə və hökumətə qarşı iyrənc kampaniya keçirirlər

Azad Laçın gözəlliklər diyarına çevrilib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb