Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı

-Azərbaycan növbəti böyük uğura imza atıb. Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan komandası Avropa çempionatında birinci yer tutub və çempion olub. Bu möhtəşəm qələbə münasibətilə şahmatçıları, məşqçiləri, federasiyanı ürəkdən təbrik edirəm. 

Bu, bütün Azərbaycan xalqını sevindirən qələbədir. Şadam ki, bu, artıq birinci qələbə deyil, bu, üçüncü qələbədir. Yəni, üç dəfə Azərbaycan şahmatçıları Avropada birinci yeri tutublar. Bu, onu göstərir ki, budəfəki qələbə də təsadüfi qələbə deyil, bu, təbii qələbədir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir.

Gərgin mübarizədə bizim şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını bütün Avropaya və eyni zamanda, dünyaya bir daha nümayiş etdirdilər. Mən sizi dəvət etdim ki, bu qələbə münasibətilə sizi şəxsən təbrik edim. Bilirəm ki, siz bu gecə Bakıya böyük qələbə ilə, kuboklarla qayıtmısınız və bütün Azərbaycan xalqını sevindirmisiniz.

Şahmatın Azərbaycanda inkişafı çox sürətlə gedir. Bilirsiniz ki, bölgələrdə müasir şahmat məktəbləri, şahmat evləri yaradılır. Biz vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənəni bərpa etmişik. O vaxt - 1970-1980-ci illərdə demək olar ki, bütün bölgələrimizdə müasir şahmat məktəbləri açılmışdır. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində onların bir çoxu bağlanmış, yaxud da ki, təyinatı dəyişilmişdir, özəlləşdirməyə açılmışdır. İndi onların bir çoxunda digər obyektlər yerləşir. Biz isə bütün bölgələrdə yeni şahmat evlərinin, məktəblərinin tikintisi ilə bağlı çox ardıcıl iş aparırıq. Bölgələrdə yerləşən şahmat evlərinin bir çoxunun açılışında mən şəxsən iştirak etmişəm. Əlbəttə ki, Bakıda böyük şahmat mərkəzinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir. Əminəm ki, biz yaxın gələcəkdə bunu da edəcəyik.

Eyni zamanda, Azərbaycanda beynəlxalq yarışlar mütəmadi qaydada keçirilir. Vüqar Həşimovun adını daşıyan beynəlxalq turnir artıq dünya miqyasında çox mötəbər bir yarış kimi qiymətləndirilir. Əlbəttə ki, dünyanın aparıcı şahmatçılarının bu turnirdə iştirakı bunun səviyyəsini göstərir. Biz hamımızın iştirak etdiyimiz Ümumdünya Şahmat Olimpiadasını da xatırlayırıq. Bu da çox möhtəşəm idman yarışı idi. Demək olar, Yay Olimpiya Oyunlarından sonra ölkələrin sayına görə bəlkə də ikinci bir tədbir idi ki, yüksək səviyyədə keçirilmişdir. Azərbaycanda belə bir tədbirin keçirilməsi əlbəttə ki, bizim şahmat sahəsində əldə etdiyimiz uğurların təzahürüdür.

Bu dəfə isə Azərbaycan komandası bir daha bizi sevindirdi. Komandamızın iştirakçıları, onların hamısı gənclərdir, gənc nəsildir, müstəqillik dövründə yetişmiş şahmatçılardır. Bu qələbə doğrudan da həm müstəqilliyimizin uğurlu inkişafını və həm də ölkəmizin intellektual səviyyəsini göstərir. Azərbaycan Olimpiya Oyunlarında, Avropa və İslam Həmrəyliyi Oyunlarında artıq dünyada sübut edib ki, böyük idman dövlətidir. Biz Bakıda keçirilmiş Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldük. Yay Olimpiya Oyunlarında isə medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi nailiyyətdir, tarixi qələbədir. Bu qələbə - şahmat sahəsində əldə edilmiş qələbə onu göstərir ki, xalqımızın, eyni zamanda, çox güclü intellektual potensialı var. Bu, əlbəttə ki, ölkəmizi və xalqımızı fərqləndirən amillərdən biridir. Həm döyüş idman növlərində, eyni zamanda, komanda idman növlərində də uğurlarımız var. İntellektual idman növündə - şahmatda bu qələbə doğrudan da bizim hamımızı çox sevindirir.

Mən xarici mətbuatı da izləmişəm. Bilirəm ki, bu qələbə xarici mətbuatda çox geniş işıqlandırılmışdır. Avropa qitəsində şahmat sahəsində birinci olmaq, özü də üçüncü dəfə birinci olmaq doğrudan da böyük tarixi qələbədir.

Mən sizi dəvət etdim ki, şəxsən sizi təbrik edim. Əvvəlki illərdə bizim görüşlərimiz çox olmuşdur. Siz bu binada dəfələrlə olmusunuz. Sizin Ulu Öndərlə şəkliniz bütün bölgələrdə şahmat evlərinin divarında asılıbdır və bu, gənc uşaqlar üçün də bir nümunədir. Mən də bölgələrdə o şahmat məktəblərinin açılışında uşaqlarla görüş əsnasında həmişə deyirəm ki, siz də bizim tanınmış şahmatçılar kimi olmalısınız, dünya miqyasında qələbə qazanmalısınız, xalqımızı sevindirməlisiniz və Azərbaycanı təbliğ etməlisiniz. Sizin indiki qələbəniz də əminəm ki, şahmatın Azərbaycanda populyarlaşmasında öz müsbət rolunu oynayacaq, şahmat bölmələrinə axın daha da güclənəcək.

Bu, sizin ümumi qələbənizdir. Sizi təbrik edirəm, sizə yeni uğurlar və qələbələr arzulayıram.

X X X

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti, beynəlxalq hakim Faiq HƏSƏNOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, ilk növbədə, mən Sizə komanda adından minnətdarlığımı bildirirəm ki, vaxt edib qəbul edirsiniz. Biz Sizinlə üçüncü dəfə görüşürük. Bugünkü görüş çox xoş görüşdür, sevinc görüşüdür. Mən başqa bir cəhətdən Sizə bir daha minnətdarlığımı bildirirəm. Sizə “Sağ olun” demək istəyirəm ki, biz orada olarkən respublikanın bütün ictimai həyatı ilə təmasda idik, baxırdıq ki, ölkəmizdə nə keçirilir. Əsrin layihəsini - Bakı-Tbilisi-Qars dəmir yolunu Siz açdınız, izləyirdik. Bu münasibətlə mən Sizi təbrik etmək istəyirəm. Bu, xalqımız üçün tarixi bir hadisədir. Ona görə ki, dəmir İpək Yolunun açılması, əlbəttə, Azərbaycanı Avropaya bağlayır. Gələcəkdə biz də həmin yolun sərnişin qatarından istifadə edəcəyik. Həm də belə bir təklif oldu, uşaqlar təklif etdilər ki, ilk sərnişin qatarı hərəkətə başlayanda biz dünyanın güclü şahmatçılarını çağıraq və bu qatarda bir turnir təşkil edək və bu, bir hadisə olsun. Bu turniri ən güclü şahmatçılarla, bizim Türkiyə və Gürcüstan şahmatçıları ilə bir yerdə keçirək.

Bu il bizim komanda, əlbəttə, çox güclü idi. Bizim hamımızın məqsədi yalnız o idi ki, birinci yerə çıxaq. Mən bir məqamı da Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, biz orada “Qarabağ”ın Madriddə “Atletiko” ilə oyununa kompüter vasitəsilə baxırdıq. Bizim şahmatçıların hamısı futbol həvəskarıdır. Hər şahmatçının sevimli komandası var. Amma “Qarabağ” oynayanda, aydın məsələdir, hamımız “Qarabağ”a baxır və azarkeşlik edirdik. “Qarabağ” oyunu gözəl nəticə ilə başa çatdırandan sonra ertəsi gün biz Ermənistan komandası ilə oynayırdıq. Belə ruh yüksəkliyindən sonra hamı dedi ki, “Qarabağ” belə oynayıbsa, Ermənistanla oyunda bizim ayrı yolumuz yoxdur. Biz gərək yalnız qələbə çalaq. Bu, doğrudan da belə oldu. Bundan sonra uşaqlar özləri də dedilər ki, artıq biz qızıl medala yol açdıq.

Faiq Həsənov bildirdi ki, bu qələbədə bütün qrossmeysterlərimizin böyük rolu var. O vurğuladı ki, Azərbaycan komandasının üzvləri Beynəlxalq Şahmat Federasiyasının reytinq siyahısında 2700 və daha çox əmsalı olan şahmatçılar sırasındadırlar. Faiq Həsənov qeyd etdi ki, şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının il ərzində ən güclü şahmatçılar arasında keçirdiyi Qran-Pri turnirində ilk üçlüyə düşüblər və onların mükafat qazanmaq imkanları çox yüksəkdir. 2017-ci ildə şahmat yarışlarında əldə edilən qələbələrdən danışan federasiyanın vitse-prezidenti bildirdi ki, gənc şahmatçılarımız bu il keçirilən Avropa çempionatında iki qızıl, iki gümüş, bir bürünc medal qazanaraq komanda hesabında ikinci olublar. Bundan başqa, SOCAR-ın klubu olan “Odlar Yurdu” da bu il Avropa çempionatının mükafatçılarındandır.

İdmançılara, o cümlədən şahmatçılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən Faiq Həsənov son illərdə respublikamızın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da idmanın bu növünün inkişaf etdiyini vurğuladı. O, Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsinin bütün dünyada böyük məmnunluqla qarşılandığını dedi.

X X X

Milli komandanın üzvü Şəhriyar MƏMMƏDYAROV çıxış edərək dedi:

-Cənab Prezident, diqqətinizə görə çox sağ olun.

Biz burada əyləşəndə xatırlayır və deyirik ki, hələ yeniyetmə olanda bizim əldə etdiyimiz nəticələrə Siz həmişə diqqət göstərmisiniz. Bəlkə də başqa ölkələrdə bu cür nəticələrə heç kim diqqət yetirməzdi. Amma Siz hər zaman diqqət göstərmisiniz. Hələ o vaxt inanırdınız ki, biz bu gün Avropanın ən güclüsü və ən yaxşısı olacağıq.

Biz birinci dəfə Avropa çempionu olanda və ölkəmizə qayıdanda komanda yoldaşlarımız özlərini elə göstərirdilər ki, guya bu, bizim üçün normal nəticədir. Həqiqətdə isə biz o nəticəni çox çətinliklə qazanmışdıq. Amma bu gün komanda gedib Avropa çempionu olanda elə bil hamı öyrəşib, elə bil hamı başa düşür ki, Avropanın ən güclü, ən yaxşı komandası gəlir.

Bu gün Azərbaycan şahmatı yəqin ki, tarixinin ən parlaq anlarını yaşayır. Bu gün Azərbaycanda 2700-dən yuxarı əmsalı olan dörd şahmatçı var. Bu gün artıq dünyanın üçlüyündə olmaq, - dünyanın üçlüyünə gəlib çıxmışıq, - dünyanın birinci nömrəli şahmatçısı olmaq da mümkündür, bu, çox yaxındır. Dünya çempionluğu uğrunda mübarizədə birinci olmaq, tacı Azərbaycana qaytarmaq - bunlar hamısı artıq sadəcə söz deyil, bu, artıq bir reallıqdır, çox yaxındır.

Bunların hamısının, əlbəttə, bir səbəbi var - diqqət və qayğı. Yəni, biz Sizin diqqətinizi hər zaman hiss edirik. Bakıda keçirilən Olimpiadalara, ümumiyyətlə, hər il Azərbaycanda keçirilən turnirlərə göstərilən ən böyük dəstəyə, diqqətə və qayğıya görə şahmatçılarımız adından, həmçinin Qran-Pri yarışına görə bu görüşə gələ bilməyən Teymur Rəcəbovun, Arkadi Naydiçin adından Sizə dərin təşəkkürümüzü bildirirəm. Biz bir komandayıq, məğlub olanda hamımız məğlub oluruq, heç bir oyunçunu ayırmırıq. Biz bir dost komanda kimi hər yerdə göstərmişik ki, Azərbaycan həm dostluğu, həm uğur qazanmağı bacaran, zəkalı insanları olan intellektlər diyarıdır.

Bizim üçün yaradılan şəraitə görə çox sağ olun. Bizə göstərdiyiniz diqqət və qayğıya - 20 il bundan əvvəl başlayan diqqət və qayğınıza görə bu gün Sizə səmimi qəlbdən “Çox sağ olun” deyirik. Təşəkkür edirik, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bir daha sizi təbrik edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, böyük qələbədir. Bu qələbə Azərbaycan intellektinin, Azərbaycan zəkasının təntənəsidir. Bu qələbəni, qələbə sevincini Azərbaycan xalqına siz bəxş etmisiniz. Sizə yeni uğurlar və yeni qələbələr arzulayıram. Sağ olun.

X X X

Sonra şahmat üzrə komandamızın indiyədək Avropa çempionatlarında qazandığı kuboklar dövlətimizin başçısına təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 iyul 2024-cü il tarixli 02 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 iyul 2024-cü il tarixli 03 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 22 iyul tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Zelenski: Çinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə dair açıq siqnal var

QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib

Saymon Stil: Gənclərin səsi çox eşidilərsə, iqlim dəyişmələri ilə mübarizə fəaliyyəti də bir o qədər sürətlənər VİDEO

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda meşələrin dövlət uçotu və kadastrı aparılır

Samir Abasov: “Fehervar” çətin komandadır

Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir VİDEO

Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda

Qəbələ rayonundakı Tikanlıçaydan sel keçir

Azərbaycan basketbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Ombudsman Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Slovakiya klubunun baş məşqçisi: “Zirə”nin taktiki hazırlığı yüksək səviyyədədir

“Dunayska Ştreda”nın futbolçusu: “Zirə” keyfiyyətli komandadır

AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır

İmişlidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin sədri Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının fəaliyyəti ilə tanış olub

Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “Heydər” məscidində olub

Naxçıvan Muxtar Respublikasında daha bir xidmət mərkəzi istifadəyə verilib

Qarabağ Universitetinin rektoru yüksək bal toplayan abituriyentlər ilə görüşüb

Azərbaycan və Qırğızıstanın prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələri genişləndiriləcək

Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti

Taxıl biçini ilə bağlı müsabiqə elan edilib

"Qərbi Azərbaycana Qayıdış Konsepsiyası: ictimai düşüncə və diasporumuzun iştirakçılığı" mövzusunda dəyirmi masa keçirilib

Rəşad Sadıqov: "Dunayska Ştreda” "Şerif"dən fərqli olaraq, təşkilatlanmış komandadır

“SAY: İRSİMİZ” layihəsinə start verilir

Dörd il ərzində Ayasofyanı 25 milyon insan ziyarət edib

Baş Prokurorluq informasiya portalına rəsmi xəbərdarlıq edib

Özbəkistanda qaz hasilatı azalmaqda davam edir

İtaliyada meşə yanğını: 1200 turist təxliyə edilib

Erməni ifaçının bəstəkar Bəhram Nəsibovun müəllif hüquqlarını pozması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb - birgə məlumat

Türkiyənin təhsil naziri ölkədəki 12 fransız məktəbinin fəaliyyətini tənqid edib

Azərbaycanın xarici işlər naziri İsrail Xarici İşlər Nazirliyinin baş direktoru ilə görüşüb

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyəti AQTİ-də olub

Nehrəmdə su təminatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işi başa çatıb

Deputatlığa namizədliyini irəli sürənlərdən 911 nəfəri imza vərəqəsi alıb

Kəlbəcərə köçürüləcək şəxslər üçün növbəti peşə kursuna start verilib

Bakıda Mıkola Miroşnıçenko və Abbas Abdullaya həsr olunmuş ədəbi-bədii axşam keçiriləcək

Astanada Ümumdünya Köçəri Oyunları keçiriləcək

Niderlandda qaçqınlara çəkilən xərclər bir milyard avrodan çox artıb

“Paris-2024” Yay Olimpiya Oyunlarına start verilib

Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib VİDEO

® “Ziraat Bank Azərbaycan” 2024-cü ilin ikinci rübünü uğurla başa vurub

DSX: Sərhəd pozucuları tərəfindən iki sərhədçinin həyatına qəsd olunub

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Mətanət Məhərrəmova: Xalçaların sirlərini və sehrini qoruyan ipləri və naxışları sevirəm

Psixoloq: Anasız uşaq şəxsiyyət kimi formalaşmaqda çətinlik çəkir, atasız uşaq isə assosial olur

Bərdə və Tərtərdə istismarına icazə verilən bir sıra obyektlərin çıxarışları sahibkarlara təqdim olunub VİDEO

Dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb

YAP Sədrinin müavini ilə MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri arasında görüş keçirilib

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Psixoterapevt: Valideynlər özlərinin gerçəkləşdirə bilmədikləri arzularını övladlarından gözləməməlidirlər

Bu il 4 mindən çox şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Azərbaycanın və Türkiyənin Konstitusiya məhkəmələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi son 3 ayda uğurlu layihələrə imza atıb

Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi anılıb

Goranboyda avtomobillə adam öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Memarlıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Ərdoğan: Türkiyə dünyada dostlarının sayını artırmağa çalışır

Gülnar Seyidli: Zəif tərəfləri qəbul etmək bacarığı güclülük əlamətidir

Azərbaycanın paralimpiya çempionları üçün Prezidentin xüsusi paralimpiya təqaüdü təsis edilib

Almaniyada parlament seçkiləri 2025-ci ilin sentyabrında keçiriləcək

Azərbaycanın olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

DOST Agentliyində Moldova nümayəndə heyəti ilə görüş olub

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Köln aeroportu iqlim fəallarının etiraz aksiyasından sonra uçuşları bərpa edib

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qlobal istiləşmə: planetimizdə oksigen qıtlığı sürətlə artır – tədqiqat

Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək

Mənzildən 3000 manat oğurlayan şəxs saxlanılıb

BMU rektoru Koreyada yay məktəbində iştirak edəcək tələbələrlə görüşüb

Türkiyə süni intellekt üzrə milli strategiyasını yeniləyib

2034-cü il Qış Olimpiya Oyunlarının keçiriləcəyi ölkə açıqlanıb

DİM jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

“Barselona”nın futbolçusu sıradan çıxıb

Qazaxıstanda Kurık limanını Orta Dəhlizlə birləşdirəcək yolun təmiri başa çatır

N.X.Hacıyevin “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Viza liberallaşması fonunda Ermənistanın demoqrafik böhranı və Avropanın məqsədləri - RƏY

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir

Ersin Tatar: Prezident İlham Əliyev Şimali Kiprə münasibətdə siyasi rəşadət nümayiş etdirdi

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) nümayəndə heyəti ilə görüş keçirilib

Ramilia Əliyeva: Qısa müddət ərzində Azərbaycan bir çox böyük dövlətlərin edə bilmədiklərini bacarıb

Yeni layihəmi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etmişəm – istedadlı pianoçu

Türkiyədəki “Kültürel Azerbaycan” jurnalının xüsusi buraxılışı Füzuli irsinə həsr olunacaq

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində BƏT-lə birgə seminar keçirilir

İrakli Kobaxidze: Oktyabrda keçiriləcək parlament seçkiləri həm də müharibə və sülh partiyaları arasında referendum olacaq

Şuşa Forumunda Azərbaycan Prezidenti Cənubi Qafqazda sülhün bərqərar olması üçün əzmini bütün dünyaya bəyan etdi - ŞƏRH

SOCAR rəhbərliyi Sumqayıtda emal müəssisələrində olub