Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak ediblər YENİLƏNİB - 2 VİDEO

İstanbul, 29 aprel, AZƏRTAC

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gəldilər.

Yolboyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşıladılar.

Sonra xatirə şəkli çəkdirildi.

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe çıxışında “TEKNOFEST”ə dəvət edilməsini və bu tədbirdə iştirakını Türkiyə ilə Liviya arasında dərin tarixi əlaqələrin və iki xalqın birliyinin göstəricisi olduğunu dedi.

Müasir Türkiyənin inkişafında Rəcəb Tayyib Ərdoğanın rolunu vurğulayan Liviyanın Baş naziri bildirdi ki, Türkiyə bu gün uğurlu dövlət modelinin ən gözəl nümunəsidir. Bu gün biz xalqına, millətinə və Vətəninə sözün həqiqi mənasında xidmət edən bir Türkiyə modelini görürük.

Akkuyu Atom Elektrik Stansiyasının inşasının Türkiyənin imkanlarını daha da genişləndirəcəyini vurğulayan Əbdülhəmid Dibeybe diqqətə çatdırdı ki, bu gün Türkiyə dövləti müdrik rəhbərliyi, sahib olduğu böyük imkanları sayəsində bütün maneələrə qarşı sarsılmaz mövqe nümayiş etdirir.

Fevralın 6-da baş vermiş zəlzələnin fəsadlarının Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi və türk xalqının əzmkarlığı sayəsində sürətlə aradan qaldırıldığını deyən Baş nazir bərpa işlərinin uğurla həyata keçirildiyini vurğuladı.

Əbdülhəmid Dibeybe bildirdi ki, əhatə coğrafiyasını ildən-ilə genişləndirən “TEKNOFEST” Türkiyənin kosmos, aviasiya və texnologiya sahələrində necə sürətlə inkişaf etdiyini göstərir. O, Liviyanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə verdiyi töhfələrə görə Türkiyə dövlətinə və “Baykar” şirkətinə təşəkkürünü bildirdi.

x x x

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Hörmətli Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, hörmətli Əminə xanım, hörmətli və əziz dostlar.

Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə “TEKNOFEST” festivalı Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz “TEKNOFEST”də iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir.

Eyni zamanda, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi.

İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi.

Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır.

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir.

Bu gün “TEKNOFEST”də iştirak edərkən “TEKNOFEST”in qurucusu, əziz qardaşımız Selçuk Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Selçuk bəy Azərbaycanda dəfələrlə olmuş, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada. Son gəlişində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən “Kızılelma”nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur.

Bir neçə gündən sonra Azərbaycan xalqı çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcək. Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”.

Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!

x x x

“TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi oldu.

Azərbaycanın Türkiyəyə bu qardaşlıq köməyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi:

- Əziz xalqım, xanımlar və cənablar.

Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı. Bu gün fürsətdən istifadə edərək, indi onun təməlini qoyacağıq. Vahid Kirişçi bəy qarşımızdadır.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi: Ehtiramımızı ifadə edirəm, cənab Prezidentim. Buradakı iştirakçılar adından Zati-alinizi, möhtərəm Prezidenti, hörmətli xanımları dərin ehtiramla salamlayıram.

Prezident Rəcəb Tayyib Ərdoğan: İndi ətrafı yaxından göstərin, harada nə var görək. Layihə möhtəşəmdir. Bu layihəni, İnşallah, qısa müddətdə haqqı çatanlara Azərbaycanın əli ilə təqdim edəcəyik.

x x x

Sonra yaşayış kompleksinin təməli qoyuldu.

Prezident Rəcəb Tayyib Ərdoğan: İlham qardaşım deyir ki, bir ildə başa çatdırılmalıdır, xeyirli olsun.

Prezident İlham Əliyev: Xeyirli olsun.

x x x

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əsginasını təqdim etdi.

x x x

Festivalda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi:

- Azərbaycan Prezidenti əziz qardaşım İlham Əliyev.

Liviyanın Baş naziri qardaşım Əbdülhəmid Dibeybe.

Əziz istanbullular, xanımlar və cənablar, “TEKNOFEST”in hörmətli iştirakçıları, əziz gənclər.

Sizi ən səmimi hisslərimlə, sevgi və məhəbbətlə salamlayıram.

Maşallah, bu il də İstanbulda “TEKNOFEST” başqa cür gözəldir. Burada sizin vasitənizlə ölkəmizin 81 vilayətindəki bütün gənc ürəklərə salamlarımı göndərirəm. Könül coğrafiyamızın hər tərəfindəki gənclərimizi, gənc qardaşlarımızın hamısını buradan bir daha sevgi ilə salamlayıram.

Dünyanın bir nömrəli aviasiya, kosmik və texnoloji festivalı “TEKNOFEST”də sizlərlə bərabər olmaqdan böyük məmnunluq duyuram. İstanbulumuzdan və Türkiyənin müxtəlif şəhərlərindən “TEKNOFEST”ə təşrif buyuran gənclərimizə “İstanbulumuza xoş gəldiniz!” deyirəm.

Azərbaycan Prezidenti, hörmətli qardaşım və dostum İlham Əliyevə xanımı ilə birlikdə bilavasitə iştirak etdiyi üçün təşəkkür edirəm.

Eyni qaydada Liviyanın Baş naziri Dibeybe qardaşıma da təşəkkür edirəm.

Şöhrəti ölkəmizin sərhədlərini də aşan altıncı “TEKNOFEST”də sizlərlə birlikdəyik. Birincisini 2018-ci ildə keçirdiyimiz “TEKNOFEST”, şükür olsun, artıq öz sahəsində bir markaya çevrilib. Keçən il Bakıda can azərbaycanlı gənclərimizlə “TEKNOFEST” sevincini yaşadıq. Samsundan Qaziantepə qədər ölkəmizin müxtəlif vilayətlərində texnologiyaya, müdafiə sənayesinə, elmə marağı olan gənclərimizlə bir araya gəldik. Builki texnologiya bayramımızı indi İstanbulda keçiririk, daha sonra İnşallah, Ankarada təşkil edəcəyik.

Milli texnoloji həmləmizin konkret nümunələrinin nümayiş etdirildiyi “TEKNOFEST”in ölkəmizə, millətimizə və siz gənclərimizə xeyirli olmasını diləyirəm. Bizlərə bu qürur mənzərəsini yaşadan T3 Vəqfinə, nazirliklərimizə, bütün tərəfdaş qurum və təşkilatlarımıza təşəkkür edirəm. Müsabiqəyə qatılan, yer tutan, layihələri və fikirləri ilə qarşıda yeni üfüqlər açan bütün qardaşlarımızı səmimi-qəlbdən təbrik edirəm.

“TEKNOFEST”də iştirak üçün müraciət edən komandaların sayının ildən-ilə dəfələrlə artdığını vurğulayan Türkiyə Prezidenti dedi: “Bu festivala 2018-ci ildə 4333 komanda ilə Bismillah demişdik. Bu il 81 vilayət və 96 ölkədən 333 min komanda, 1 milyon iştirakçı müraciət edib. Yarışların kateqoriyası da 14-dən 41 əsas və 102 alt kateqoriyaya çatıb. İştirakçıların sayının artması ilə birlikdə mükafatlarımızın məbləği də yüksəlib. Cəmi 4 milyon mükafat və dəstək məbləği ilə başlayan proses 44 milyon lirəyə çatıb. Rekordların və ilklərin festivalı olan “TEKNOFEST”in qarşıdakı dövrdə uğur səviyyəsinin daha da yüksələcəyinə inanıram”.

Fevralın 6-da baş verən zəlzələlərdən sonra əhalinin harayına çatan T3 Vəqfini və “Baykar” şirkətini təbrik edən Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, “Baykar” şirkəti “Əsrin fəlakəti” qarşısında nümayiş etdirdiyi nümunəvi mövqe ilə bu millətin doğma övladı olduğunu bir daha ortaya qoydu. Dövlət başçısı T3 Vəqfinin və “TEKNOFEST” könüllülərinin dəfələrlə bölgəyə gedib zəlzələdən zərər çəkənlərin çətin günlərində yanlarında olduqlarını xatırladaraq onlara minnətdarlığını ifadə etdi.

Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Türkiyə Prezidenti dedi: “Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi”.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yüksək texnologiyalara əsaslanan layihələr həyata keçirdiyini qeyd edərək vurğuladı: “Təkcə son aylarda yaşadığımız inkişafı sizlər də gördünüz. Bir az əvvəl əziz qardaşım İlham Əliyev də dedi: “Kızılelma” havaya qalxdı, “Togg” satışa çıxarıldı. Budur, “Kızılelma”, “Akıncı” qarşımızdadır, “TCG Anadolu” gəmisi Dəniz Qüvvələrinə təqdim edildi”.

İndiyədək “TCG Anadolu” gəmisini 100 minə yaxın vətəndaşın ziyarət etdiyini diqqətə çatdıran Türkiyə Prezidenti Qara dənizdə çıxarılan təbii qazın istismarına başlanılmasını, milli döyüş təyyarəsinin, “Gökbey” helikopterinin, “Hürjet” və “ATAK-2” qırıcılarının, “Altay” tankının istifadəyə verilməsini Türkiyənin son illərdə böyük uğurlarının göstəricisi kimi dəyərləndirərək, “TEKNOFEST”in bütün bu nailiyyətlərin rəmzi olduğunu qeyd etdi.

Türkiyənin son illərdə kosmik sahədə də böyük uğurlar qazandığını qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğan İMECE peykinin kosmosa göndərilməsinin əhəmiyyətini vurğulayaraq, Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək türk pilotlar Alper Gezeravcıya və Tuva Cihangir Ataseverə uğurlar arzuladı.

x x x

Çıxışlardan sonra “TEKNOFEST” çərçivəsində keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi oldu.

Müsabiqənin qalibləri ilə xatirə şəkilləri çəkdirildi.

“Kızılelma” pilotsuz uçuş aparatının səmada manevrləri izlənildi.

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyevə, Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim etdi.

x x x

Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.

Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, “TEKNOFEST”in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur. Builki “Texnoloji yarışlar”da 102 müxtəlif kateqoriya üzrə 41 yarış keçirilir.

Xatırladaq ki, 2022-ci il mayın 26-29-da “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda - Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak ediblər.

“TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda yarışıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak ediblər YENİLƏNİB - 2 VİDEO

Uqanda ordusunun komandanı ABŞ səfirini ölkədən çıxarmaqla hədələyib

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

Zərdabda narkokuryer saxlanılıb

Harris ABŞ-dakı müsəlman və ərəb icmalarının liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Gənc müəllim: Bizim işimiz şagirdə istiqamət verməkdir

Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür

ABŞ miqrantlar üçün humanitar giriş proqramını uzatmayacaq

Monteneqroda insan alveri ilə məşğul olan 13 nəfər həbs edilib

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür

Dünyanın “qırmızı mirvarisi” beyni inkişaf etdirir, yaddaşı gücləndirir

Avropa İttifaqı Çin istehsalı olan elektrikli avtomobillərə cəza tarifləri tətbiq etmək qərarına gəlib

Rəqəmsal asılılıq həm fiziki, həm də ruhi sağlamlığa mənfi təsir göstərir

Azərbaycan Qazaxıstanda uçuşların təhlükəsizliyinə dair seminarda iştirak edib

Tayvanda “Kraton” qasırğası nəticəsində 667 nəfər xəsarət alıb, ölənlər var

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövlətinin diqqət və qayğısından razıdırlar

ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə husilərin ondan çox hədəfini vurub

Gəncədə milli-mənəvi dəyərlərimizin qorunması mövzusunda konfrans keçirilib

Azərbaycan və Kolumbiya vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb

Bosniya və Herseqovinada daşqın azı 14 nəfərin həyatına son qoyub

Rusiyanın xarici işlər naziri Azərbaycanın yeni səfiri ilə görüşüb

Salyanda yol qəzası olub, xəsarət alanlar var

NDU-da təhsildə inkişaf mərhələlərinə dair II Respublika elmi konfransı keçirilib

Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

Bakıda fərdi yaşayış evində baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO

Cəbrayıl bərpa və firavanlıq yolundadır - RƏY

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb

Səfirlik Gürcüstandakı Amerika vətəndaşlarına xəbərdarlıq edib

71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib

Fransada solçu deputatlar yeni Baş nazirə etimadsızlıq votumu irəli sürüb

Gürcüstanda Azərbaycanın maliyyə vəsaiti hesabına inşa olunan yeni uşaq bağçası istifadəyə verilib

İkiqat Olimpiya iştirakçısı Azərbaycan gimnastlarına ustad dərsi keçib

“Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib

Azərbaycanın müdafiə naziri Türkiyədə işgüzar səfərdədir

Əli Əhmədov: Azərbaycanla Gürcüstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir

“İrəvan gündəliyi” kitabının təqdimatı olub

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi yaradılacaq

Cəbrayılda Şəhər Günü qeyd olunub FOTO

Balaxanı Sənaye Parkında daha iki şirkət rezident statusu alıb

Ötən ay “Azərbaycan Dəmir Yolları” ilə 809 minə yaxın sərnişin daşınıb

Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə İqtisadi Elmi-Tədqiqat İnstitutu əməkdaşlıq edəcək

® “Waze” şirkətinin həmtəsisçisi Bakıya gəlir

“Azərbaycan Respublikası Xatirə kitabı”nın IV cildinin xüsusi buraxılışının təqdimatı keçirilib

Türkiyə ilə Azərbaycanın prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əlaqələr yüksək səviyyədə inkişaf edir

Kristofer Çop: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı debatlarda iştirak etməməsi təəssüf doğurur VİDEO

TDT ölkələrinin XİN başçıları müavinlərinin siyasi məsləhətləşmələrinin ikinci mərhələsi keçirilib

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Niderlandın koalisiya hökumətinə etiraz məktubu ünvanlayıb

ADPU-da görüş – 40 il sonra yenidən doğma universitetdə

Misli Premyer Liqası: “Kəpəz” bu mövsüm ilk qələbəsini “Neftçi” üzərində qazanıb

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Şuşada və Xankəndidə erməni vandalizminin ağır nəticələrini müşahidə edib

Kemi Seba “ASAN xidmət”də olub

Daha 15 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Yeni nəşr: “Azərbaycan beynəlxalq münasibətlər sistemində (XV-XVI əsrlər)”

ABŞ mətbuatı: Paşinyan niyə daha Vardanyanı dəstəkləmək istəmir?

Bakı Beynəlxalq Kitab Sərgisinin Çindən olan iştirakçıları ilə ADU-da görüş keçirilib

Parlamentdə daha bir komitənin bu ilin payız sessiyası üçün iş planı təsdiqlənib

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Naxçıvanda “KOB Fest” sərgi-satış yarmarkası açılıb

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Hərbi əməliyyatlarda fədakarlıq göstərmiş tibb heyəti təltif edilib

Kürdəmirin Cəyli kəndində 36 il istismarda olan qaz xətləri yenilənir

AYNA: “Qırmızı körpü”də 350 avtomobil gözləmədədir

Babək rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Azərbaycan “Lapis Lazuli” marşrutu üzrə əməkdaşlıq imkanlarını müzakirə edib – YENİLƏNİB

Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərəni darmadağın edib

Türkiyənin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsində olub

“İnsan hüquqları və dünya dinləri” - seminar

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib

Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Naxışların rəqsi” adlı sərgi açılıb VİDEO

Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar

Qarabağ Universitetinin rektoru tələbələrlə silsilə görüşlər keçirib

Azərbaycan Qazaxıstanda keçirilən böyük tibb forumunda təmsil olunub

Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

Dubayda keçirilən “WGES-2024” sammitində COP29 ərəfəsində prioritetlər müəyyən edilib

Slovakiyanın metrologiya, standartlar və akkreditasiya qurumlarının nümayəndələri AzMİ laboratoriyaları ilə tanış olublar

Azərbaycan klubunun avrokubok oyunlarını idarə edəcək hakimlər dəyişdirilib

İqlim dəyişikliyinin transsərhəd su idarəçiliyinə təsiri məsələləri müzakirə edilib

Britaniya Livana əlavə 10 milyon funt-sterlinqlik yardım ayırıb

Naxçıvanda “Regional medianın inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib

“Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi Salyanda davam etdirilib

Azərbaycanda tanınmış alim vəfat edib

Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb

Agentlik: Orta məktəblərdə 151 minə yaxın müəllim fəaliyyət göstərir

“Azərreyl” Kolumbiya millisinin voleybolçusunu transfer edib

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB

Əlilliyi olan şəxslər reabilitasiya vasitələri ilə evlərində təmin edilib

Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilən məsələlər plenar iclasa tövsiyə olunub

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində keçirilən tədbirdə startapların əhəmiyyətindən danışılıb

Qida Təhlükəsizliyi İnstitutu sahibkarlara müraciət edib

Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilib YENİLƏNİB

Yunis Hüseynov: “Qarabağ”ın oyununda hansısa çatışmazlıq görünmür

“PAŞA Bank Kuboku VI” proqramlaşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb

ADY-də yük əməliyyatlarının müddəti 20 dəqiqə azalıb

Elmi çağırışların həllində qlobal və regional əməkdaşlığın roluna dair müzakirə aparılıb

“Azəripək” MMC-də pambıq parça istehsalına başlanılacaq

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

Azərbaycanın və Bəhreynin Ombudsman təsisatları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda istifadədə olan ödəniş kartlarının sayı 18,5 milyonu ötüb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

® “Kapital Bank”dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər