Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidində bərpa işlərinin gedişi ilə tanış olublar VİDEO

Ağdam, 14 fevral, AZƏRTAC

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, işğaldan azad olunan ərazilərdə Heydər Əliyev Fondunun layihələrinin koordinatoru Sabiq Abdullayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir.

Cümə məscidinin bərpa-restavrasiyasına Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Layihənin icrası üçün Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti ilə müqavilə imzalanıb.

Bildirildi ki, ilk addımda örtük və sement birləşmələri tamamilə çıxarılacaq. Tarixi kərpiclərin zədələnməməsi və kompozitin divardan qopmaması üçün işlər əl ilə aparılacaq. Bərpa prosesinin ikinci mərhələsində fasadlar biogen böyümədən təmizlənəcək, zədələnmiş və ya qırılmış kərpiclər bərpa ediləcək, karxana daşı hörgüsü əhəng əsaslı birləşmiş məhlul ilə yenidən işarələnəcək.

Məscidin bişmiş kərpicdən hörülmüş iki minarəsinə spiralvari pilləkənlə qalxmaq mümkündür. Birinci mərhələdə qırıq birləşmələr, kafel başları və mövcud rəng nümunələri çıxarılacaq, ikinci mərhələdə minarələrin kərpic hörgülərinin biogen artımının qarşısı alınacaq, üçüncü mərhələdə isə kərpic başları bərpa olunacaq. Daha sonra rəng nümunələri və yazı zolaqları tarixi xüsusiyyətlərə uyğun olaraq mineral rəngli materialla bərpa ediləcək.

Tarixi görüntülərdən də göründüyü kimi, məscid əvvəlcə taxta dam örtüyü ilə örtülüb, kərpic günbəzlər damın altında havadan və küləkdən qorunub. İlkin mərhələdə damın bütün landşaftı son biogen artımından azad ediləcək, qübbələr üzərində qırılan hörgü birləşmələri və gips örtükləri çıxarılacaq.

Konservasiya zamanı çatışmayan, zəifləmiş və ya qeyri-sabit hörgü və tonoz konstruksiyaları yenilənəcək və ya birləşdiriləcək.

Namaz zalında birinci mərhələdə əsas kərpicdən başqa bütün gips çıxarılacaq və sonrakı iş mərhələləri üçün hazırlanacaq. Bütün otaqlarda əhəng əsasında yeni, üçqatlı suvaq sistemi tətbiq ediləcək, son qatda ilk versiyaya (ağ rəngli) uyğun mineral boya tətbiq olunacaq.

Məscidin mehrabı hazırda qəzalı vəziyyətdədir. Müvafiq olaraq, məscidin bərpası zamanı təxminən 2 metr hündürlüyə qədər torpaq sahəsində duzsuzlaşdırma tədbirləri həyata keçiriləcək.

Bərpa işləri bütövlükdə tarixi görünüşə uyğun olaraq həyata keçiriləcək.

Görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi bizə imkan verəcək ki, qısa müddət ərzində Ağdamı yenidən quraq, yaradaq. Bu gün Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılmışdır, bir neçə təməlqoyma mərasimi keçirilmişdir. Hesab edirəm ki, qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.

Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Əminəm ki, yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır. Azərbaycan iş adamlarına da mən bu gün burada - Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Əlbəttə, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq. Ağdam şəhərinin Baş planı hazırlanıb, Baş plan əsasında işlər görülür. Əlbəttə ki, özəl sektorun nümayəndələri bu işlərdə fəal olmalıdırlar.

Bu gün, eyni zamanda, iki yarımstansiyanın açılışı olmuşdur. Beləliklə, azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Bu gün Ağdamda mehmanxananın təməli qoyuldu. Müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Buraya böyük sayda gələcək qonaqlara indi şərait yaradılır. Əlbəttə ki, bu gün qeyd etdiyimiz hadisələrdən biri də yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək, bəlkə də ondan da tez və beləliklə, Ağdamın hərtərəfli inkişafı təmin olunacaq.

Bu gün, eyni zamanda, Ağdam Mərkəzi Şəhər Xəstəxanasının təməli qoyulur. Əlbəttə ki, 210 çarpayılıq xəstəxana ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq.

Keçən dəfə Ağdamda olarkən mən burada 1 nömrəli məktəbin təməlini qoydum. O məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Yəni, bir daha demək istəyirəm, kompleks tədbirlər görülür - elektrik enerjisi ilə təchizat, Ağdama qaz xətlərinin çəkilişi layihəsi indi işlənilir, içməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi builki İnvestisiya Proqramında vardır, yaşayış binaları, mehmanxana, iş yerləri. Yəni, bu, hərtərəfli inkişaf deməkdir. Elə bu gün açılışında və təməlqoyma mərasimində iştirak etdiyim obyektlərdə biz bu genişmiqyaslı işləri görə bilərik.

Bununla yanaşı, Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Hesab edirəm ki, avtomobil yolu təqribən bir ilə hazır olacaq. Mənim göstərişimlə Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq.

Bu işlər bir daha onu göstərir ki, biz vaxt itirmədən, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik. Bütün bu işləri biz özümüz görürük, öz vəsaitimiz hesabına, büdcəmiz hesabına, heç kimdən yardım istəmədən, heç bir kredit almadan. Bunu Azərbaycan vətəndaşları edir. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Bu şirkətlərin sayı artmaqdadır. Mən çox şadam ki, həm yerli şirkətlər, həm xarici şirkətlər azad edilmiş torpaqlarda işləməyə can atırlar, maraq göstərirlər və biz bunu alqışlayırıq.

Qarşımızda böyük işlər vardır. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün əlbəttə ki, düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi biz artıq praktiki işlərə başlayacağıq.

Görülmüş bütün bu işlərlə yanaşı, əlbəttə ki, biz tarixi, dini abidələrimizi də bərpa edirik. Mənə bu gün verilən məlumata görə, Ağdam Cümə məscidinin bərpa işlərinə başlanılır. Artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır.

Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk. Necə ki, Vətən müharibəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, düşməni doğma torpaqlarımızdan qovdu. Beləliklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Mən müharibədən sonra Ağdama 3-cü dəfədir ki, səfər edirəm. Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər.

Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim xalqımız hansı bəla ilə üz-üzə idi. Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb. İmarət ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İndi bəziləri gələcək barışıq haqqında danışırlar. Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır.

Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidində bərpa işlərinin gedişi ilə tanış olublar VİDEO

Filarmoniyada Xalq artisti Fəxrəddin Kərimovun yubiley konserti olub

İran XİN-in rəsmi nümayəndəsi: ABŞ-la nüvə danışıqları mənasız olub

Alimlər xərçəngdə hüceyrə ölümündən yayınmağın yeni yolunu tapıblar

“Google” tropik fırtınaların proqnozlaşdırılması üçün yeni süni intellekt modelini və saytını yaradıb

İtaliyanın “ITA Airways” şirkəti “Lufthansa Group”la yeni kod-şerinq sazişi imzalayıb

“Barbie”nin yaradıcıları “OpenAI” ilə əməkdaşlıq edərək ağıllı oyuncaqlar hazırlayacaq

Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur

Kanadalı alimlər yeni tirannozavr növü aşkar ediblər

Misir yanacağa olan ehtiyacının təmini ilə bağlı fəaliyyət planını müzakirə edib

Tehranın Mehrabad hava limanı yaxınlığında partlayış baş verib

Marsda “gizlənmiş” vulkan aşkar edilib

Beyləqanda bazar ərazisində baş verən yanğın söndürülüb YENİLƏNİB

Praqa NATO-nun büdcəsinin artırılması tərəfdarıdır

Şəkər əvəzedicisi beyin damarlarına zərər verə və insult riskini artıra bilər - TƏDQİQAT

Zaqatalada piyadanın ölümü ilə nəticələnən qəza olub

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolu müzakirə olunub

Azərbaycanın cənub sərhədlərində radiasiya fonunda çirklənmə aşkarlanmayıb – BİRGƏ MƏLUMAT

İrandan İsrailə ən azı 100 raket atılıb, onların əksəriyyəti vurulub

Qrossi: İsrailin zərbəsi İranın uranın zənginləşdirilməsi obyektinə 60 faiz ziyan vurub

MAQATE rəhbəri: İranın Natanzdakı nüvə obyektlərində radioloji çirklənmə aşkarlanıb

Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi ilə əlaqədar Almaniyada təhlükəsizlik tədbirləri gücləndirilib

İraq BMT TŞ-yə İsraildən şikayət ünvanlayıb

Filarmoniyada Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib

ETX: “Azərpoçt”un adından dələduzluq halları son vaxtlar daha da artmaqdadır

Türkiyənin dövlət rəsmilərinin İsrail-İran gərginliyi ilə bağlı iclası keçirilib

Putin İran və İsrail rəhbərliyi ilə telefon danışığı aparıb

Auditorlar Palatasında “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan voleybol milliləri növbəti oyunlarına çıxıblar

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır

Energetika nazirinin müavini NATO-nun mənzil-qərargahında olub

III MDB Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası keçirilib

® Beynəlxalq ekspert-dequstator: Pivənin “Carlsberg Azerbaijan” zavodunda hazırlanması keyfiyyətin təminatı deməkdir

Naxçıvan Hərbi Kollecində Milli Qurtuluş Günü qeyd edilib

Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşun əbədi müəllifi” adlı tədbir keçirilib

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən 13 inzibati xəta üzrə protokol tərtib edilib

Daha 1200 həlak olmuş ukraynalının cənazəsi vətənə qaytarılıb

Üç avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib

Türkiyənin Qızıl Aypara Cəmiyyəti qan donoru üzrə dünyada üçüncü olub

Levon Mnatsakanyan: Silahları Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi alırdıq – MƏHKƏMƏ

Gürcüstan Azərbaycandan 330 milyon kilovat-saata qədər elektrik enerjisi alıb

Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Şamaxıda “Suverenliyə aparan Qurtuluş Yolu” adlı tədbir keçirilib

Babək rayonunda yerləşən kafenin fəaliyyəti ciddi nöqsanlara görə dayandırılıb

İsrail-İran gərginliyi fonunda Romada təhlükəsizlik tədbirləri gücləndirilib

15 İyun Azərbaycan tarixində dövlətçilik iradəsinin təntənəsidir - RƏY

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb

Kahramanmaraşın Azərbaycan məhəlləsində yollar abadlaşdırılır

Tərtərdə elmi-praktik konfrans: “Qurtuluşdan Zəfərə aparan yol”

“Tomas Qolts: Neft Odisseyası” sənədli filminin təqdimatı keçirilib

Xüsusi qabiliyyət imtahanlarına start verilir

Azərbaycan Tibb Universiteti və İdman Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb

Dövlətçilik tariximizin dirçəliş mərhələsi ŞƏRH

Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşların müraciətlərinə baxacaq

Milli Qurtuluş Günü - Azərbaycanın bugünkü reallıqlarının və gələcək hədəflərin başlanğıcı

Hökumətlərarası təqaüd proqramı çərçivəsində Macarıstanda 130 nəfər Azərbaycan vətəndaşı təhsil alacaq

“At gücləri” bir arada - klassik avtomobil yürüşü və çövkən yarışı olacaq

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrandakı mövcud vəziyyətlə bağlı bəyanat yayıb

Azərbaycan tennisçiləri “Davis Cup” turnirində pley-offa yüksəliblər

Sumqayıt və Bərdədə yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

® “PAŞA Holdinq”in təşkilatçılığı ilə “Business Talks by PASHA Holding” platformasının ilk tədbiri baş tutub!

Cəmşid Naxçıvanski adına hərbi liseydə buraxılış mərasimi keçirilib

Polşanın yeni səfiri etimadnaməsinin surətini xarici işlər naziri Ceyhun Bayramova təqdim edib

FHN SOCAR-da maarifləndirmə tədbiri keçirib

ADU-da Çin universitetləri ilə təhsil əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Kimlərin müavinət və təqaüdləri artırıldı? VİDEO

Kimlərin müavinət və təqaüdləri artırıldı? VİDEO

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi

Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-Zəfərə” adlı tədbir keçirilib

Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsidir ŞƏRH

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci plenar sessiyası keçiriləcək

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Azərbaycanın müdafiə naziri və Özbəkistanın Təhlükəsizlik Şurasının katibi regional məsələləri müzakirə ediblər

Naxçıvanda Respublika elmi konfransı - “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış”

“Yuventus” baş məşqçisi ilə müqaviləni uzadıb

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib

Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək ŞƏRH

Rəqəmsallaşan relslər: Azərbaycanın strateji irəliləyişinə aparan yol

Şirvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində seminar keçirilib

Nazir müavini: Taxıl biçininin qısa müddətdə və məhsul itkisinə yol verilmədən həyata keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb

Azərbaycanın futbol mütəxəssisləri Avropa çempionatını izləyirlər

Stiv Cobsun məşhur çıxışının 20 illiyi münasibətilə arxiv materialları paylaşılıb

Cevdet Yılmaz: Türkiyədən Suriyaya qayıdanların sayı 270 mini keçib

Stefano Pioli yenidən İtaliyaya qayıdır

Prezident Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan tərəfi İrandan təxliyələrin həyata keçirilməsinə dəstək göstərir

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Qanunvericiliyi pozan taksi şirkəti cərimələnib

Paytaxtda ifşa olunmamaq üçün otellərdə gecələyən narkotacir saxlanılıb

İordaniya hökuməti: Ölkə heç bir münaqişə üçün döyüş meydanı olmayacaq

Polşanın nüfuzlu “Wnet” radiosu Qərbi Azərbaycan barədə material hazırlayıb

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə infotur təşkil olunub

Azərbaycan ilə Özbəkistan arasında əmək və məşğulluq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üç məsələni plenar iclasa tövsiyə edib

Mark Zukerberq rəqiblərinə çatmaq üçün süni intellekt üzrə yeni ekspert komandası formalaşdırır

Abel Məhərrəmov: Qərbi Azərbaycana qayıdış ideyası dövlətçilik ideologiyasının bir hissəsinə çevrilir

BDU-da Milli Qurtuluş Günü qeyd olunub

Avropa çempionatının qalibi olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Barselonada “Azərbaycanın rəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi açılıb

“Real Madrid” 17 yaşlı argentinalı futbolçunu transfer edib

Şirvanda “Məşğulluğa dəstək layihəsi” ilə bağlı növbəti məlumatlandırma tədbiri keçirilib