Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər  YENİLƏNİB VİDEO

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, türkiyəli idmançıları salamlayan Prezident İlham Əliyev dedi:

-Mən sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Siz Ermənistanda keçirilmiş Avropa çempionatında şanlı Türk Bayrağını göylərə qaldırmısınız, Milli Marşı səsləndirmisiniz. Bu münasibətlə sizi bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Eyni zamanda, bu qələbəni Azərbaycana həsr etmisiniz. Bu, bizi xüsusilə sevindirən bir haldır. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq. Biz birik, biz müttəfiqik, biz qardaşıq.

Sizin qələbənizin xüsusi önəmi var. Siz gənc idmançılarsınız, sizin həyatınızda hələ neçə-neçə qələbələr olacaq, amma bu qələbənin özəlliyi var. Çünki Azərbaycana qarşı, bizim milli rəmz olan Bayrağımıza qarşı hörmətsizlik olunan zaman siz ədaləti bərpa etmisiniz. Türk Bayrağının orada qaldırılması ədaləti bərpa etmək idi. Türkiyə dövlətinin Milli Marşının səsləndirilməsi bütün orada oturanları ayağa qaldırdı. Bizim Bayrağımızı yandırdılar, amma bizim üçün öz Bayrağımız qədər əziz olan Türk Bayrağı orada dalğalandı. Bunu da siz etmisiniz, gözəl gənclər, qardaş ölkənin nümayəndələri.

Bildiyiniz kimi, Mehriban xanım və mən sizi məktubla təbrik etdik, Azərbaycana dəvət etdik. Şadam ki, siz bizim dəvətimizi qəbul edib Azərbaycana, öz doğma Vətəninizə gəlmisiniz və sizin bu gəlişiniz bir daha bizim birliyimizi göstərir.

Bayraq yandırmaq heç kimə şərəf gətirmir. Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları - Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır və əbədi dalğalanacaq, hər zaman bir yerdə.

Sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdirdiyiniz üçün mən sizi Azərbaycan dövlətinin yüksək nişanı olan “Tərəqqi” medalı ilə təltif edirəm və indi bu medalı sizə təqdim etmək istəyirəm.

x x x

Sonra türkiyəli idmançılar Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr etdiklərinə görə “Tərəqqi” medalı ilə təltif edilmələri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu.

Prezident İlham Əliyev medalları türkiyəli idmançılara təqdim etdi.

Daha sonra xatirə şəkli çəkdirildi.

x x x

Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü: Bizim də hədiyyələrimiz var, cənab Prezidentim, onları da verərdik. Hörmətli cənab Prezidentim. Bu, Ermənistanda qazandığımız ilk qızıl medallardan biridir. Cansu qızımızın ərməğan etdiyi medaldır. Bunu ölkəm, ağırlıqqaldırma qurumumuz və Cansu adından qəbul etməyinizi Sizdən xahiş edirəm.

Prezident İlham Əliyev: Çox təşəkkür edirəm, çox sağ olun.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Talat Ünlü: Bu medal günün anlamı və önəmi üçün çox vacibdir. Bilirsiniz, orada Azərbaycan Bayrağına qarşı törədilən hücum hamımızı dərindən kədərləndirdi. Həmin gecə biz azərbaycanlı qardaşlarımızla birlikdə eyni hissləri yaşadıq. İndi də danışdıqca insanın tükləri biz-biz olur. Uşaqlarımız əzmkarlıq göstərdilər və gözəl nəticələr əldə etdilər. Allaha çox şükür. İnşallah, bundan sonra da birliyimiz, bərabərliyimiz, - hər zaman bunu söyləyirik, - iki dövlət, bir millət, amma birlikdə iri, diri və güclü olmalıyıq.

Prezident İlham Əliyev: İnşallah.

Mehriban xanım Əliyeva: İnşallah, amin.

Talat Ünlü: Bilirik ki, bizim Prezidentimizlə Siz qardaşsınız. Bu, bizim üçün çox önəmlidir. Bunu qəbul etməyinizi xahiş edirəm.

Prezident İlham Əliyev: Doğrudur. Çox sağ olun, təşəkkür edirəm. Bunu bizim idman muzeyində qoymalıyıq. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti simvoludur və bizim gənclərimizin yüksək keyfiyyətə malik olmasının təzahürüdür. Bax, ağır bir yarışda qazanılmış bu medalı bizim Cansu qızımız Azərbaycana ərməğan etdi. Sağ ol. Bütün Azərbaycan xalqı səni sevir, sən bilirsən, sizin hamınızı. Çox sağ olun.

Cansu Bektaş: Mən də onları çox sevirəm.

Türkiyə Ağır Atletika Federasiyasının vitse-prezidenti Yasin Arslan: Bu da bizim federasiyamızın – Türkiyə Ağır Atletika Federasiyasının loqosudur, cənab Prezidentim. Xahiş edirəm, bunu da qəbul edəsiniz.

Prezident İlham Əliyev: Çox təşəkkür edirəm.

Talat Ünlü: Bu, Mehriban xanıma hədiyyədir.

Mehriban xanım Əliyeva: Çox sağ olun, çox təşəkkür edirəm. Mən onu geyinim, bərabər şəkil çəkdirək. Çox sağ olun.

Talat Ünlü: Bu da günün anlam və önəmi üçün, cənab Prezidentim, Sizə ölkəmizin milli forması.

Sonra görüş çay süfrəsi arxasında davam etdirildi.

Prezident İlham Əliyev: Bir daha təbrik edirəm. Siz doğrudan bütün Azərbaycan xalqını sevindirdiniz. Cansu qızımız söylədi ki, Azərbaycana ərməğan edirəm. Bütün Azərbaycan xalqının duyğularına toxundu, hamımızı xoşbəxt etdi. Biz Mehriban xanımla sizə yazdığımız məktubda qeyd etdik ki, sizinlə qürur duyuruq. Həqiqətən belədir.

Talat Ünlü: Hörmətli cənab Prezidentim, həm Mehriban xanıma, həm də Sizə ölkəm adından, idmançılarım adından çox təşəkkür edirəm. Bizi çox xoşbəxt etdiniz. Çünki belə bir gündə bizi buraya dəvət etməyiniz, burada qonaq qəbul etməyiniz çox böyük bir məna və önəm daşıyır. Orada ən çox üzücü olan bayrağımızın yandırılması təbii ki, içimizi yandırdı.

Prezident İlham Əliyev: Bəli, bir də ki, o bayrağı yandırana hər hansı bir cəza da verilmədi, heç bir şey edilmədi, heç bir söz də deyilmədi, əksinə, onu alqışlarla salamladılar. İndi, bilirsiniz, bayraq yandırmaqla heç kim heç nə əldə etmir. 24 apreldə Azərbaycan və Türkiyə bayraqlarını Ermənistanın əsas meydanında yandırmışdılar. Amma bizim bayraqlarımıza onlar Ağrı dağda, mən dedim, Murov dağında, Şuşada yaxınlaşa bilərlərmi? Təbii ki, yox. Ona görə bu, onların acizliyini göstərir, gücsüzlüyünü göstərir.

Bizim qızlarımız orada bayrağı qaldırdılar və Türkiyənin Milli Marşı səslənəndə bütün orada oturanları ayağa qaldırdı. Bax, zəfər budur, qürurverici hallar budur. Bizim dövlətlərimiz də, xalqlarımız da bu zəfərə layiqdir. İkinci Qarabağ savaşında Türkiyə həmişə bizim yanımızda idi, bütün digər məsələlərdə, idmanda hər zaman bir yerdə.

İndi mən sizi növbəti dəfə Qarabağa dəvət edirəm. Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağa olsun. Orada da görərsiniz ki, Şuşa şəhərində Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanır. Bu, xalqlarımızın qəlbində olan böyük sevginin təzahürüdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş
Türkiyə idmançıları ilə görüşüblər  YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında Anım Gününə həsr olunan tədbir keçirilib

Akademik İradə Hüseynova: Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizlə fəxr edirik

Sanator-Kurort Reabilitasiya Mərkəzində 2020-ci ildən etibarən 1577 qazi müalicə olunub

Biləsuvarda şəhidlərin xatirəsi yad edilib

Vətən müharibəsi Azərbaycan xalqının tarixinə silinməz səhifələr yazıb

2015-ci ildə Moldovanın Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiçidən

Vətən müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın yurd sevgisinin nümayişi oldu

Analitiklərin bu il üçün Çin iqtisadiyyatı üzrə proqnozları pisləşib

Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Elm və Təhsil Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

“Vətən müharibəsi bizim şanlı tariximizdir” - Dilçilik İnstitutunda anım tədbiri

Azərbaycan Riqada keçirilən milli statistika qurumlarının rəhbərlərinin tədbirində təmsil olunur

Zəngilanda Şəhidlər xiyabanı ziyarət olunub

Milli Kitabxanada Anım Gününə həsr edilən tədbir keçirilib

27 Sentyabr - tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyi gün

Qran-Prinin qalibi: Bu cür çıxış etsəm, Paralimpiya Oyunlarına lisenziya qazana bilərəm

XRİTDX-nin şəxsi heyəti Zəfər parkında olub

Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Naxçıvanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb

Anım Gününün qeyd olunması Vətən müharibəsi şəhidlərinə dərin ehtiramın ifadəsidir

Şanlı Qələbənin qazanılmasına Zaqatalanın igid oğulları da öz töhfələrini veriblər

Anım Gününə həsr olunan inşa müsabiqəsinin qalibləri müəyyənləşib

Şəhidlərin xatirəsi Füzuli şəhərində ehtiramla yad edilib

Baş Prokurorluğun rəhbər heyəti inşası davam etdirilən Zəfər Parkında olub

Cari tədris ilində Bakıda 5 minə yaxın sağlamlıq imkanı məhdud olan uşaq tədrisə cəlb olunub

Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunan videoçarx hazırlanıb

Yardımlıda şəhidlərin xatirəsi anılıb

Texnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur?

Konstitusiya Məhkəməsində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Aqrar Sığorta Fondunun sədri İsmayıllıda vətəndaşlarla görüşüb

Astarada Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub

Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Fərizə Babayeva: Zalda əyləşən tamaşaçı səhnə arxasında baş verənləri bilmir

İKTA-da Dünya Bankının ekspertləri ilə görüş keçirilib

Türkiyə ilə Azərbaycan arasında meşə yanğınları ilə mübarizə istiqamətində əlaqələr daha da genişləndirilir

İkinci Qarabağ müharibəsi: Azərbaycan humanizmi və erməni faşizmi

Şəmkirdə sahibkarlara bitki sağlamlığı barədə zəruri məlumatlar verilib

Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub VİDEO

Azərbaycan paracüdoçusu Bakıdakı Qran-pridə gümüş medal qazanıb

Xankəndiyə növbəti dəfə yanacaq göndərilib

Respublika Gənclər Kitabxanasında Vətən müharibəsi şəhidləri anılıb

İcma: BMT-nin insan hüquqları üzrə ali komissarı azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verib

Parataekvondo millisinin baş məşqçisi: Uğurlarımızın davamını gətirmək üçün ciddi hazırlığa ehtiyac var

FHN Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün heyətlə birgə 53 avtomobil və zəruri avadanlıqlar göndərib

Səmayə Həşimova: Xankəndi və Xocalıda həyat yenidən canlananda Polad kimi qəhrəmanların ruhu dinclik tapacaq

Mariya Zaxarova: Rusiya bütün mübahisəli məsələlərin istisnasız siyasi-diplomatik həllinin tərəfdarıdır

Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi II Şəhidlər xiyabanını ziyarət edib

“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı olub

“Bu gün Qarabağda baş verənlər ilahi ədalətin təntənəsidir” – anım tədbiri

UNEC-in kollektivi şəhid tələbə və məzunlarının məzarlarını ziyarət edib

DSX: Ruben Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb VİDEO

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNƏCƏK

Fransa səfiri Nigeri tərk edib

“Sumqayıt” klubu məşqçisinə, “Sabah” təcili tibbi yardım avtomobilinə görə cərimələnib

Rektor: Şanlı Azərbaycan əsgəri qəhrəmanlıq salnaməsi yazdı

Dövlət Xidmətinin rəhbərliyi anım mərasimlərində iştirak edib

ADPU məzunlarının 98,6 faizinin məşğulluğu təmin olunub

Neftçalada Şəhidlər Xatirə Kompleksi ziyarət olunub

Bakı Dövlət Universitetində bir dəqiqəlik sükut…

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

Şəhidlərin xatirəsi Şəkidə silsilə tədbirlərlə yad olunub

AEBA-nın sessiyasında Ermənistanın yaratdığı nüvə təhlükəsi barədə məlumat verilib

Qurban Qurbanov cəzalandırılıb, “Qarabağ” klubuna xəbərdarlıq olunub

Azərbaycan nümayəndə heyəti Düşənbədə Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək

Füzulidə şəhidlərin xatirəsi yad olunub

Naftalanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb

“Heydər Əliyev və azərbaycançılıq ideologiyasının daha dərindən öyrənilməsi” - seminar

Mübariz Qurbanlı: Azərbaycan multikulturalizm mərkəzinə çevrilib

İşğaldan azad olunan ərazilərə qayıdan şəxslərin məşğulluq məsələləri müzakirə olunub

Bakı Dövlət Universitetində Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirilir

Turizm və Menecment Universitetində Anım Günü

Dünya üçüncüsü olan parataekvondoçu: Bu il mən və komandam üçün düşərli oldu

Azərbaycan-Türkiyə qardaşlığı xoşbəxt gələcəyə hesablanıb- ŞƏRH

Azərbaycan XİN BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib

Dünya çempionu: Növbəti hədəfim Paralimpiya Oyunlarında qızıl medal qazanmaqdır

Qazi: Anım Günü mənim və döyüş yoldaşlarım üçün həm kədərli, həm də qürurverici gündür

Sentyabrın 28-nə gözlənilən hava proqnozu

Azərbaycan kiberidmançısı ikinci dəfə Avropa çempionu olub

Düşmənin “qələbə simvolu”nun Hərbi Qənimətlər Parkında nümayişi böyük Zəfərin nəticəsidir

“Qəbələ”nin U-19 komandasının baş məşqçisi: Avrokubok matçları oyun təcrübəmizə bilavasitə təsir edir

Qaxda şəhidlərin xatirəsi anılıb

FHN-nin əlavə 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndiyə yola düşüb

Tarixçi alim: 27 Sentyabr – məğrur olduğu qədər hüznlü, hüznlü olduğu qədər qürurlu gündür

Polkovnik-leytenant: Şəhidlərimiz bizə qalib ölkənin vətəndaşı olmaq qürurunu yaşadıblar

“AzerGold” QSC-nin əməkdaşları Daşkəsəndə şəhid ailələrinə baş çəkib

Monteneqro yığmasının baş məşqçisi: Azərbaycan millisi sırf nəticə üçün oynayır

Metropolitendə şəhidlərin anım mərasimi keçirilib

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

İctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin qaytarılması necə aparılır?

Beynəlxalq konfransda Azərbaycanda mövcud olan dini dözümlülük barədə danışılıb

Türkiyə Rumıniyaya təbii qaz ixrac edəcək

Şəhidlərin xatirəsi Ağdam-Xankəndi yolunda bir dəqiqəlik sükutla yad edilib

“Northrop Grumman” F-35 təyyarələri üçün “hava-yer” tipli raketlər istehsal edəcək

BDU-nun kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

AFFA rəsmisi UEFA-dan yeni təyinat alıb

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Vətən müharibəsinin xronikası: 27 sentyabr

AQTA ilə ÜST-nin Azərbaycan nümayəndəliyi əməkdaşlığı genişləndirir

Suraxanı qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq