Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar YENİLƏNİB-2 VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Balaxanı qəsəbəsində aparılan abadlıq işləri barədə məlumat verildi.

Bildirildi ki, burada görülən işlər qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Qəsəbədəki Mirzə Ələkbər Sabir adına park da bərpa olunub.

Diqqətə çatdırıldı ki, Balaxanıdakı Şah Səfi karvansarayı 1635-1636-cı illərdə inşa olunub. Bu tarixi abidə yerli əhəng daşı materiallarından tikilib və əhali arasında Xacə Ruhulla imarəti kimi tanınıb.

Qeyd edək ki, Balaxanı Bakının ən qədim yaşayış yerlərindən biridir. XX əsrin əvvəllərindəki neft bumuna qədər Balaxanı Böyük İpək Yolunun üstündə yerləşdiyindən strateji mövqeyə sahib idi. Uzun əsrlər boyu bu yer Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəsəbədəki Hacı Şəhla Məscidi və Şakir ağa türbəsinin bərpası barədə də məlumat verildi. Bildirildi ki, Hacı Şəhla Məscidi XIV əsr memarlıq abidəsidir. Şakir ağa türbəsi Balaxanı abidələrinin ən qiymətlilərindən hesab olunur.

Qəsəbədəki Ovdan XIV əsrdə inşa olunub. Ovdanın mənbəyindən su götürmək üçün 40 pilləkən aşağı enmək lazımdır. Keçmişdə ovdan vasitəsilə Balaxanının içməli suya olan tələbatı ödənilib.

Balaxanının “Qum hamamı” bir-biri ilə əlaqəli 3 hissədən ibarətdir. Bu hamam da qəsəbənin tarixi tikililərindən hesab olunur. Onun inşası XIV əsrə təsadüf edir.

Məlumat verildi ki, Balaxanı qəsəbəsində vaxtilə 18 hamam olub. Demək olar ki, hər məhəllədə hamam inşa edilib və onlar həm adlarına, həm də memarlıq üslubuna görə bir-birindən fərqlənib.

Dövlətimizin başçısı və birinci xanım əncir dərdilər, göyərçinlərə tamaşa etdilər.

Bakının bu qədim qəsəbəsi artıq yeni turizm marşrutu kimi təsdiqlənib. Bu, qəsəbədə yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək. Son zamanlar çoxsaylı internet səhifələrində və sosial media platformalarında Balaxanı qəsəbəsi ilə bağlı yayılan fotolar İtaliyanın məşhur “Si Viaggia” səyahət portalının diqqətini cəlb edib. Portalda “Turistləri və bloggerləri heyran edən Azərbaycan qəsəbəsi” adlı yazı da dərc olunub.

Onu da deyək ki, abadlıq prosesi həm də yerli sakinlər üçün yeni iş yerləri deməkdir. Prosesdə iştirak edənlərin 70 faizi məhz yerli sakinlərdən ibarət olub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı sakinləri ilə görüşdülər.

Sakinləri salamlayan Prezident İlham Əliyev dedi:

-Balaxanı kəndinin yeni dövrü başlayır. Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanıya mənim xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu, həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də əlbəttə ki, bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi. O zibilxanadan qalxan tüstülər faktiki olaraq havanı böyük dərəcədə çirkləndirirdi və insanların sağlamlığı üçün də bunun böyük ziyanı olmuşdur. Mən bu yaxınlarda həmin o layihə ilə bağlı televiziyalara müsahibəmdə öz sözlərimi dedim, təkrar etmək istəmirəm, vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona çevrilib və iş yerləri yaradılıb. Burada sənaye parkı, zibilyandırma zavodu fəaliyyət göstərir. Eyni zamanda, onun yanında yerləşən Böyükşor gölünün böyük hissəsi də artıq təmizlənib və gölün üzərindən yol da çəkilib. Ona görə indi gediş-gəliş üçün də yaxşı imkanlar yaradılıb.

O ki qaldı, işlərin bu mərhələsinə, o da göz qabağındadır. Bütün işlər böyük məhəbbətlə, zövqlə görülübdür. Həm infrastruktur layihələri, kanalizasiya, insanların rahatlığı üçün yaradılmış şərait, elektrik xətləri, binaların təmiri, dam örtükləri, yollar, küçələr, estetik görünüş - bütün bunlar bir məqsədlə edilir ki, burada yaşayan insanlar özlərini rahat hiss etsinlər, onlar üçün yaxşı şərait yaradılsın. Eyni zamanda, iş yerləri yaradılıbdır. Mənə verilən məlumata görə, burada yaşayan vətəndaşlar işlərə cəlb olunub. Onlar ağaclar, güllər, kollar yetişdirirlər və eyni zamanda, digər yerlərdən də gəlib burada işləyənlər var. Bütövlükdə bu abadlıq işlərində minə yaxın insan işlə təmin edilib.

Bu, işlərin birinci mərhələsidir. Hələ işlər başa çatmayıb. İşlərin böyük hissəsi başa çatıb. Ancaq hələ görüləsi işlər çoxdur və biz bunları da tədricən edəcəyik. Bir daha demək istəyirəm ki, əsas məqsəd Balaxanıda - bizim bu qədim yaşayış yerində, ölkəmizin qədim yaşayış məskənində insanlar rahat yaşasınlar, daha yaxşı yaşasınlar, işlə təmin olunsunlar, ekoloji vəziyyət yaxşı olsun, hava təmiz olsun, su təmiz olsun.

Əlbəttə ki, tarixi abidələrin bərpası və aşkarlanması da məqsədlərdən biri idi. Bu gün mənə göstərilən tarixi abidələrin bəziləri yerin altında idi. O cümlədən “Qum hamamı”, digər abidələr, XIV əsrdə inşa edilmiş abidələr, sovet vaxtında tikilmiş abidələr - onlar da bizim milli sərvətimizdir. Bu abidələr bir daha onu göstərir ki, bu kəndin çox qədim tarixi, qədim mədəniyyəti var. Çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilərdilər. O cümlədən ovdan, hamam - bu, mədəniyyət deməkdir.

Əlbəttə ki, Balaxanının gələcək inkişafı ilə bağlı fikirlər var. Artıq həm Bakı, həm də digər şəhərlərin sakinləri buraya gəlirlər, istirahət edirlər, gəzirlər, şəkil çəkdirirlər. Mənə verilən məlumata görə, xarici mətbuatda Balaxanı ilə bağlı materiallar dərc edilir. Avropada, Rusiyada televiziya kanallarında, internet saytlarında buraya maraq böyükdür. Əlbəttə ki, turistlərin axını daha böyük olacaq. Bu da qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaqdır. Yaxşı olardı ki, qəsəbə sakinləri turizmlə bağlı məsələlərdə fəal olsunlar və bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini qonaqlara təqdim edə bilsinlər. İndi inkişaf etmiş bir çox ölkələrin şəhərlərinin kiçik qəsəbələrində belə turizm, tarixi yerlərdə yerli sakinlər bütün ümumi işlərə qoşulurlar, həm pul qazanırlar, həm öz tarixi, mədəniyyəti haqqında məlumat verirlər, eyni zamanda, turistlər üçün də gözəl şərait yaradırlar. Ona görə bu, artıq insanların özlərindən asılı olacaq. Təbii ki, dövlət də lazımi kömək göstərəcək. Burada ictimai iaşə obyektləri, kafelər, çayxanalar turistləri cəlb edə biləcək digər obyektlər zövqlə yaradılsın ki, həyat fəal olsun, insanlar daha yaxşı yaşasınlar və xaricdən gələn qonaqlar bu gözəlliyi görə bilsinlər.

Mən bunu demişəm, siz Balaxanı sakinləri də bunu yaxşı bilirsiniz ki, Balaxanının çox böyük tarixi var. Ancaq bu tarix bir növ kənarda qalmışdı. Çünki burada həm ekoloji vəziyyətin pis olması, yolların bərbad vəziyyəti və digər problemlər imkan vermirdi ki, hətta Azərbaycan vətəndaşları da Balaxanı haqqında dolğun məlumata malik olsunlar. İndi isə Balaxanı, necə deyərlər, dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır. Mən demişdim ki, özüm gəlib baş çəkəcəyəm, görülən işlərlə tanış olacağam. Biz Mehriban xanımla elə buna görə gəlmişik. İşlərin böyük hissəsi artıq görülüb. Görüləcək işlər Balaxanının inkişafına daha da böyük təkan verəcəkdir. Sizi bir daha təbrik edirəm.

Sakinlər: Çox sağ olun, cənab Prezident.

Əlihəsən Vəliyev: Cənab Prezident, hörmətli Mehriban xanım, qəsəbəmizə göstərdiyiniz qayğıya görə bir ağsaqqal kimi, sakinlərimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sağ olun, var olun.

Prezident İlham Əliyev: Sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun. Burada istedadlı rəssamlar var. Siz rəssamsınız?

Emin Ələkbərov: Bəli.

Birinci xanım Mehriban Əliyeva: Çox gözəl. Bəzi əl işlərinizə baxdım, çox gözəldir, böyük zövqlə yaradılıb.

Emin Ələkbərov: Çalışmışıq ki, bacardığımızı edək. Yerli sakin olaraq çoxdankı arzularımızı həyata keçirdik, çalışdıq ki, öz potensialımızı göstərək.

Prezident İlham Əliyev: Biz də o şəkillərin önündə şəkil çəkdirdik.

Emin Ələkbərov: Təşəkkür edirik, Sizinlə qürur duyuruq. Mən Balaxanıda olan bütün sənətkarlar, elm adamları, ziyalılar, incəsənət, mədəniyyət xadimləri adından Sizə təşəkkürümü bildirirəm ki, bu cür gözəllikləri yaratmaqda bizə dəstək olmusunuz. Bir daha təşəkkür edirəm.

Prezident İlham Əliyev: Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə təqribən 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Ancaq əlbəttə ki, bunun yüz faiz surəti olmayacaq. Hər bir qəsəbənin özünəməxsus memarlıq üslubu var, tarixi var, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun. İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur - kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, insanların gündəlik qarşılaşdığı digər məsələlər həll olunur. Eyni zamanda, təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı və ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir. Eyni zamanda, gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünəxas görüntüsü olsun.

Vüsalə Səlimova: Çox sağ olun, cənab Prezident. Balaxanı kəndi dünya mətbuatında neftlə tanınırdı. Bundan sonra isə dünya mətbuatında bu gün Sizin köməyiniz, diqqətiniz nəticəsində aparılan bu gözəl abadlıq işləri ilə, məhz bu gözəlliklərlə tanınacaq. Buna görə də Sizə Balaxanı camaatı adından təşəkkürümüzü bildiririk.

Elçin Rikabov: Şahidi olduğumuz bütün bu gözəlliklərə görə mən də bir Balaxanı sakini kimi Sizə dərin təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Balaxanının mer-meyvəsi də gözəldir. Əncirdən dərdik, dadına baxdıq.

Birinci xanım Mehriban Əliyeva: Mənim yadıma düşdü, uşaq olanda Pirşağıda bizim bağımız var idi. Əncir tam o əncirdəndir, yaşıl, amma şirin.

Prezident İlham Əliyev: Mən dedim, o meyvələri də gərək qoruyasınız. Abşeronun üzüm növləri - “Şanı”, “Ağ şanı”, “Qara şanı” - indi bunlar azalıb, bəzi hallarda yoxa çıxıb. Amma onlar bal kimi şirin idi, özü də salxımlar qumun üstünə sallanırdı. Gərək biz o növləri unutmayaq, itirməyək. Onlar Abşerona xas olan gözəl nemətlərdir. Ona görə bu da nəzərə alınmalıdır.

Emin Ələkbərov: Çalışırıq bütün bu deyilənləri yerinə yetirək. Sözsüz ki, burada olan sənətkarlar milli dəyərlərimizi, köklərimizi yaşatmalıdırlar. Siz bizim keramika nümunələrimizi gördünüz. Bizim xalçaçılıq müəssisələrimiz var, burada gənc nəsil iş yerləri ilə təmin olunur. Yəni, gənc nəsil açılan bu yerlərdə artıq öz potensialını tətbiq edir və sözsüz ki, onlardan bəhrələnir.

Prezident İlham Əliyev: Elədir. Mən dəfələrlə demişəm, hələ Prezident kimi fəaliyyətə başlayanda ilk aylarda bunu demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik. Bax, budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik. Deyə bilərəm ki, bu gün biz neftlə zəngin ölkələr sırasında bu siyasətə görə dünya miqyasında qabaqcıl yerlərdəyik. Aparıcı beynəlxalq maliyyə qurumları da qeyd edirlər ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Neftlə zəngin olan ölkələrdə bəzi hallarda işsizlik baş alıb gedir. Səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir.

Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzidir. Dünyada neft hasilatı buradan başlayıb. İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi - qapqara, bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər hamısı qara və elə bil ki, ekoloji fəlakət zonası idi. Amma indi orada park salınıb. Biz Avropa Oyunlarının bəzi yarışlarını orada keçirdik. İndi marafon oradan başlayır. Orada incəsənət və idman şəhərcikləri, ölkəmizin ən böyük Su İdmanı Sarayı, bulvar yaradılıb. İkinci mərhələdə isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır. Orada da işlər gedir. Nə yerdərdir işlər?

“Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov: Cənab Prezident, Bibiheybət sözsüz ki, miqyas nöqteyi-nəzərdən buradan balacadır. Qəsəbənin yarısından çox hissəsi artıq abadlaşdırılıb. Hazırda bir küçəmiz qalıb. Orada da kanalizasiya işləri görülüb, bütün elektrik xətləri yerin altına salınıb.

Prezident İlham Əliyev: Ora da hazır olanda mənə deyin, gedib baxarıq. Bəli, Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzləridir. O vaxt Bibiheybətdə mən göstəriş verdim, dedim bütün dünya bilməlidir ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks etdirən hər hansı bir abidə var, yoxdur? Ona görə təklif etdim ki, orada qədim əşyalardan, tikinti materiallarından abidə kimi neft buruğunun maketi yaradılsın. İndi xaricdən gələn qonaqlar görürlər ki, dünyanın ən qədim neft quyusu harada qazılmışdır, əlbəttə ki, bu yerdə. Mən bu yaxınlarda demişəm, əgər o vaxt Azərbaycan müstəqil olsaydı, əgər o vaxt o neft bizim xalqımıza çatsaydı, bu gün biz dünyanın ən zəngin ölkəsi ola bilərdik. Amma biz müstəqilliyimizi bərpa edəndə Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində idi və bizim xalqımıza nə verdi? Bu, artıq ritorik sualdır. Ona görə bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik.

Ağsaqqal, xahiş edirəm, mənim salamlarımı bütün ağsaqqallara çatdırın. Siz də bütün gənclərə, bütün qadınlara, Balaxanının bütün sakinlərinə salamlarımı çatdırın. Bir daha demək istəyirəm, şadam ki, bu işlər artıq başa çatmaq üzrədir. Sağ olun.

Elçin Rikabov: Səmimi qəlbdən Sizə minnətdarıq. Cəmiyyət arasına çıxırıq, balacasından böyüyünədək hamısı deyir ki, Allah Sizə cansağlığı versin. İnanın, hər biri bu sözləri özünə uyğun ləhcədə deyir, rəsmi yox.

Birinci xanım Mehriban Əliyeva: Bütün sakinlərə bizim dərin hörmətimizi və salamlarımızı çatdırın. Sağ olun.

Sakinlər: Sağ olun, minnətdarıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar YENİLƏNİB-2  VİDEO

Gürcüstan dövləti dini icmalara maliyyə yardımı ayırıb

Ekspert: Türkiyə və Azərbaycan ilə mehriban və yaxşı münasibətlər Gürcüstan üçün xüsusilə vacibdir

Premyer Liqa: "Mançester Siti" "Çelsi"ni məğlub edib

Almaniyanın müxtəlif şəhərlərində on minlərlə əhali sağ ekstremizmə qarşı etiraz mitinqlərinə qatılıb

Belarusda prezident seçkilərində erkən səsvermə başa çatıb, seçicilərin 41,81 faizi səs verib

Superliqa: "Qalatasaray"dan vacib qələbə

Bundesliqa: “Bayer Leverkuzen”in 8 oyunluq qələbə seriyasına son qoyulub

İspaniya La Liqası: "Atletiko Madrid" çempionluq yolunda itki ilə üzləşib

Premyer Liqa: "Liverpul" və "Arsenal" turu qələbə ilə bitirib

Misli Premyer Liqasında XX turun daha iki oyunu keçirilib

Azərbaycanın güllə atıcısı Almaniyada bürünc medal qazanıb

Bakıda Çin Yeni ilinin qeyri-maddi mədəni irsi ictimaiyyətə təqdim olunub

İtaliya A Seriyası: "Atalanta" səfərdə üç xal qazanıb

Qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun keçirilib

"Neftçi" "Araz-Naxçıvan"la oyuna itkilərlə çıxacaq

Cəlilabadda otlaq sahəsində silah-sursat aşkarlanıb

Cənubi Koreya məhkəməsi Prezident Yun Sok Yolun həbs müddətini uzatmayıb

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib

Azərbaycanda ağacəkmə aksiyaları davam edir

Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib

Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

Hakim Rüstəm Cəfərov: Azərbaycanda qar voleybolunun gələcəyi ilə bağlı nikbinəm

Əməkdar məşqçi: Azərbaycanda ağırlıqqaldırma idman növü yüksək səviyyədə inkişaf edir

Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb

Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub VİDEO

Münxendə 23 polis avtomobili yandırılıb

Azər Əmiraslanov: Belarusda seçkilərə hazırlıq yüksək qiymətə layiqdir

Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir - Ekspert şərhi

Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib

Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Bakıda yeni quraşdırılmış işıqfor qəza nəticəsində yararsız vəziyyətə düşüb

Davos Forumu Azərbaycanın imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır RƏY

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan qlobal elitaların toplaşdığı Davos Forumunun əsas iştirakçılarından biridir ŞƏRH

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

İsveç partlayışların sayına görə rekord vurur: 24 gün ərzində 24 hadisə

Azərbaycanın dağlıq ərazilərinə qar yağacaq XƏBƏRDARLIQ

AMEA-nın Gəncə Bölməsinin elmi və təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

Yerli cəmiyyətin əxlaqi dəyərləri və sosial media təzyiqi: qlobal mesajların gələcək nəsillərin əxlaq anlayışına təsiri - RƏY

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri təşkil edilib

Azərbaycan Ordusunun hərbçilərinin təlim-metodiki toplanışı keçirilib

Türkiyədə çökən binanın dağıntıları altından bir nəfərin cəsədi tapılıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib

Qazaxıstanda neft bazasında partlayış olub

Türkiyə eksperti: Ermənilər Fransanın dəstəyi ilə “Qərbi Ermənistan” mifini təbliğ edirlər

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir VİDEO

Bakıda və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Akademik: Qarabağa, Şuşaya, Qərbi Azərbaycana və Qafqaz Albaniyasına həsr olunmuş 35-dən çox elmi iş araşdırılıb

FHN internat tipli ümumtəhsil məktəbində təlim təşkil edib

Qusar Dövlət Ləzgi Dram Teatrı "Sədəf" tamaşasını teatrsevərlərə təqdim edib

İtaliyada dəmir yolu işçiləri tətil edirlər

Rumıniyalı məşqçi yenidən "Neftçi"də işləyəcək

Avroliqa: “Fənərbağça” qalib gəlib, “Barselona” məğlub olub

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Quba, Xaçmaz və Qusar sakinləri ilə görüşünün vaxtı dəyişdirilib

"Azercell" və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsinə start verir

Roma Papası İtaliyada ən güvənilən ictimai xadimdir - SORĞU

Davos Forumu çərçivəsində Azərbaycanın qlobal əməkdaşlıq imkanları diqqət mərkəzində olub RƏY

Oğuz rayonunda ilk “Avtoklaster” layihəsinə başlanılır VİDEO

“Hərbçilər qardaşımın barmağını kəsib nişan üzüyünü götürmüşdülər” - Neftçalanın Qara Yanvarı VİDEO

Avrasiyanın “quru körpüsü” Horqos Çin-Avropa yük daşımalarının vacib nöqtəsidir VİDEO

Qanunsuz saxlanılan 4 avtomat, 10 tüfəng və 453 ədəd müxtəlif çaplı patron aşkarlanıb

“AzerGold” ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib

“Ordubad” əmtəə nişanlı bal məhsulu utilizasiya edilib

Ötən gün ölkə ərazisində qeydə alınan 44 cinayətin üstü açılıb

Ağsuda silahlı narkokuryerlər saxlanılıb

Faktiki hava açıqlanıb

Azərbaycanda ilk dəfə keçirilən qar voleybolu üzrə ölkə çempionatı start götürüb VİDEO

Şəmkirdə beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb - YENİLƏNİB

Misli Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Ötən il ərzində 35 mindən çox hüquqpozma faktı aşkar edilib

Parisdə azərbaycanlı gənc rejissorun filmi nümayiş olunub

Alimlər Altsheymer xəstəliyinə səbəb ola biləcək nadir genetik mutasiya aşkarlayıblar - ARAŞDIRMA

Pit Heqset Pentaqonun yeni rəhbəri vəzifəsinə təsdiqlənib

Britaniyalı nazir ABŞ-ın Britaniyaya tarif təzyiqlərinə etiraz edib

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

Çin və ABŞ-ın baş diplomatları arasında telefon danışığı olub

Dövlət Departamenti ABŞ-ın bütün xarici yardımlarını dayandırıb

Ciddə limanında bir milyondan çox psixotrop həb müsadirə edilib

Türkiyədə çökən binada aparılan axtarışlara 200 nəfər cəlb edilib - YENİLƏNİB

“Fənərbağça”nın sabiq baş məşqçisinin yeni klubu bəlli olub

Romada azərbaycanlı gənc rəssamların sərgisi açılıb VİDEO

Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Küveytdə terrorizmi maliyyələşdirən 38 nəfərin vətəndaşlığı ləğv edilib

Zaqatala sakini xəstəxanaya daxil olandan sonra anidən ölüb

Azərbaycan və Pakistan arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

“Kəpəz” yeni futbolçu transfer edib

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Almaniyada bir neçə məsciddə bomba xəbərdarlığı edilib

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

Bakıda Hindistanın Respublika Günü qeyd edilib