Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar YENİLƏNİB-2 VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Balaxanı qəsəbəsində aparılan abadlıq işləri barədə məlumat verildi.

Bildirildi ki, burada görülən işlər qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Qəsəbədəki Mirzə Ələkbər Sabir adına park da bərpa olunub.

Diqqətə çatdırıldı ki, Balaxanıdakı Şah Səfi karvansarayı 1635-1636-cı illərdə inşa olunub. Bu tarixi abidə yerli əhəng daşı materiallarından tikilib və əhali arasında Xacə Ruhulla imarəti kimi tanınıb.

Qeyd edək ki, Balaxanı Bakının ən qədim yaşayış yerlərindən biridir. XX əsrin əvvəllərindəki neft bumuna qədər Balaxanı Böyük İpək Yolunun üstündə yerləşdiyindən strateji mövqeyə sahib idi. Uzun əsrlər boyu bu yer Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəsəbədəki Hacı Şəhla Məscidi və Şakir ağa türbəsinin bərpası barədə də məlumat verildi. Bildirildi ki, Hacı Şəhla Məscidi XIV əsr memarlıq abidəsidir. Şakir ağa türbəsi Balaxanı abidələrinin ən qiymətlilərindən hesab olunur.

Qəsəbədəki Ovdan XIV əsrdə inşa olunub. Ovdanın mənbəyindən su götürmək üçün 40 pilləkən aşağı enmək lazımdır. Keçmişdə ovdan vasitəsilə Balaxanının içməli suya olan tələbatı ödənilib.

Balaxanının “Qum hamamı” bir-biri ilə əlaqəli 3 hissədən ibarətdir. Bu hamam da qəsəbənin tarixi tikililərindən hesab olunur. Onun inşası XIV əsrə təsadüf edir.

Məlumat verildi ki, Balaxanı qəsəbəsində vaxtilə 18 hamam olub. Demək olar ki, hər məhəllədə hamam inşa edilib və onlar həm adlarına, həm də memarlıq üslubuna görə bir-birindən fərqlənib.

Dövlətimizin başçısı və birinci xanım əncir dərdilər, göyərçinlərə tamaşa etdilər.

Bakının bu qədim qəsəbəsi artıq yeni turizm marşrutu kimi təsdiqlənib. Bu, qəsəbədə yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək. Son zamanlar çoxsaylı internet səhifələrində və sosial media platformalarında Balaxanı qəsəbəsi ilə bağlı yayılan fotolar İtaliyanın məşhur “Si Viaggia” səyahət portalının diqqətini cəlb edib. Portalda “Turistləri və bloggerləri heyran edən Azərbaycan qəsəbəsi” adlı yazı da dərc olunub.

Onu da deyək ki, abadlıq prosesi həm də yerli sakinlər üçün yeni iş yerləri deməkdir. Prosesdə iştirak edənlərin 70 faizi məhz yerli sakinlərdən ibarət olub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı sakinləri ilə görüşdülər.

Sakinləri salamlayan Prezident İlham Əliyev dedi:

-Balaxanı kəndinin yeni dövrü başlayır. Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanıya mənim xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu, həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də əlbəttə ki, bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi. O zibilxanadan qalxan tüstülər faktiki olaraq havanı böyük dərəcədə çirkləndirirdi və insanların sağlamlığı üçün də bunun böyük ziyanı olmuşdur. Mən bu yaxınlarda həmin o layihə ilə bağlı televiziyalara müsahibəmdə öz sözlərimi dedim, təkrar etmək istəmirəm, vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona çevrilib və iş yerləri yaradılıb. Burada sənaye parkı, zibilyandırma zavodu fəaliyyət göstərir. Eyni zamanda, onun yanında yerləşən Böyükşor gölünün böyük hissəsi də artıq təmizlənib və gölün üzərindən yol da çəkilib. Ona görə indi gediş-gəliş üçün də yaxşı imkanlar yaradılıb.

O ki qaldı, işlərin bu mərhələsinə, o da göz qabağındadır. Bütün işlər böyük məhəbbətlə, zövqlə görülübdür. Həm infrastruktur layihələri, kanalizasiya, insanların rahatlığı üçün yaradılmış şərait, elektrik xətləri, binaların təmiri, dam örtükləri, yollar, küçələr, estetik görünüş - bütün bunlar bir məqsədlə edilir ki, burada yaşayan insanlar özlərini rahat hiss etsinlər, onlar üçün yaxşı şərait yaradılsın. Eyni zamanda, iş yerləri yaradılıbdır. Mənə verilən məlumata görə, burada yaşayan vətəndaşlar işlərə cəlb olunub. Onlar ağaclar, güllər, kollar yetişdirirlər və eyni zamanda, digər yerlərdən də gəlib burada işləyənlər var. Bütövlükdə bu abadlıq işlərində minə yaxın insan işlə təmin edilib.

Bu, işlərin birinci mərhələsidir. Hələ işlər başa çatmayıb. İşlərin böyük hissəsi başa çatıb. Ancaq hələ görüləsi işlər çoxdur və biz bunları da tədricən edəcəyik. Bir daha demək istəyirəm ki, əsas məqsəd Balaxanıda – bizim bu qədim yaşayış yerində, ölkəmizin qədim yaşayış məskənində insanlar rahat yaşasınlar, daha yaxşı yaşasınlar, işlə təmin olunsunlar, ekoloji vəziyyət yaxşı olsun, hava təmiz olsun, su təmiz olsun.

Əlbəttə ki, tarixi abidələrin bərpası və aşkarlanması da məqsədlərdən biri idi. Bu gün mənə göstərilən tarixi abidələrin bəziləri yerin altında idi. O cümlədən “Qum hamamı”, digər abidələr, XIV əsrdə inşa edilmiş abidələr, sovet vaxtında tikilmiş abidələr - onlar da bizim milli sərvətimizdir. Bu abidələr bir daha onu göstərir ki, bu kəndin çox qədim tarixi, qədim mədəniyyəti var. Çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilərdilər. O cümlədən ovdan, hamam - bu, mədəniyyət deməkdir.

Əlbəttə ki, Balaxanının gələcək inkişafı ilə bağlı fikirlər var. Artıq həm Bakı, həm də digər şəhərlərin sakinləri buraya gəlirlər, istirahət edirlər, gəzirlər, şəkil çəkdirirlər. Mənə verilən məlumata görə, xarici mətbuatda Balaxanı ilə bağlı materiallar dərc edilir. Avropada, Rusiyada televiziya kanallarında, internet saytlarında buraya maraq böyükdür. Əlbəttə ki, turistlərin axını daha böyük olacaq. Bu da qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaqdır. Yaxşı olardı ki, qəsəbə sakinləri turizmlə bağlı məsələlərdə fəal olsunlar və bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini qonaqlara təqdim edə bilsinlər. İndi inkişaf etmiş bir çox ölkələrin şəhərlərinin kiçik qəsəbələrində belə turizm, tarixi yerlərdə yerli sakinlər bütün ümumi işlərə qoşulurlar, həm pul qazanırlar, həm öz tarixi, mədəniyyəti haqqında məlumat verirlər, eyni zamanda, turistlər üçün də gözəl şərait yaradırlar. Ona görə bu, artıq insanların özlərindən asılı olacaq. Təbii ki, dövlət də lazımi kömək göstərəcək. Burada ictimai iaşə obyektləri, kafelər, çayxanalar turistləri cəlb edə biləcək digər obyektlər zövqlə yaradılsın ki, həyat fəal olsun, insanlar daha yaxşı yaşasınlar və xaricdən gələn qonaqlar bu gözəlliyi görə bilsinlər.

Mən bunu demişəm, siz Balaxanı sakinləri də bunu yaxşı bilirsiniz ki, Balaxanının çox böyük tarixi var. Ancaq bu tarix bir növ kənarda qalmışdı. Çünki burada həm ekoloji vəziyyətin pis olması, yolların bərbad vəziyyəti və digər problemlər imkan vermirdi ki, hətta Azərbaycan vətəndaşları da Balaxanı haqqında dolğun məlumata malik olsunlar. İndi isə Balaxanı, necə deyərlər, dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır. Mən demişdim ki, özüm gəlib baş çəkəcəyəm, görülən işlərlə tanış olacağam. Biz Mehriban xanımla elə buna görə gəlmişik. İşlərin böyük hissəsi artıq görülüb. Görüləcək işlər Balaxanının inkişafına daha da böyük təkan verəcəkdir. Sizi bir daha təbrik edirəm.

Sakinlər: Çox sağ olun, cənab Prezident.

Əlihəsən Vəliyev: Cənab Prezident, hörmətli Mehriban xanım, qəsəbəmizə göstərdiyiniz qayğıya görə bir ağsaqqal kimi, sakinlərimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sağ olun, var olun.

Prezident İlham Əliyev: Sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun. Burada istedadlı rəssamlar var. Siz rəssamsınız?

Emin Ələkbərov: Bəli.

Birinci xanım Mehriban Əliyeva: Çox gözəl. Bəzi əl işlərinizə baxdım, çox gözəldir, böyük zövqlə yaradılıb.

Emin Ələkbərov: Çalışmışıq ki, bacardığımızı edək. Yerli sakin olaraq çoxdankı arzularımızı həyata keçirdik, çalışdıq ki, öz potensialımızı göstərək.

Prezident İlham Əliyev: Biz də o şəkillərin önündə şəkil çəkdirdik.

Emin Ələkbərov: Təşəkkür edirik, Sizinlə qürur duyuruq. Mən Balaxanıda olan bütün sənətkarlar, elm adamları, ziyalılar, incəsənət, mədəniyyət xadimləri adından Sizə təşəkkürümü bildirirəm ki, bu cür gözəllikləri yaratmaqda bizə dəstək olmusunuz. Bir daha təşəkkür edirəm.

Prezident İlham Əliyev: Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə təqribən 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Ancaq əlbəttə ki, bunun yüz faiz surəti olmayacaq. Hər bir qəsəbənin özünəməxsus memarlıq üslubu var, tarixi var, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun. İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur – kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, insanların gündəlik qarşılaşdığı digər məsələlər həll olunur. Eyni zamanda, təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı və ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir. Eyni zamanda, gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünəxas görüntüsü olsun.

Vüsalə Səlimova: Çox sağ olun, cənab Prezident. Balaxanı kəndi dünya mətbuatında neftlə tanınırdı. Bundan sonra isə dünya mətbuatında bu gün Sizin köməyiniz, diqqətiniz nəticəsində aparılan bu gözəl abadlıq işləri ilə, məhz bu gözəlliklərlə tanınacaq. Buna görə də Sizə Balaxanı camaatı adından təşəkkürümüzü bildiririk.

Elçin Rikabov: Şahidi olduğumuz bütün bu gözəlliklərə görə mən də bir Balaxanı sakini kimi Sizə dərin təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Balaxanının mer-meyvəsi də gözəldir. Əncirdən dərdik, dadına baxdıq.

Birinci xanım Mehriban Əliyeva: Mənim yadıma düşdü, uşaq olanda Pirşağıda bizim bağımız var idi. Əncir tam o əncirdəndir, yaşıl, amma şirin.

Prezident İlham Əliyev: Mən dedim, o meyvələri də gərək qoruyasınız. Abşeronun üzüm növləri – “Şanı”, “Ağ şanı”, “Qara şanı” - indi bunlar azalıb, bəzi hallarda yoxa çıxıb. Amma onlar bal kimi şirin idi, özü də salxımlar qumun üstünə sallanırdı. Gərək biz o növləri unutmayaq, itirməyək. Onlar Abşerona xas olan gözəl nemətlərdir. Ona görə bu da nəzərə alınmalıdır.

Emin Ələkbərov: Çalışırıq bütün bu deyilənləri yerinə yetirək. Sözsüz ki, burada olan sənətkarlar milli dəyərlərimizi, köklərimizi yaşatmalıdırlar. Siz bizim keramika nümunələrimizi gördünüz. Bizim xalçaçılıq müəssisələrimiz var, burada gənc nəsil iş yerləri ilə təmin olunur. Yəni, gənc nəsil açılan bu yerlərdə artıq öz potensialını tətbiq edir və sözsüz ki, onlardan bəhrələnir.

Prezident İlham Əliyev: Elədir. Mən dəfələrlə demişəm, hələ Prezident kimi fəaliyyətə başlayanda ilk aylarda bunu demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik. Bax, budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik. Deyə bilərəm ki, bu gün biz neftlə zəngin ölkələr sırasında bu siyasətə görə dünya miqyasında qabaqcıl yerlərdəyik. Aparıcı beynəlxalq maliyyə qurumları da qeyd edirlər ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Neftlə zəngin olan ölkələrdə bəzi hallarda işsizlik baş alıb gedir. Səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir.

Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzidir. Dünyada neft hasilatı buradan başlayıb. İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi - qapqara, bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər hamısı qara və elə bil ki, ekoloji fəlakət zonası idi. Amma indi orada park salınıb. Biz Avropa Oyunlarının bəzi yarışlarını orada keçirdik. İndi marafon oradan başlayır. Orada incəsənət və idman şəhərcikləri, ölkəmizin ən böyük Su İdmanı Sarayı, bulvar yaradılıb. İkinci mərhələdə isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır. Orada da işlər gedir. Nə yerdərdir işlər?

“Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov: Cənab Prezident, Bibiheybət sözsüz ki, miqyas nöqteyi-nəzərdən buradan balacadır. Qəsəbənin yarısından çox hissəsi artıq abadlaşdırılıb. Hazırda bir küçəmiz qalıb. Orada da kanalizasiya işləri görülüb, bütün elektrik xətləri yerin altına salınıb.

Prezident İlham Əliyev: Ora da hazır olanda mənə deyin, gedib baxarıq. Bəli, Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzləridir. O vaxt Bibiheybətdə mən göstəriş verdim, dedim bütün dünya bilməlidir ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks etdirən hər hansı bir abidə var, yoxdur? Ona görə təklif etdim ki, orada qədim əşyalardan, tikinti materiallarından abidə kimi neft buruğunun maketi yaradılsın. İndi xaricdən gələn qonaqlar görürlər ki, dünyanın ən qədim neft quyusu harada qazılmışdır, əlbəttə ki, bu yerdə. Mən bu yaxınlarda demişəm, əgər o vaxt Azərbaycan müstəqil olsaydı, əgər o vaxt o neft bizim xalqımıza çatsaydı, bu gün biz dünyanın ən zəngin ölkəsi ola bilərdik. Amma biz müstəqilliyimizi bərpa edəndə Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində idi və bizim xalqımıza nə verdi? Bu, artıq ritorik sualdır. Ona görə bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik.

Ağsaqqal, xahiş edirəm, mənim salamlarımı bütün ağsaqqallara çatdırın. Siz də bütün gənclərə, bütün qadınlara, Balaxanının bütün sakinlərinə salamlarımı çatdırın. Bir daha demək istəyirəm, şadam ki, bu işlər artıq başa çatmaq üzrədir. Sağ olun.

Elçin Rikabov: Səmimi qəlbdən Sizə minnətdarıq. Cəmiyyət arasına çıxırıq, balacasından böyüyünədək hamısı deyir ki, Allah Sizə cansağlığı versin. İnanın, hər biri bu sözləri özünə uyğun ləhcədə deyir, rəsmi yox.

Birinci xanım Mehriban Əliyeva: Bütün sakinlərə bizim dərin hörmətimizi və salamlarımızı çatdırın. Sağ olun.

Sakinlər: Sağ olun, minnətdarıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar YENİLƏNİB-2  VİDEO

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform“u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

“Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici ölkələrə göndərilən Azərbaycan Respublikası vətəndaşlarının sayı və tərkibi haqqında” 1 №-li (emiqrasiya) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 26 sentyabr tarixli 73/6 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

“Dəniz limanlarının işi haqqında” 12-liman №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Dəniz limanlarında yüklərin yüklənməsi-boşaldılması, hərəkəti, mövcudluğu (qalığı) və baş vermiş qəzalar haqqında” 9 №-li (liman) aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 9 aprel tarixli 29/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli 2/18 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq