RƏSMİ XRONİKA


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin