Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar YENİLƏNİB 2 VİDEO

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olunan, xalqımızın qədim və zəngin tarixini sübut edən İçərişəhərdə birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa-konservasiya işləri Qoşa Qala qapılarını da əhatə edib.

Bu qapılar sonuncu dəfə 1956-1957-ci illərdə təmir edilib. Mütəxəssislərin 2 il əvvəl apardığı müşahidələrin nəticəsinə əsasən abidədə həm daxildən, həm də xarici tərəfdən çatlar, deformasiyalar aşkar olunub. Qoşa Qala qapılarının və qala divarlarının Əziz Əliyev küçəsinə bitişik hissəsinin bərpa və möhkəmləndirmə işləri 2018-2019-cu illərdə həyata keçirilib. Görülən işlər nəticəsində bu qapıların tağlı keçidlərinin hörgüsü möhkəmləndirilib, gözətçi qülləsinə qalxan yollar və pillələr, qala divarının bu hissədən keçən “əsgər yolu” bərpa edilib.

Dövlətimizin başçısına və birinci xanıma “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bu il görülən və gələn il icra olunacaq işlər barədə məlumat verildi.

Bildirildi ki, burada uşaq əyləncə və idman meydançası yaradılıb. İçərişəhərdə XV əsr abidəsi olan "Buxara" karvansarasına bitişik ərazidə yardımçı sahə kimi istifadə edilən binada "Sənət və sənətkarlıq" adlı ənənəvi sənət mərkəzinin yaradılması planlaşdırılır. Paytaxtda ilk olaraq belə bir mərkəzin yaradılmasında məqsəd Azərbaycanda yaşayıb-yaradan çox sayda istedadlı sənətkarı bir araya gətirərək, onların əl işlərinin satışı və sərgilənməsi, ustad dərslərinin keçirilməsi üçün vahid məkanın qurulmasıdır. Bundan başqa, “İçərişəhər” sərgi qalereyasının da yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya 2018-ci ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "İstedArt" layihəsi barədə də məlumat verildi.

Qeyd edildi ki, layihə Bakı şəhərində, eləcə də ətraf qəsəbə və kəndlərdə yerləşən sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan uşaqlar üçün 10 internat məktəbini və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin uşaq və yeniyetmələrini əhatə edir. İndiyədək layihədə 154 istedadlı uşaq və yeniyetmə iştirak edib. İndi layihənin 5-ci mövsümünə hazırlıq gedir. Növbəti mərhələyə 23 uşaq cəlb edilib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama baxdılar.

Məlumat verildi ki, hamamın konservasiya-bərpa işləri iki il ərzində həyata keçirilib. Burada aparılan işlər zamanı xeyli sayda arxeoloji tapıntı da üzə çıxıb. Hamamda ümumilikdə 85 artefakt aşkarlanıb. Bütün Şərq hamamlarında olduğu kimi, temperatur rejiminin saxlanılması məqsədilə bu hamamın da yarısı yerin altında, yarısı isə üstündə inşa olunub. Buna görə də hamamın içi qışda isti, yayda isə sərin olurdu. Hər bir hamamda olduğu kimi, bu hamamın da qazanxana binası var.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qazanxana binasına baxdılar.

Qeyd edək ki, burada ən maraqlı məqamlardan biri də yeraltı yolların olmasıdır. Ümumilikdə, İçərişəhərdə bir neçə hamam olub. Onların arasında Şirvanşahların sarayı, Qasım bəy, Hacı Bani, Yeraltı, Ağa Mikayıl və Ağa Zeynal hamamları İçərişəhərdə bu günədək qorunan tarixi abidələrdir.

İçərişəhərdə XVII-XVIII əsrə aid Bakı Xanlarının Evi və ya Bakı Xan Sarayı Kompleksi də Qoşa Qala qapılarının yaxınlığında yerləşir. Kompleksdən xanlığın sonrakı hakimləri tərəfindən 1806-cı ilədək iqamətgah kimi istifadə olunub. Onun tərkibinə yaşayış binaları, Xan bağı, Yeraltı hamam, Orta əsrə aid ovdan, dulusçuluq emalatxanasının qalıqları, suarıtma sistemi, Xan məscidi daxildir. Burada bərpa və konservasiya, həmçinin abadlıq işlərinə 2018-ci ilin sentyabrından başlanılıb.

Ərazidə “Baqqal” suvenir və ənənəvi sənətkarlıq nümunələrinin sərgi və satış qalereyası, Kitab evi və milli yeməklərin təqdim olunduğu kafe də var.

Bakı Xan Sarayı Kompleksinin ətraf ərazisində gözəl park salınıb. Bu park şübhəsiz ki, paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ən sevimli istirahət məkanlarından biri olacaq.

Bakı şəhərinin tarixində əhəmiyyətli yeri olan Bakı Xan Sarayı yaxın gələcəkdə əsaslı yenidənqurma, konservasiya və bərpa işlərindən sonra muzey şəklində ictimaiyyətə təqdim ediləcək. Burada qədim Bakının tarixi müasir, dinamik və rəqəmsal formada canlandırılaraq geniş ziyarətçi kütləsinə nümayiş olunacaq. Muzeydə audiobələdçilər, virtual reallıq texnologiyasının imkanlarından istifadə olunmaqla ayrı-ayrı mövzular üzrə ayrılmış otaqlarda tarixi keçmişi əks etdirən bədii-tarixi və animasiya filmləri təqdim ediləcək. Hazırda layihə üzrə işlər davam etdirilir və onun açılışı 2020-ci ilin sonuna planlaşdırılır. Burada aparılan işlər “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir.

Bakı Xan Sarayı Kompleksinin bir hissəsi olan Xan məscidinin binası İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin istifadəsinə verilib. Mərkəz 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. Mərkəzin binasında keramika, batika, zərgərlik, taxta və dekorativ rəngkarlıq kimi 4 fərqli dekorativ tətbiqi sənət növünü özündə birləşdirən “DASTAN” milli brendinin yeni şourumu və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi tərəfindən ustad dərslərinin keçirilməsi, əl işlərinin satışı və sərgilənməsi üçün vahid məkan yaradılıb.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar YENİLƏNİB 2 VİDEO

Dövlət Akademik Filarmoniya mövsümü simfonik orkestrin yubiley konserti ilə başa vurub

İtaliyada 10 minə yaxın məhbus azadlığa buraxıla bilər

Dövlət Agentliyinin sədri: Peşə təhsilində mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçirik

Brüssel Kiyevə ABŞ silahlarının tədarükünü öz büdcəsindən maliyyələşdirə bilməyəcək

İndoneziyalı doktorantlar beynəlxalq elmi nüfuzuna görə BDU-nu seçiblər

NASA “super-Yer” planeti kəşf edib

Dövlət Agentliyi: Yanvar-may aylarında 329 istehlakçı müraciəti təmin olunub

İraqda yenidən qurulan Mosul beynəlxalq hava limanının açılışı olub

“Karvan”ın yeni baş məşqçisi: Əzmkar komanda formalaşdırmaq və çempionata rəng qatmaq istəyirik - MÜSAHİBƏ

Süleyman Allahverdiyev dünyanın ən nüfuzlu tədqiqatçılarından biri kimi tanınıb

Səudiyyə Ərəbistanında ərzaq mağazalarında tütün məhsullarının satışı qadağan olunub

Böyük Britaniyada inflyasiya proqnozları üstələyib

Almaniya XİN: İrana qarşı sanksiyaların tətbiqi hələ də gündəmdədir

Sumqayıtda narkoşəbəkənin iki üzvü saxlanılıb VİDEO

Sumqayıtda narkoşəbəkənin iki üzvü saxlanılıb VİDEO

İran Oman dənizində yanacaq daşıyan xarici tankeri ələ keçirib

"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

“Qəbələ” klubunun prezidenti: Bəzi futbolçulardan cavab gözləyirik - AÇIQLAMA

ADPU-nun Quba filialının nümayəndə heyəti AZƏRTAC-da olub

OPEC qarşıdakı iki il üçün neftə tələbatla bağlı proqnozlarını dəyişməyib

Milli Kitabxanada Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin yubileyi münasibətilə kitab sərgisi açılıb

Si Cinpin ŞƏT Xarici İşlər Nazirləri Şurası iclasının iştirakçılarını qəbul edib

Çində Ümumdünya Gənclər Forumu keçirilir

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib VİDEO

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib VİDEO

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

Dubayda “Triatlon T100” yarışının ikinci buraxılışı keçiriləcək

Çimərlik futbolu üzrə Azərbaycan çempionu bəlli olub

“Real Madrid”in sabiq baş məşqçisi Oman millisinə rəhbərlik edəcək

Otuz bir il sonra nəşi tapılan şəhidin həyat yoldaşı: Az da olsa ümidim var idi ki, sağ-salamat qayıdacaq...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Türkmənistan Xalq Məsləhətinin sədri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan Xalq Məsləhəti sədrinin qızı Oquldjaxan Atabayeva ilə görüşüb

Meksika Prezidenti ABŞ-ın pomidor idxalına tətbiq etdiyi rüsumu ədalətsiz adlandırıb

Yeni Zelandiya iqlim dəyişikliyi fonunda dövlət mənzil siyasətini yenidən nəzərdən keçirir

FHN rəsmisi: Nəqliyyat vasitələrində baş verən yanğınların sayı azalıb

Azərbaycanlı alimlər yüksək texnologiyalı funksional materiallar üçün yeni Şiff əsaslar yaradıblar

Sabah havanın temperaturu 40 dərəcəyədək artacaq, bəzi yerlərdə yağış yağacaq

® “Forbes Georgia” və “Caspian Energy Club” birgə forum keçirəcək

Hanoyda Vyetnam-Azərbaycan biznes-forumu keçirilir

Döyüş meydanında qazanılan uğurları diplomatik cəbhədə təsdiqlədən Azərbaycan Liderinin diplomatik strategiyasına baxış - TƏHLİL

Luis Dias "Liverpul" rəhbərliyinə klubdan ayrılmaq istədiyini bildirib

İran parlamenti: ABŞ-la danışıqlar yalnız əvvəlcədən müəyyən edilmiş şərtlərlə mümkün ola bilər

Fransua Bayru və büdcə planı: Reallıqdan uzaq gözləntilər

DİM-in şöbə müdiri: Magistraturaya qəbul imtahanlarında dəyişiklik nəzərdə tutulmayıb

Yüksək internet sürəti üçün mənzillərə çəkilən “ethernet” kabellərin texniki uyğunluğuna diqqət yetirilməlidir

KU Leuven Universitetini 20 yaşlı azərbaycanlı gənc fərqlənmə diplomu ilə bitirib

AQTA işğaldan azad olunmuş ərazilərdə fitosanitar monitorinqlər keçirib

Media: Aİ-nin yeni büdcəsində Ukraynaya 88 milyard avro yardım nəzərdə tutulur

“Su şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçirilib

Zelenski: Rusiya Ukraynanın energetika infrastrukturunu hədəf alıb VİDEO

Zelenski: Rusiya Ukraynanın energetika infrastrukturunu hədəf alıb VİDEO

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb

DİN rəsmisi: Yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında təbliğat və maarifləndirmə önəmlidir

Finlandiya ruslara və beloruslara daşınmaz əmlak satışını qadağan edib

Media: Fransa Ukrayna üçün ABŞ-dan silah alınmasında iştirak etməyəcək

Milli Mətbuatın 150 illiyinə həsr olunmuş intellektual yarış

Məleykə Abbaszadə: Subbakalavrların ali məktəblərə qəbul qaydaları dəyişməyib VİDEO

Məleykə Abbaszadə: Subbakalavrların ali məktəblərə qəbul qaydaları dəyişməyib VİDEO

“Teatral Akademiya” layihəsi regional teatrların inkişafına töhfə verir

Avropa çempionu olan boksçu: Ən böyük hədəfim Olimpiya Oyunlarında uğur qazanmaqdır

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

Rezidentura və magistraturaya qəbul imtahanları elektronlaşdırılacaq VİDEO

Rezidentura və magistraturaya qəbul imtahanları elektronlaşdırılacaq VİDEO

Mononatrium qlütamat: Sağlamlığa təsiri və istifadəsinə nəzarət

Ukrayna Ali Radasının komitəsi Baş nazirin istefasını təsdiq edib

Ali məktəblərdə ödənişli əsaslarla plan yerlərinin 90 faiz dolacağı gözlənilir VİDEO

Ali məktəblərdə ödənişli əsaslarla plan yerlərinin 90 faiz dolacağı gözlənilir VİDEO

Bu gün Əməkdar memar Rasim Əliyevin doğum günüdür

® “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub

Xüsusi ehtiyacı olan şəxslərə dəstək məqsədilə xeyriyyə konserti təşkil olunub

DİM sədri: Ən bilikli şagirdlər daha çox tibb ixtisaslarına üz tuturlar VİDEO

DİM sədri: Ən bilikli şagirdlər daha çox tibb ixtisaslarına üz tuturlar VİDEO

Məleykə Abbaszadə: İl ərzində 12 mövzu üzrə ictimai müzakirə aparılacaq VİDEO

Məleykə Abbaszadə: İl ərzində 12 mövzu üzrə ictimai müzakirə aparılacaq VİDEO

DİM sədri: İlin sonuna qədər 22 məlumat toplusu ictimaiyyətə təqdim olunacaq VİDEO

DİM sədri: İlin sonuna qədər 22 məlumat toplusu ictimaiyyətə təqdim olunacaq VİDEO

“Hürriyet” qəzeti: Ermənistan Rusiyanı nəqliyyat layihələrindən kənarlaşdıra bilər

“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Fövqəladə hallar naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək

“Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların maliyyə və təsərrüfat fəaliyyəti göstəricilərinin qeydiyyata alınması qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 12 yanvar tarixli 3 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimini reallaşdırıb

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 noyabr tarixli 229 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

FAO: Ət və süd məhsulları istehsalının qlobal artması fonunda karbon emissiyaları da güclənəcək

Əlilliyi olan şəxslərə 69 min reabilitasiya vasitəsi verilib

“Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub

BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib

Altun Süleymanov: Mən Azərbaycanın səsi olmaq və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək istəyirəm VİDEO

Altun Süleymanov: Mən Azərbaycanın səsi olmaq və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək istəyirəm VİDEO

® “Birbank Biznes”in dəstəyi ilə keçirilən “She’s Next” təşəbbüsünün qalibləri müəyyənləşib

® “Prime Cotton” bu il Beyləqanda taxıl yığımında rekord vurub

UEFA Çempionlar Liqası: Bu gün “Qarabağ”ın rəqibi müəyyənləşəcək

Ekspert: ECO platforması regional əməkdaşlıq üçün böyük potensiala malikdir – MÜSAHİBƏ

Premyer Liqa klubunun yeni baş məşqçisi məlum olub

“Azərreyl”in baş məşqçisi: İnanırıq ki, Serbiya klubunu keçəcəyik

MHX: Bəzi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb

Daha bir itkin-şəhidin dəfn mərasimi olacaq

NİİM: Altı ayda moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 4 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb

DİN: Yabanı halda bitən 2 tondan çox çətənə kolu məhv edilib

® “Kontakt”da alış-veriş artıq “SİMA İmza” ilə!

“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

“Əkinçi”- 150: Gələcəyə ismarıc

Qızıl və gümüşün bahalaşması davam edir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlaşırlar