Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub YENİLƏNİB VİDEO

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 10-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi, döyüş texnikası və silah-sursatla tanış olub.

AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Sonra Elçin Quliyev görülən işlər barədə məlumat verdi.

Dövlətimizin başçısına “Savalan” tipli müasir sərhəd gözətçi gəmisinin layihəsi, həmçinin “Milli Boat” proqramı çərçivəsində yeni itisürətli üzmə vasitələri, yedək gəmiləri təqdim olundu.

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tikintisini əks etdirən videoçarxa baxdı, onların texniki göstəriciləri ilə tanış oldu.

Sonra Prezident İlham Əliyevə yeni xüsusi təyinatlı döyüş texnikası və silah-sursat, pilotsuz uçan aparatlar, tank əleyhinə idarə olunan raketlər, lazer hədəf tuşlama sistemləri, termal müşahidə cihazları təqdim olundu. Bu döyüş texnikası və silah-sursat dünyanın ən aparıcı ölkələrinin məhsullarıdır.

Qeyd edək ki, Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısının 2005-ci ilin fevralında imzaladığı Fərmanla sərhəd gözətçi gəmilər dəstəsinin əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təsis edilməsi nəticəsində Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yarandı. Dövlət Sərhəd Xidməti dənizdə sərhəd mühafizəsinin təşkili üzrə beynəlxalq təcrübədən istifadə edərək Xəzərdə səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması istiqamətində mühüm işlər gördü.

Prezident İlham Əliyevə mobil qida maşınlarının istehsalı, sərhəd gözətçi katerlərin təmiri üçün nəzərdə tutulmuş texnika nümayiş olundu. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində xidmətin istifadəsində olan üzmə vasitələrinin, o cümlədən gəmilərin inşası və təmirini yüksək səviyyədə aparmaq üçün müasir qurğular quraşdırılıb. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində hərbi və mülki təyinatlı müxtəlif məhsulların istehsalı və təmiri nəzərdə tutulub.

Dövlətimizin başçısına, həmçinin dövlət sərhədlərinin mühafizəsində yeni tətbiq olunan səhra qərargahları, səhra yataqxanaları və sərhədçilərin səhra məişət xidmətləri barədə məlumat verildi.

Bu gün sərhədçi dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xüsusi diqqət mərkəzində saxlanılır. Xidmətin Sahil Mühafizəsinin şəxsi heyətinin cəlb olunduğu müxtəlif mövzulu döyüş və taktiki təlimlərin hər il keçirilməsi döyüş hazırlığının yüksəldilməsində, ekstremal şəraitdə peşə vərdişlərinin möhkəmləndilməsində böyük rol oynayır. Ötən ilin avqustunda “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhlükəsizliyinin təmin olunması” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində döyüş atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət böyük məharət nümayiş etdirib.

2018-ci il avqustun 12-də Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında milli diplomatiyamızın növbəti uğuru olan və dövlət maraqlarımızın qorunması üçün mühüm əhəmiyyət kəsb edən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması ilə dənizdə dövlət sərhədlərimizin mühafizəsi üzrə xidməti fəaliyyət yeni müstəvidə təşkil olundu.

Sonra dövlətimizin başçısı “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən il aprelin 30-da təməlini qoyduğu və qısa müddətdə inşası yekunlaşdırılmış yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub YENİLƏNİB VİDEO

Yanvarda 352-si əkiz, 12 üçəm doğulub

ATGTİ sədri: Novruz bayramı gənclər arasında kreativ şəkildə təbliğ olunmalıdır

Mərkəzi Bank Balakəndə vətəndaşlarla səyyar görüş keçirəcək

Dünyadakı müasir çağırışlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur - ŞƏRH

BDU və Pakistanın COMSATS Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb

Ötən il Azərbaycanın siyasi sabitliyini, iqtisadi inkişafını və sosial rifahını artıran bir il kimi yadda qalıb - ŞƏRH

® “FCHAIN” gənc gimnast Züleyxa Şabanovanı ad günü münasibətilə təbrik edib

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 4,6 faiz artıb

Milli Aviasiya Akademiyasının müəllim və tələbələri “Starteck AZTR” proqramına qoşulublar

Əziz Ələkbərli: Qərbi Azərbaycana böyük qayıdış bizim strateji hədəfimizdir

Avropa İttifaqı Kiyevə 3,5 milyard avro dəyərində daha bir yardım tranşını təsdiqləyib

Lyova Mnatsakanyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb

İctimai iaşə dövriyyəsi artıb

Mirzə Uluqbəy adına Füzuli şəhər məktəbində bayram konserti təşkil edilib

“Sosial iş və sosial tədqiqat” mövzusunda beynəlxalq konfransına hazırlıq işləri davam edir

“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir” – Qaynaqçı qadın işi ilə hər kəsi heyran qoyub FOTO

Bu ilin iki ayında hər bir istehlakçı məhsul və xidmətlərə orta hesabla 577,6 manat xərcləyib

AMADA nümayəndələri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblər

Valentina Matviyenko: Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir

Yanvarda 4700-dən çox cütlük nikaha daxil olub

“Arsenal” yayda hücumçu və yarımmüdafiəçi transfer etməyi planlaşdırır

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

Kreml Rusiya və ABŞ prezidentlərinin qarşıdakı danışıqlarının detallarını açıqlamır

Bu il hər bir ölkə sakini 215 manatlıq ödənişli xidmətlərdən yararlanıb

Neft-qaz sektorunda 6,5 milyard manatlıq ÜDM istehsal olunub

Mnatsakanyan: Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

Büdcənin icrasında ÜDM-in 7,2 faizi qədər profisit yaranıb

İtaliyada qar uçqunu nəticəsində iki nəfər həlak olub

Abşeron dairəvi dəmir yolunda bazar günləri reyslərinin sayı 10-dan 15-ə çatdırılıb

BDU nümayəndə heyəti Pakistanın NUTECH universitetində olub

Ukraynalı nazir: Sülhməramlılarla bağlı ideya hərbçilərini göndərməyə hazır olan ölkələrlə icra mərhələsindədir

Şimali Kiprdə Türk Dünyası Novruz Festivalı keçirəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platforma istifadəyə verilib

Naxçıvanda “İlandağ” geoloji parkı yaradılacaq

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə artırılan reyslərin sayı açıqlanıb

Prezident İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verib

Azərbaycanda əhalinin sayı açıqlanıb

AFFA rəhbərliyi U-21 millisinin düşərgəsini ziyarət edib

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktik konfransı keçiriləcək

“Haber Global”: Ermənistana hərbi yardımı artıran Aİ öz siyasətinin ziddinə hərəkət edir

Milli Olimpiya Komitəsi federasiyalar üçün seminar təşkil edib

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3 milyard kubmetrdən çox qaz nəql olunub

Muxtar respublikada ötən il 311 min ting əkilib

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır

“Barselona” rəhbərliyi Levandovskinin yerinə yeni hücumçu axtarır

Oya-oya, duya-duya – sənətkarın emalatxanasından REPORTAJ

“Səbail”in yeni baş məşqçisi: Çox çətin yükün altına girdiyimi yaxşı dərk edirəm

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda ötən il ekologiyaya vurulan ziyana görə, ümumilikdə, 167 min manat cərimə tətbiq olunub

Qazaxıstanda dünya xalqlarının mədəni irsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

BDU və Pakistanın NUST Universiteti arasında akademik əməkdaşlıq genişləndirilir

“Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda dəyirmi masa keçirilib

Sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları DİM-in saytında yerləşdirilib

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

Tovuzda Aqrar Biznes Festivalı keçirilib

Valentina Matviyenko: Xalqlarımız arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır

Mədəniyyət naziri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

ADAU-da “Kənd təsərrüfatı” ixtisasları üzrə hazırlanacaq yeni təhsil proqramlarının işçi qrupunun iclası keçirilib

Sahibə Qafarova: Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir

Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub VİDEO

Əhalinin gəlirləri açıqlanıb

“AzerGold” və DMXEİA-nın rəhbərliyi mişardaşı karxanası və əhəngdaşı yataqlarına baxış keçirib

Perunun paytaxtında fövqəladə vəziyyət elan edilib

Manatla olan əmanətlərin həcmi artıb

Qalib Həsənoğlu: Azərbaycanın Qarabağ Zəfərinə və onu ölkəmizə bəxş edən şəxsiyyətə musiqi həsr etmək istəyirəm MÜSAHİBƏ VİDEO

Bakıda silah-sursat aşkarlanıb

Azərbaycanın olimpiya mükafatçısı taekvondo üzrə beynəlxalq turnirdə 2-ci yeri tutub

Azərbaycandan Almaniyaya təqribən 22 milyon dollarlıq meyvə-tərəvəz ixrac olunub - TƏHLİL

ANAMA: Ötən həftə 1651,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

Agentlik: Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq

Ukrayna ordusu başqa ölkələrin ərazilərində hərbi əməliyyatlarda iştirak edə biləcək

BDU və COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

Lyova Mnatsakanyan: Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Seyran Ohanyanın təqdimatı ilə Serj Sarkisyan təyin edib

Xankəndi və Xocalı Novruz bayramına hazırlaşır

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

Uşaq Opera Teatrının tanınmış bəstəkarın 75 illiyinə ərməğanı

ABAD məhsulları ABŞ bazarında

Mnatsakanyan: Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi

Xarici turistlərin iştirakı ilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda Novruz şənliyi keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırıb

Bayram günlərində “ASAN xidmət”in iş rejimi necə olacaq?

Avarçəkmə üzrə Azərbaycan birinciliyi yekunlaşıb, qaliblər mükafatlandırılıblar

Hərbi Prokurorluqla birgə Novruz bayramına həsr olunmuş tədbirlər keçirilib

Vəli Qasımov: “Neftçi” və “Sabah”ın kubokda şansları azdır, çünki həmin yarışda “Qarabağ” da var

Qusarda yerləşən istirahət mərkəzinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb VİDEO

Bu il xarici ticarətdə artım müşahidə olunub

İsmayıllıda heyvanlardan analizlər götürülüb – Araşdırmalar davam edir

Gediş haqqı nağdsız ödənilən avtobusların sayı açıqlanıb

BMT-nin tarixi qərarı: Azərbaycan əleyhinə manipulyasiyalar puça çıxdı - RƏY

Əmək hüquqlarını pozan “Elay İnşaat” MMC cərimələnib

“Azərenerji”nin nizamnaməsi və strukturu yenidən təsdiq ediləcək

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Çağırışların fürsətə çevrilməsi