RƏSMİ XRONİKA
Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşü olub VİDEO
Münxen, 12 fevral, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münxendə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Ölkəmizdə sərmayə qoyuluşu baxımından münbit şəraitin olduğu bildirildi.
Söhbət zamanı Azərbaycanın və Almaniyanın iş adamları arasında qarşılıqlı biznes səfərlərinin təşkilinin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.