SİYASƏT


Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışı Türkiyə KİV-lərinin diqqətindədir

Ankara, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda və sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır.

AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyinin, A HABER, TGRT telekanallarının, “Sabah”, “Cümhuriyyət”, “Türkiyə”, “Yeni akıt” qəzetlərinin və digər media qurumlarının yaydığı materiallarda dövlətimizin başçısının çıxışlarından bir çox məqamlar Türkiyə ictimaiyyətinə təqdim olunub.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev regionda sülhə və təhlükəsizliyə mane olan amillər barədə fikirlərini bildirib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışan dövlət başçısı konkret faktlarla təcavüzkar dövləti dünya ictimaiyyəti qarşısında rəzil vəziyyətə salıb. Prezident İlham Əliyev BMT-də islahatlara ehtiyac olduğunu diqqətə çatdıraraq mühüm çağırışlar edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.