SİYASƏT


Prezident İlham Əliyevin Brüssel səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb

Ankara, 24 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi, “TRT Haber”, “Haber Global” telekanalları, “Hürriyet”, “Sabah” qəzetləri və sair aparıcı media qurumları səfərin mahiyyəti və Azərbaycanın bölgədə yaratmaq istədiyi sülh və sabitlik prosesindəki diplomatik səyləri barədə türkdilli ictimaiyyətə informasiyalar təqdim ediblər. İnformasiyalarda Prezident İlham Əliyevin səfəri, qarşılanma mərasimi və keçirdiyi görüşlər, eləcə də Şarl Mişelin bəyanatı əksini tapıb.

Qardaş ölkə mediası, həmçinin mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığına da geniş yer ayırıb.

Məlumatlarda diqqətə çatdırılıb ki, dövlətimizin başçısı Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə həmkarına məlumat verib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.