SİYASƏT


Prezident İlham Əliyevin Brüsselə səfəri ərəb KİV-in diqqət mərkəzində olub

Qahirə, 24 may, AZƏRTAC

Ərəb ölkələrinin nüfuzlu telekanalları və qəzetləri Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlər haqqında reportaj və xəbərlər yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Qətərin “Əl Cəzirə”, habelə “Əl Ərəbiyə” telekanalları, Səudiyyə Ərəbistanının “Əl Riyad”, “Məkkə, Misirin “Əl Əhram” və ”Şuruq” qəzetlərində Brüsseldə aparılan danışıqlar və Şarl Mişelin mətbuat konfransı barədə geniş məlumat verilib. Reportaj və xəbərlərdə diqqətə çatdırılıb ki, Brüsseldə Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə doğru daha bir mühüm addım atılıb, sərhədlərin delimitasiyası üzrə komissiyaların yaradılması, kommunikasiyaların açılması barədə razılıq əldə olunub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.