RƏSMİ XRONİKA


Prezident İlham Əliyevin “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşü olub VİDEO

Davos, 22 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycanın bir çox dövlət qurumları ilə “CISCO” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu qeyd edildi. Bu şirkətin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında iştirak etməsinin əhəmiyyəti vurğulandı. “CISCO” şirkəti tərəfindən Azərbaycana ən müasir texnologiyaların gətirilməsində ölkəmizin maraqlı olduğu bildirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin