SİYASƏT
Prezident İlham Əliyevin İƏT-in XV Zirvə Toplantısında iştirakı Gürcüstan KİV-nin diqqət mərkəzindədir
Tbilisi, 29 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri, İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirakı və keçirdiyi görüşlər, eləcə də mətbuata verdiyi açıqlamalar Gürcüstan mətbuatının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, 24news.ge və interpress.ge informasiya portalları Azərbaycan Prezidentinin səfərini geniş işıqlandırıblar.
Azərbaycan, gürcü, rus və ingilis dillərində yayılan materiallarda oxuculara Prezident İlham Əliyevin Türkmənistan, Türkiyə, İran Tacikistan və Pakistan liderləri ilə görüşü barədə məlumat verilir.
Materiallarda Azərbaycanın bu ölkələrlə ikitərəfli və digər formatlarda əlaqələrinin inkişafı, eləcə də Zəngəzur dəhlizi barədə məlumatlar yer alıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi