RƏSMİ XRONİKA


Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb VİDEO

Roma, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri başa çatıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Romanın “Fiumicino” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Mario Turko və digər rəsmi şəxslər yola saldılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin