SİYASƏT


Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb

Ankara, 16 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyması və Şuşa şəhərinə səfərinin Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Anadolu və İHA agentliklərinin, TGRT, TRT haber telekanallarının, həmçinin “Sabah”, “Milliyyət”, “Takvim”, “Star”, “Yeni şafaq” və digər nüfuzlu media qurumlarının saytlarında səfər barədə videomateriallar, orijinal fotolar və müxtəlif xəbərlər təqdim olunmaqdadır. Prezident İlham Əliyevin çıxışlarından mühüm məqamlar, həssas mövzularla bağlı ünvanlandığı mühüm mesajlar, hərbçilərimizlə səmimi görüşü və şəkil çəkdirməsi və sair ayrı-ayrı sərlövhələrlə türkdilli ictimaiyyətə çatdırılır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.