SİYASƏT


Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılıb

Ankara, 13 iyul, AZƏRTAC

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışının əsas müddəaları Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi, “CNN TÜRK” televiziya kanalı və digər mətbuat orqanları Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücum cəhdi səbəbindən Təhlükəsizlik Şurasının iclasının çağırılmasına diqqət çəkiblər.

“Azərbaycan Prezidenti: Ermənistanın bütün cəhdləri iflasa uğradı” sərlövhəli xəbərdə əvvəlcə türkdilli oxuculara sözügedən münaqişənin tarixi və nəticələri barədə məlumat verilir. Yazının “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər” və “Əsgərlərimizin intiqamı alındı və bundan sonra da alınacaq” altbaşlıqları ilə təqdim olunan hissələrində isə Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışının mühüm məqamlarından bəhs olunur.

Diqqətə çatdırılır ki, Azərbaycanın beynəlxalq arenada sürətlə yüksələn nüfuzundan narahatlıq keçirən Ermənistan rəhbərliyi ölkədəki sosial-iqtisadi böhrandan ictimaiyyətin diqqətini yayındırmaq istəyir. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.