RƏSMİ XRONİKA


Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub VİDEO

Davos, 23 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “VTB-Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “VTB-Bank” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olundu.

Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin